Maliyyə müdafiəsi üzrə təsəvvürlərə əlavə olaraq, müavinətlər paketinə dərmanların daxil edilməsi də səhiyyə göstəricilərinin yaxşılaşdırılması üçün vacib ola bilər. Bu, xüsusilə
ürək-damar sistemi xəstəliklərinin (Azərbaycanda xəstəliklərin ən geniĢ yayılmıĢ səbəbi) risk
faktorlarının azaldılması məsələsində doğru olur. Əlbəttə, dərmanların daxil edilməsi ilə
müavinətlər paketinin geniĢləndirilməsi ümumi büdcə ehtiyaclarına və beləliklə də fiskal
davamlılığa əhəmiyyətli təsir göstərə bilər. Dərmanlarla qismən əhatə (ehtimal ki, birgə ödəniĢ
dərəcələri ilə) bu vəzifələrin balanslaĢdırılmasına kömək edə bilər. Dərmanlara çəkilən xərcin
yüksək səviyyəsi də davam etməkdə olan yeni əczaçılıq siyasətinin hazırlanması prosesinə
uyğunlaĢdırılmalı olan prioritetə iĢarə edir, belə ki, hətta büdcə artımı və səhiyyənin
maliyyələĢməsində mühüm islahatın olmadığı təqdirdə daha aĢağı qiymətlər ġX mənzərəsini
yaxĢılaĢdıra bilər.