III. Ġnsan inkiĢafındakı nailiyyətlər və problemlər a. Sosial müdafiə proqramları yoxsulluğun azaldılmasında mühüm rol oynayır 8 Azərbaycanda sosial transferlər birbaşa və ya dolayısı ilə – müavinətlərin ailədə bölüşdürülməsi ilə – əhalinin 63.2 faizinə çatır. Azərbaycanın sosial müdafiəyə çəkdiyi xərclər
tədricən artırılmıĢdır, lakin regionun digər ölkələri ilə müqayisədə ÜDM-ə nisbətdə daha az vəsait
xərcləyir. Azərbaycan 2008-ci ildə bütün sosial transferlərə ümumi daxili məhsulun (ÜDM) 4.8 faizi
qədər vəsait ayırmıĢdır. Dövlət Sosial Müdafiə Fondu və Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin (ƏƏSMN) məlumatlarına əsasən, ÜDM-in 0.5 faizi sosial yardım proqramlarına sərf
olunur ki, bu rəqəm Ġqtisadi ƏməkdaĢlıq və ĠnkiĢaf TəĢkilatı (OECD) ölkələrinin orta göstəricisi
üçün 2.5 faiz, Avropa və Mərkəzi Asiya (AMA) ölkələri üçün isə 1.7 faiz təĢkil edir. Lakin fiskal səy
kimi (ÜDM-ə nisbətlə ifadə olunur), Azərbaycanın sosial yardım proqramları yoxsulların əhatə
olunması baxımından çox yaxĢı icra edilir (8-ci fəsildə Diaqram 8-2-ə bax).