Bu bölmə çərçivəsində ölkə üzrə məcmu göstəricilər nəzərdən keçirilir və aĢağıdakı
suallara cavab axtarılır: (a) hansı qruplar orta səviyyədən yüksək yoxsulluq riski ilə üzləĢir; və (b)
hansı qrup yoxsulların əksər hissəsini təĢkil edir. Qeyd edilən iki sual oxĢar deyildir: Müəyyən
qruplar arasında yoxsulluğun səviyyəsi həddindən artıq yüksək ola bilsə də, onların çəkisi ümumi
əhali arasında aĢağı olduğu üçün yoxsulların əksəriyyətini təĢkil etməyə bilər. Təhlillər
nəticəsində yüksək yoxsulluq riski ilə üzləĢən qruplar (yoxsulluq səviyyəsi və ya yoxsulların sayı
ölkə üzrə orta göstəricidən yüksək olan qruplar) və yoxsulları əhatə edən böyük qruplar müəyyən
edilmiĢdir. Azərbaycanda yoxsulluğun profili 2008-ci ilin yanvar-aprel aylarında həyata keçirilən
cari il üzrə YaĢayıĢ Səviyyəsinin Qiymətləndirilməsi Sorğusuna (YSQS) əsaslanır. Təqdimatı
sadələĢdirmək məqsədilə biz, sadə qrafiklərdən istifadə etməklə əsas diqqəti 2008-ci il YSQS və
Dünya Bankının əsas ehtiyacların dəyəri çərçivə metodologiyası üzrə ayda adambaĢına 50 AZN-ə
bərabər olan yoxsulluq həddinə yönəltmiĢik.