19
15.
Azərbaycanda yoxsullar ilə varlılar arasında sağlamlıq vəziyyəti və səhiyyə
xidmətlərdən istifadə baxımından əhəmiyyətli dərəcədə bərabərsizlik mövcuddur
(Diaqram
6, sol tərəf). Ən yoxsul kvintil ilə müqayisədə ən varlı kvintildən olan Ģəxslərin sağlamlıq
vəziyyətinin yaxĢı olmaq ehtimalı 2.5 dəfə çoxdur. Əksinə olaraq, varlılar ilə müqayisədə yoxsullar
2.5 dəfə daha çox sağlamlıq vəziyyətlərinin pis olduğunu bildirmiĢdir. Qeyri-yoxsul əhali ilə
müqayisədə yoxsul əhalinin səhiyyə xidmətlərindən daha az istifadə etməsinə dair tutarlı əsaslar
mövcuddur (Diaqram 17, sağ panel). Səhiyyə xidmətlərindən ümumi istifadə göstəricisində ən varlı
kvintilin payı təqribən üçdən bir hissəyə bərabər olduğu halda, ən yoxsul kvintil üçün müvafiq
göstərici yalnız 10%-dən bir qədər çox təĢkil edir. Sözügedən fakt belə bərabərsizliyin miqyasını
azaldır. Belə ki, təminatlı əhali qrupunun sağlamlıq vəziyyətinin yaxĢı olduğunu nəzərə alsaq, o
zaman ehtiyaca uyğun olaraq xidmətlərindən ―bərabər‖ istifadə strukturu yoxsulların bu cür
xidmətlərdən daha çox istifadə etməsi ilə nəticələnəcəkdir.
Dostları ilə paylaş: