20. 2009-2011-ci illərdə sektorlar üzrə artım proqnozları və 2008-ci il ev təsərrüfatları səviyyəsində olan məlumatlar əsasında yoxsulluğa təsirin mikro simulyasiyaları Azərbaycanda yoxsulluğun səviyyəsinin 2009-cu ildə arta biləcəyini göstərir (2-ci Fəsildə Diaqram 2-10-a və
HaĢiyə 2.1-ə baxın). 2008-2009-cu illər ərzində yoxsulluğun ümumi səviyyəsi təqribən 1 faiz bəndi
qədər yüksələ bilər. Bu isə 2009-cu ildə qlobal iqtisadi böhranın təsiri nəticəsində təqribən 86000
nəfər Ģəxsin yoxsulluq həddindən aĢağı düĢə bilməsi deməkdir. Artım ilə bağlı ehtimallar özünü
doğrultduğu təqdirdə isə 2010-cu ildə yoxsulluğun səviyyəsində yenidən azalmanın müĢahidə
olunması proqnozlaĢdırılır. Yoxsul əhalinin daha da yoxsullaĢması nəticəsində yoxsulluğun dərinliyi
daha da arta bilər. Əmək bazarı iqtisadi böhranın ev təsərrüfatlarına ötürülməsi üçün əsas kanaldır.
2008-2009-cu illərdə yoxsulların sayında proqnozlaĢdırılan 1.0 faiz bəndi qədər artımın təqribən 0.75
faiz bəndi (və ya 75%-i) iĢsizliyin səviyyəsinin yüksəlməsi və gəlirlərin azalması hesabına baĢ
verəcəkdir (2-ci Fəsildə Diaqram 2-11-ə baxın). Köçürmələrdə proqnozlaĢdırılan azalma yoxsulluğun
səviyyəsində ehtimal edilən artımın yerdə qalan 25%-ini əhatə edir.