Son 12 ay ərzində xidmət göstərənlər və kvintillər üzrə stasionarda qalma hallarının ümumi sayı
1
2
3
4
5
X əst əx anad a qa lm a hal la rı nın say ı
112
7. ƏMƏK BAZARINDA VƏ MƏġĞULLUQ SĠYASƏTLƏRĠNDƏ BAġ VERƏN DƏYĠġĠKLĠKLƏR Əmək bazarı inkişafa, rəqabət qabiliyyətinə və yoxsulluğun azaldılmasına təsir göstərən əsas amildir. Bunu nəzərə alaraq, Azərbaycan hökuməti özəl investisiyaların, yeni müəssisələrin yaradılmasının, kiçik müəssisələrin inkişafının təşviq edilməsi və siyasətlərin və tənzimləyici bazanın təmin edilməsi vasitəsilə yeni iş yerlərinin yaradılmasına və artıma istiqamətlənən bir sıra addımlar atmışdır. Ən yaxşı qarşılanana addımlardan biri qadınlar arasında məşğulluq səviyyəsinin nəzərəçarpacaq dərəcədə yüksəldilməsi olmuşdur. Lakin digər əmək bazarı göstəricilərində cüzi artım olmuşdur. Kiçik ölçülü kəndli təsərrüfatı hələ də üstünlük təşkil edən iqtisadi fəaliyyət növüdür və ümumi məşğulluğun 40 faizini təşkil edir. ÜDM-in (və artımın) böyük hissəsinin yaradıldığı sektorlar məşğulluğun yaradıldığı sektorlarla eyni deyil. Məsələn, 2007-ci ildə ümumi məşğulluğun cəmi 1 faizi ÜDM-in 53 faizinin yaradıldığı mədənçıxarma sektorunun payına düşmüşdür, lakin kənd təsərrüfatı məşğulluğun 40 faizini özündə cəmləsə də ÜDM-in cəmi 6 faizini vermişdir. Beləliklə, Azərbaycanın ixtisaslı işçi qüvvəsinə və çevik əmək bazarına malik diversifikasiya etmiş və elm tutumlu iqtisadiyyata çevrilməsi üçün hələ çox işlərin görülməsinə ehtiyac vardır.