1.8 Nəhayət, daha əhəmiyyətli məqam odur ki, hesabat Azərbaycan hökumətinin ünvanlı sosial yardım proqramının nəzərdə tutulan benefisiarların həyat səviyyəsinə necə təsir etdiyinə dair təfsilatlı məlumatlar vermək üçün müvafiq proqramın qiymətləndirilməsini həyata keçirir. Tarazlı və bölüĢdürülən inkiĢafın əldə edilməsi istiqamətində hökumətin prioritet
sahələrindən biri sosial sektor, xüsusilə də, yoxsullara sosial yardımın göstərilməsi olmuĢdur.
Azərbaycanın ÜSY proqramı uğurla inkiĢaf edərək 2008-ci ilin sonu üçün 150000 ev təsərrüfatını
əhatə etmiĢdir. Ölkənin ehtiyacın qiymətləndirilməsinə əsaslanan yeganə proqramı olan ÜSY daha
yoxsul əhali qrupunun istehlak ehtiyacının ödənilməsi məqsədilə onlara maddi yardımın ödənilməsini
nəzərdə tutur. Proqramın hazırlanması və həyata keçirilməsində nəticələrə əsaslanma təcrübəsinin
daha da inkiĢaf etdirilməsi məqsədilə hesabat çərçivəsində ÜSY proqramı üçün qiymətləndirmə
cədvəli hazırlanmıĢdır.
1.9 Hesabat aĢağıda qeyd olunan formada həyat səviyyəsinin bir neçə amillərini və