7. Məcburi köçkünlərin (MK) əksəriyyətinin müstəqil gəlir mənbəyi olmadığından və onlar transfertlərdən yüksək dərəcədə asılı olduğundan bu qrupa daxil olan şəxslər yoxsulluğa və risklərə daha çox həssasdırlar. Lakin, yaĢayıĢ yeri və mənzil Ģəraiti baxımından MK-lar arasında
əhəmiyyətli fərqlər mövcuddur. Bakı Ģəhəri istisna olmaqla digər Ģəhərlərdə yaĢayan MK-lar arasında
yoxsulluq daha geniĢ yayılmıĢdır. Ġctimai binalarda və ya yataqxanalarda yaĢamaq MK-lar arasında
orta yoxsulluq həddindən aĢağı düĢmək riskini azaldır. Bu, bəlkə də, hökumətin və qeyri-hökumət
təĢkilatlarının kollektiv qəsəbələrdə yaĢayan MK-lara daha çox diqqət yetirməsi ilə bağlıdır.
Dövlətin təmin etdiyi yaĢayıĢ obyektlərindən kənarda qalan MK-ların yoxsul olmaq ehtimalı daha
yüksəkdir. Evlərdə, mənzillərdə və qohumları ilə yaĢayan MK-ların yoxsulluq riski artır ki, bu da
MK-lar arasında ―gizli‖ yoxsulluq fenomeni adlanır.