2.19 Lakin hazırkı qlobal mühit makroiqtisadi sabitlik, iqtisadiyyatın diversifikasiyası və yoxsulluğun azaldılmasından ibarət üçlü hədəfin əldə olunması baxımından hələ də ciddi təhlükə yaradır. Azərbaycana təsirin digər kanallar ilə yanaĢı neft və qaz kimi əsas ixrac
məhsullarına olan tələbin azalmasında təzahür olunacağı ehtimal edilir.Böhranın neftin qiymətini
aĢağı həddə saxlaması nəticəsində neft sektorunun stimullaĢdırıcı rolu zəifləyə bilər. Qlobal
iqtisadi fəaliyyətin və tələbatın azalması Azərbaycanın qeyri-neft məhsulları ixracını da
məhdudlaĢdıracaqdır. 2009-cu ilin birinci rübündə ÜDM yalnız 4% artmıĢdır ki, bu da ötən illər
ilə müqayisədə çox aĢağı göstəricidir.