HaĢiyə 6.2: ġX-nin ölçülməsi: Azərbaycanda səhiyyəyə nağd ödəniĢlər nə dərəcədə yüksəkdir?
Ev təsərrüfatları müayinələri vasitəsilə səhiyyə xidmətlərindən istifadə və nağd ödəniĢlərin qiymətləndirilməsi çətin ola bilər. Ümumi yanaĢma, adətən keçən ay kimi müəyyən zaman çərçivəsi ilə
məhdudlaĢmaqla, Ģəxslərdən səhiyyə müəssisəsinə sonuncu dəfə müraciətini soruĢmaqdır. Lakin xüsusilə
ciddi və/və ya xroniki xəstəliyə tutulmuĢ Ģəxslər bu müddət ərzində bir neçə dəfə və adətən, birdən çox
səhiyyə müəssisəsinə müraciət edə bilər. Bu halda sorğunun nəticələri həm istifadəni, həm də xərcləri
olduğundan aĢağı qiymətləndirə bilər. Bundan əlavə, xəstəxanaya götürülmə kimi tez-tez təkrarlanmayan
hadisələr nisbətən uzun xatırlama dövrləri ilə daha asanlıqla əhatə olunur, halbuki dərman alıĢı və klinikaya
müraciət kimi daha ―müntəzəm‖ hadisələr yada salma xətasının azaldılması üçün nisbətən qısa müddətli
dövrdə daha yaxĢı həll edilir. Bu səbəblərdən səhiyyə modullarının hazırlanması üzrə göstəriĢlər xidmət
növündən asılı olaraq, bütün müraciətlərin və müxtəlif xatırlama dövrlərinin (məsələn, ambulator xidmət
üçün bir ay, stasionar xidmət üçün isə 12 ay) əhatə olunmasını tövsiyə edir (Qertler və baĢqaları). Lakin
ümumi istehlak xərcləri sorğusu çərçivəsində geniĢ səhiyyə modulu mümkün olmaya bilər.
Azərbaycanda səhiyyə xərclərinin qiymətləndirilməsi üçün bir sıra müxtəlif sorğu vərəqələrindən