1.4 Hesabatın birinci məqsədi 2001-ci il və 2008-ci illər arasında olan dövr ərzində Azərbaycanda həyat səviyyəsinin yüksəlməsinin qiymətləndirilməsindən ibarətdir. Bu dövrhazırkı
qlobal iqtisadi böhrandan əvvəlki müddəti əhatə edir və əhəmiyyətli islahatlar, neft bumunun yüksək
həddə olması, eləcə də, bütün Azərbaycan vətəndaĢlarının yaĢayıĢ Ģəraitinin yaxĢılaĢdırılması
məqsədini daĢıyan geniĢ dövlət investisiya proqramlarının həyata keçirilməsi ilə xarakterizə olunur.
Sovet ittifaqı dağıldıqdan sonra müstəqilliyin ilk illərində keçid dövrünü yaĢayan və keçmiĢ ittifaq
ölkələrinin əksəriyyəti ilə müqayisədə yoxsul olan Azərbaycan 1990-cı illərin ortalarından baĢlayaraq
hərtərəfli və daha tarazlı bazar iqtisadiyyatının bərqərar olması istiqamətində əməli fəaliyyətə
baĢlamıĢdır. 1996-cı ildən etibarən Azərbaycan hökuməti makroiqtisadi sabitliyin qorunub
saxlanılması, biznes mühitinin yaxĢılaĢdırılması, özəl sektorunun inkiĢafının dəstəklənməsi
istiqamətində əhəmiyyətli uğurlar əldə etmiĢ, habelə, sürətli inkiĢafın realizə olunması və
yoxsulluğun azaldılması məqsədilə siyasət çərçivəsi və infrastruktur yaratmıĢdır. 2006-2008-ci illər
ərzində elektrik enerjisi çatıĢmazlığından tutmuĢ su təchizatı və kanalizasiya sistemlərinin
4
Dünya Bankının bu yaxınlarda tamamlanan ―Azərbaycan üçün ölkə üzrə iqtisadi memorandum – əsas diqqətin
diversifikasiyaya yönəldilməsi‖ (2009) hesabatında sözügedən məsələlərə, eləcə də, Azərbaycanda inkiĢafın
uzunmüddətli dövr üzrə dayanıqlılığı və diversifikasiyası məsələlərinə xüsusi önəm verilmiĢdir. Bu baxımdan
da, hazırkı hesabatda makroiqtisadi artımın, yoxsulluğun və bərabərsizliyin nəticələrinin məzmununun və onlar
arasında əlaqənin müəyyən edilməsi üçün tələb olunan makroiqtisadi məsələlərdən kənara çıxılmır.