Təkcə orta istehlakı (maddi rifah) deyil, bərabərsizliyi də özündə əks etdirən gender bərabərliyi 17 (iki Cini əmsalları praktik olaraq eynidir) maraqlı göstəricidir. Çünki, iki cinsin ev
ailə vəziyyəti statusu tam eyni deyildir. Belə ki, qadınların 11% dul olduqları halda, kiĢilər üçün
bu göstərici yalnız 1% təĢkil edir. Eynilə, qadınların 3%-i, kiĢilərin isə yalnız 0.3%-i boĢanmıĢ
ailələrdə yaĢayırlar. Dul və ya boĢanmıĢ ailələrin maddi rifah halının nisbətən aĢağı olduğu
ehtimalını nəzərə alsaq, bu halda qadınların kiĢilər ilə müqayisədə daha əlveriĢsiz vəziyyətdə
(orta hesabla) olduğunu gözləyə bilərik. Lakin, göründüyü kimi bu belə deyildir. Səbəb isə
Azərbaycanda boĢanmıĢ və dul insanların istehlak göstəricilərinin orta göstəricidən aĢağı
olmamasıdır.