Hökumət bu məsələdən xəbərdardır və bir sıra islahatlar həyata keçirməyə başlamışdır. Təhsil sistemini gücləndirmək məqsədilə AHbir sıra tədbirlər həyata keçirir:dövlət ümumtəhsil
məktəblərindən təhsil olan Ģagirdlərə dərs kitablarının pulsuz paylanması, yeni məktəblərin
titkilməsi, mövcud olanların bərpası və müasir avadanlıqlar ilə təmin edilməsi; təhsil sisteminin
informasiya texnologiyaları bazasının gücləndirilməsi üçün dövlət proqramının (2008-2010)
hazırlanması; xüsusi istedada malik gənclər üçün nəzərdə tutulan dövlət proqramı (2006-2010),
de-institutlaĢdırma və alternativ qayğı haqqında dövlət proqramı (2006-2015). 2005-2014-cü
illəri əhatə edən təhsil islahatı layihəsinin məqsədi (Dünya Bankı tərəfindən dəstəklənən) aĢağıda
adları sadalanan tədbirlər vasitəsilə orta təhsil sistemində təhsil və təlim proseslərinin
keyfiyyətinin yüksəldilməsi yolu ilə hökumətin Təhsil Ġslahatı Proqramının dəstəklənməsindən
ibarətdir: (a) yeni kurrikulumların tərtib edilməsi, onların məzmunu və hazırlanması proseslərinin
dəstəklənməsi; (b) müəllimlər üçün yeni ixtisasartırma kurslarının təĢkil edilməsi və çatdırılma
mexanizmlərinin hazırlanması; və (c) sektor üzrə geniĢ islahatların aparılması üçün təcrübənin
yaradılması məqsədilə müəllimlərin təlimi üzrə pilot institutlarda və pilot məktəblərdə monitorinq
və qiymətləndirmə mexanizmi vasitəsilə layihənin təsirlərinin dəyərləndirilməsi. PeĢə yönümü
xidmətləri vasitəsilə Ģagirdlərə məĢğulluq sektorları və əmək haqları barədə daha dolğun
məlumatların təqdim edilməsi və yeni iĢ yerlərinin yaradılmasının lokomotivi olan özəl sektor ilə
məsləhətləĢmə Ģəraitində dövlət universitetlərində və peĢə məktəblərində kurrikulumların mövcud
tələblərə uyğunlaĢdırılması məqsədilə əmək və təhsil nazirlikləri arasında daha yaxĢı
əlaqələndirmə tələb olunur.