Azərbaycan



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə214/252
tarix25.12.2016
ölçüsü3,44 Mb.
#3305
1   ...   210   211   212   213   214   215   216   217   ...   252
A.
 
GiriĢ 
 
8.1
 
Azərbaycandakı neft və qaz bumu təkcə ölkə iqtisadiyyatını davamlı inkiĢaf yoluna qoymaq üçün 
deyil, həm də onun əhalisi arasında yaĢlılar, əlillər, yoxsullar və həssas qruplara müvafiq qayğı və yardım 
göstərmək üçün geniĢ imkanlar açır. Azərbaycanda həm sosial sığorta ayırmaları əsasında ödənilən, həm 
də onlar üzərində qurulmayan sosial müdafiə proqramları, o cümlədən: (a) pensiyalar, (b) passiv və aktiv 
əmək  bazarı  proqramları,  (c)  sosial  təhlükəsizlik  Ģəbəkəsi  və  sosial  xidmət  proqramları  mövcuddur. 
Hökumət 2003-cü ildən bəri bu proqramlara çəkilən dövlət xərclərinin artırılmasına xüsusi diqqət yetirir. 
2006-cı  ilin  iyulunda  hökumət  az  gəlirli  ailələrə  pul  transferlərini  təmin  edən  Ünvanlı  Sosial  Yardım 
(ÜSY)  proqramını  həyata  keçirməyə  baĢladı.  Hazırda  ÜSY  sosial  ayırmalardan  ödənilməyən  əsas 
təhlükəsizlik  Ģəbəkəsi  proqramıdır,  ölkədə  həm  gəlirlər,  həm  də  əmlaka  əsaslanan  vəsaitlərin 
qiymətləndirilməsi  üzrə  yeganə  proqramdır.  O,  ailələrə  gəlir  sarsıntıları,  o  cümlədən,  hazırkı  qlobal 
maliyyə böhranının mümkün mənfi təsirləri ilə mübarizə aparmaqda kömək etmək sahəsində mühüm rol 
oynayır. 
 
8.2
 
Bu  fəsil  Azərbaycanda  bütövlükdə  sosial  müdafiə  proqramlarının  və  xüsusilə  ÜSY-nin 
effektivliyini  qiymətləndirir.  Bu,  onların  əhatə  dairəsi,  uyğunluğu,  nəzərdə  tutulan  benefisiarların 
hədəflənməsi və onların yoxsulluğa əhəmiyyətli təsiri üzrə faktların axtarılması yolu ilə həyata keçirilir. 
Ünvanlılıq xarakterinə görə, ÜSY, onun yoxsulluq və həssaslığa təsirinin obyektiv qiymətləndirilməsinə 
imkan  verir.  Bu  fəsildə  2008-ci  ildə  keçirilmiĢ 
YaĢayıĢ  Səviyyəsinin  Qiymətləndirilməsi  Sorğusunun
 
(YSQS)
33
 məlumatlarından istifadə edərək, proqramın geniĢ təsvirinin, onun əhatə dairəsi, ünvanlılığının 
effektivliyi,  uyğunluğu  və  yoxsulluğa  təsirinin  verilməsinə  cəhd  edilmiĢdir.  Bu,  proqramın  ölkə 
səviyyəsində  qiymətləndirilməsinə  ilk  cəhddir;  buna  görə  də  o,  gələcək  qiymətləndirmələr  üçün  baza 
yaradır.
34
  Hazırkı  qlobal  maliyyə  böhranı  təkcə  məhdud  resursların  yaxĢı  xərcləndiyinə  və  ehtiyacı 
olanlara  yetiĢdiyinə  əmin  olmaq  baxımından  deyil,  həm  də  əmək  bazarında  aktiv  iĢtiraka  potensial 
maneələrin  minimuma  endirilməsi  və  dövlət  transferlərindən  gələcək  asılılığın  azaldılması  baxımından 
adekvat  və  effektiv  sosial  yardım  proqramlarına  malik  olmağın,  həmçinin  onların  iĢinin  əlavə  faydasını 
artırmıĢdır. 

Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   210   211   212   213   214   215   216   217   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin