Səhiyyə məsələləri Azərbaycanda yoxsulların həyatına böyük təsir göstərir. Yoxsulların
təqribən dörddə üçü (və bütün ev təsərrüfatlarının 70 faizi) səhiyyə xərclərinin ödənilməsində
çətinliklərlə qarĢılaĢdığını bildirmiĢdir. Yoxsulların dörddə biri iqtisadi çətinliklərini qismən ailə
üzvlərindən birinin xəstəliyi ilə əlaqələndirmiĢdir (Diaqram 6-1).
Keçid dövründə həyat səviyyəsi
sorğusu (KdHSS) zamanı Azərbaycanda ev təsərrüfatlarından dövlət investisiyalarının iki yüksək
prioritetini göstərmələri xahiĢ edildikdə səhiyyə sektoru xüsusilə yoxsullar arasında ən ümumi
cavabdan uzaq olmuĢdur (Diaqram 6-2). Buna görə də Azərbaycanda yoxsulların həyat səviyyəsinin
yaxĢılaĢdırılması sahəsində dövlət siyasətinin miqyası haqqında müzakirələrdə səhiyyə ön planda və
diqqət mərkəzində olmalıdır.