b. Təhsil və yoxsulluq göstəriciləri sıx bağlıdır 11. Təhsil sahəsində əhəmiyyətli nailiyyətlər əldə edilmişdir, o cümlədən, 15 yaşadək yüksək və çox real qeydiyyat səviyyələri mövcuddur və azərbaycanlı tələbələr riyaziyyat fənni üzrə beynəlxalq müsabiqədə daha zəngin ölkələrlə rəqabət aparan yüksək göstəricilər əldə etmişdilər. Lakin Azərbaycan inkişaf etməkdə olan bazar iqtisadiyyatının və gələcəkdə yoxsulluğun azaldılmasının tələblərinə tam cavab verən müasir təhsil sisteminin yaradılmasında bəzi problemlərlə üzləşir. Azərbaycanda təhsilə çəkilən xərclərin ümumi daxili məhsula və ümumi dövlət xərclərinə nisbəti AMA standartları və oxşar inkişaf səviyyəsinə malik ölkələrin standartları baxımından hələ də aşağıdır. Ali təhsildə iĢtirak səviyyəsi aĢağıdır və ölkənin gəlir səviyyəsi nəzərə alınmaqla yüksək
dərəcədə varlıların xeyrinə qeyri-bərabər dəyiĢir. Ümumiyyətlə, hesabatda Azərbaycanda ―orta
təhsildən sonra‖ insan kapitalının təmərküzləĢməsinə olan ehtiyac öz əksini tapmıĢdır.
12. Gözlənildiyi kimi, Azərbaycanda yoxsulluq ilə təhsil, xüsusilə də orta təhsildən sonrakı təhsil