Azərbaycan


 YOXSULLUĞUN TƏKAMÜLÜ, 2001-08-ci illər



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə44/252
tarix25.12.2016
ölçüsü3,44 Mb.
#3305
1   ...   40   41   42   43   44   45   46   47   ...   252
2. YOXSULLUĞUN TƏKAMÜLÜ, 2001-08-ci illər 
 
2.1.
 
Bu  bölmədə  2000-ci  illər  ərzində  Azərbaycanda  rifahın  yaxĢılaĢmasına  dair  dəqiq 
təsəvvürün yaradılması məqsədilə yoxsulluğun dinamikası nəzərdən keçirilir. 2001-ci il və 2008-
ci  il  ölkə  üzrə  iki  reprezentativ  sorğunun  məlumatlarına  əsaslanan  və  onların  müqayisəliliyini 
təmin edən bu fəsildə yoxsulluq meylləri və həyat səviyyəsinin digər göstəricilərinin 2000-ci illər 
üzrə  qiymətləndirilməsi  verilmiĢdir.  Ev  təsərrüfatının  və  ya  Ģəxsin  öz  hazırki  əsas  ehtiyaclarını 
qarĢılamaq  üçün  kifayət  qədər  vəsait,  yaxud  bacarıqlara  malik  olub-olmamasının 
qiymətləndirilməsi  üçün  rifah  halının  həm  monetar,  həm  də  qeyri-monetar  göstəricilərindən 
istifadə edilmiĢdir. Ev təsərrüfatlarının istehlak xərcləri və müvafiq yoxsulluq həddi, yəni yaĢayıĢ 
üçün  ictimaiyyət  tərəfindən  qəbul  edilə  bilən  minimum  səviyyəni  əks  etdirən  istehlak  miqdarı 
monetar  yoxsulluğun  ölçülməsi  üçün  istifadə  edilmiĢdir  (yoxsulluğun  konsepsiyası  və 
metodologiyası  üçün  baxın:  HaĢiyə  1.1  və  Əlavə  C).  YaĢayıĢ  vəziyyətinin  bir sıra  aspektləri  və 
onların  ölçülməsi  üzrə  ətraflı  məlumatlar  və  müzakirələr  növbəti  fəsillər  və  əlavələrdə  əks 
etdirilmiĢdir. 
 
2.2.
 
2001-ci  il  EBM  və  2008-ci  il  YSQS  məlumatlarının  müqayisəliliyini  təmin  etmək  üçün 
biz  Elbers,  Lancov  və  Lancov  (2003-cü  il)  tərəfindən  iĢlənib-hazırlanmıĢ  kiçik  ərazi 
qiymətləndirməsi  (KƏQ)  metodundan  istifadə  edərək,  2001-ci  il  EBM-indən  istehlak  anlayıĢını 
2008-ci  il  YSQS-yə  daxil  etmiĢik  (ətraflı  məlumat  üçün  Əlavə  A-ya  baxın).  Biz  həmçinin 
bütövlükdə  əhali  və  ayrı-ayrı  alt  qruplar  üzrə  yoxsulluğun  qiymətləndirilməsi  baxımından 
müĢahidə olunan fərqlərin statistik cəhətdən əhəmiyyətli olub-olmadığını yoxlamıĢıq. Yoxsulluq 
sahəsində  qeydə  alınan  dəyiĢikliklərin  yoxsulluğun  dinamikası  haqqında  müfəssəl  nəticələrin 
çıxarılması üçün kifayət edib-etmədiyinin müəyyən edilməsi əhəmiyyət kəsb edir. Bunun bir yolu 
müəyyən  dövrlər  üzrə  yoxsulluqda  yaranan  fərqlərin  statistik  baxımdan  ənənəvi  əhəmiyyətlilik 
səviyyəsini  keçib-keçmədiyinin  və  bunun  sadəcə  seçmə  xətası  və  sorğu  alətlərindəki  fərqlər  ilə 
izah olunmamağının yoxlanılmasıdır. 
 


26 
 
 

Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin