mümkün təsirinin müəyyən edilməsidir. Dünya iqtisadiyyatına və Rusiya və Türkiyə kimi
Azərbaycanın mühüm ticarət tərəfdaĢlarına təsir edən böhran qlobal səviyyədə inteqrasiya edilmiĢ,
diversifikasiya olunmuĢ və davamlı qeyri-neft sektorunun yaradılması istiqamətində hökumətin
planlarına təsir göstərə bilər. Böhran artıq Azərbaycanın beynəlxalq maliyyə mənbələrinə və xarici
kapitala çıxıĢ imkanını məhdudlaĢdırmaqla yanaĢı neft və qazın qiymətini aĢağı salmıĢ və onlara olan
tələbatı azaltmıĢdır. QonĢu ölkələrlə müqayisədə Azərbaycanın böhranın təsirinə az məruz qalması
ehtimalına baxmayaraq neftin qiymətinin aĢağı olması orta-müddətli büdcə xərclərinə düzəliĢlərin
edilməsini tələb edə bilər ki, bu da yoxsul və həssas insanlara ünvanlanan proqramlara təsir göstərə
bilər. Qlobal iqtisadi böhranın baĢlanmasından bir az əvvəl aparılan 2008-ci il üzrə YaĢayıĢ
Standartlarının Qiymətləndirilməsi Sorğusunun məlumatları hazırda davam edən böhranın yoxsulluğa
necə təsir etdiyini müəyyən etmək baxımından əlveriĢli imkan yaradır.