V. Nəticə 21. Sürətli iqtisadi artım, eləcə də, gəlirlərin bölgüsünü daha da təkmilləşdirən siyasət və proqramlar hesabına Azərbaycanda 2000-ci illərdə yoxsulluq səviyyəsi əhəmiyyətli dərəcədə azalmışdır.Neft bumunun yaratdığı əlveriĢli fürsətdən istifadə edərək Azərbaycan hökuməti əmək
haqlarının qaldırılması və əhaliyə sosial müavinətlərin ödənilməsi üçün transferlərin artırılması
məqsədilə dövlət sektoru üzrə geniĢ miqyaslı investisiya proqramlarının və iqtisadiyyatın
müasirləĢdirilməsi məqsədini daĢıyan institusional islahatların icrasına baĢlamıĢdır. Sözügedən səylər
güclü artıma və yoxsulluğun azaldılmasına gətirib çıxarmıĢdır. MəĢğulluq səviyyəsində irəliləyiĢin
məhdud olmasına baxmayaraq, artım əhalinin böyük hissəsinin əmək haqları və gəlirlərinin
çoxalması ilə müĢayiət olunmuĢdur. Həm artım, həm də gəlirlərin geniĢ dövlət transferi proqramları
vasitəsilə bölgüsü əhalinin böyük əksəriyyətinin rifahının yaxĢılaĢması üçün əsas olmuĢdur. Lakin
neft gəlirlərindən yüksək səviyyədə asılılıq və hazırda müĢahidə olunan qlobal iqtisadi böhran artım
tempinin saxlanılması istiqamətində müəyyən çətinlik yaradır ki, bu da gələcəkdə yoxsulluğun
azaldılmasını təhlükə altında qoya bilər.