Azərbaycan


ƏLAVƏ C: YOXSULLUĞUN QĠYMƏTLƏNDĠRĠLMƏSĠ



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə239/252
tarix25.12.2016
ölçüsü3,44 Mb.
#3305
1   ...   235   236   237   238   239   240   241   242   ...   252
ƏLAVƏ C: YOXSULLUĞUN QĠYMƏTLƏNDĠRĠLMƏSĠ 
METODOLOGĠYASI  
 
 
1.
 
Bu  əlavədə  yoxsulluğun  qısa  konsepsiyası  və  Azərbaycanda  yoxsulluğun  ölçülməsi  və  təhlili 
üçün istifadə olunan metodologiyanın əsas elementləri əks etdirilmiĢdir. 
 
 
Yoxsulluğun konsepsiyası 
 
2.
 
Yoxsulluğun  əsas  meyarı  istehlak  yoxsulluğudur  –  ev  təsərrüfatları  və  ya  fərdlərin  Ģəxsi 
istehlakının həqiqi səviyyələrinin ―yoxsulluq həddindən‖ aĢağı olma səviyyəsidir ki, bu da yaĢayıĢ üçün 
ictimaiyyət  tərəfindən  qəbul  edilə  bilən  minimum  səviyyəni  əks  etdirir.  Lakin  yoxsulluq  konsepsiyası 
çoxölçülüdür və bir çox elementi  əhatə edir. Bunlardan bir neçəsini sadalamaq olar: uyğun qida, paltar, 
yaĢayıĢ  sahəsi,  təmiz  su  və  sanitariya,  səhiyyə  və  təhsil,  istehlak  və  istehsal  vasitələrinə  məhdud  çıxıĢ, 
gücsüzlük və sosial təcridolunma və erkən ölüm. Yoxsulluğun ölçülməsi və təhlili zamanı sual olunur ki, 
ev  təsərrüfatı  və  ya  fərdin əsas ehtiyaclarını  qarĢılamaq  üçün  kifayət  qədər  vəsait  və  ya  bacarığı  varmı. 
Hesabat əsasən istehlak yoxsulluğu və onunla bağlı əsas amillərlə əlaqədar olsa da o, yoxsulluğun mənzil 
və  yaĢayıĢ  Ģəraiti,  səhiyyə,  təhsil  və  məĢğulluğa  çıxıĢ,  eləcə  də  icma  infrastrukturu  və  əsas  xidmətlərə 
çıxıĢ kimi istehlak yoxsulluğu ilə sıx bağlı olan digər qeyri-monetar ölçülərini də əhatə edir. 
 
3.
 
Yoxsulluğun  ölçülməsi  üçün  iki  əsas  komponent  tələb  olunur.  Birincisi,  yaĢayıĢ  səviyyəsi 
göstəricisi qərarlaĢdırılmalıdır. Ġkincisi, ―yoxsulluq həddi‖ müəyyən olunmalıdır ki, bundan aĢağı olan ev 
təsərrüfatı və ya fərdin ―yoxsul‖, yaĢayıĢ üçün ictimaiyyət tərəfindən qəbul edilə bilən minimum standartı 
təmin olunmayan kimi təsnifatlaĢdırılması həddini əks etdirsin.  
 
4.
 
Birinci komponent olan yaĢayıĢ səviyyəsi göstəricisinə gəlincə, rifah halının həm monetar, həm 
də  qeyri-monetar  ölçüləri  yoxsulluğun  ölçülməsi  və  təhlilində  istifadə  oluna  bilər.  Rifah  halının  ümumi 
istifadə  olunan  monetar  ölçüləri  gəlir  və  istehlak  xərcləridir.  Yoxsulluq  həddinin  müəyyən  olunması 
zamanı  birinci  komponent  seçildiyi  halda  ikinci  komponent  yoxsulu  qeyri-yoxsuldan  ayıran  həddin 
seçilməsinə  gətirib  çıxarır.  Yoxsulluq  hədləri  monetar  (məsələn,  istehlak  və  ya  gəlirin  müəyyən 
səviyyəsi),  yaxud  qeyri-monetar  (məsələn,  savadlılıq  və  ya  fiziki  sağlamlığın  müəyyən  səviyyəsi)  ola 
bilər. Yoxsulluq həddinin seçilməsi üçün iki üsul var: nisbi və mütləq. 
 

Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   235   236   237   238   239   240   241   242   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin