2.20 Qeyri-neft məhsullarının ixracının artması 2006-2015-ci illər üçün Yoxsulluğun azaldılması və davamlı inkişaf üzrə Dövlət Proqramında (YADİDP) diversifikasiyaya nail olunması istiqamətində əsas yollarından biri kimi qeyd olunmuşdur. 7
Azərbaycanın məqsədi
qeyri-neft sektorunun üstünlük təĢkil etdiyi diversifaskiyalı və qlobal səviyyədə inteqrasiya
olunmuĢ bazar iqtisadiyyatının bərqərar edilməsidir. Kənd təsərrüfatı sektorunun və ərzaq
məhsulları emalının həcminin əhəmiyyətli dərəcədə artırılması sözügedən məqsədin əldə
olunmasını dəstəkləyə, eləcə də, Rusiyada, Türkiyədə və AMA regionu və onun hüdudları
kənarında mövcud ixrac bazarlarının geniĢləndirilməsinə kömək edə bilər. Lakin, hazırda davam
edən və qlobal və regional inkiĢafa təsir göstərən qlobal maliyyə böhranı diversifikasiyanın
sözügedən vasitələrinə birbaĢa təsir göstərir. 2006-cı il və 2008-ci ilin iyul ayını əhatə edən
müddət ərzində 30%-dən artıq möhkəmlənən real valyuta məzənnəsi iqtisadiyyatın kənd
təsərrüfatı və emal sənayesi sahələri üzrə diversifikasiya etməsi baxımında əlavə çətinliklər
yarada bilər. Neft bumunun müvəqqəti xarakter daĢıdığını nəzərə alsaq adları çəkilən sahələr ölkə
üçün çox mühüm əhəmiyyət kəsb edir.