Uzun illər boyunca məqsədlər ancaq satış etmək və sürətli genişləmə olan biznes nadir hallarda uzunmüddətli planlar üzərində işləyib. Çox az şirkətdə uzunmüddətli marketinq, reklam, satış, əməkdaş və idarəçilərin yetişdirilməsi, maliyyə planları və strategiyaları olub. İşəgötürənin imicinin formalaşdırılması, gənc idarəçilərin yetişdirilməsi, təhsil ocaqları ilə uzunmüddətli əməkdaşlıq, şirkətin ümumi reputasiyası, müştərilərlə uzunmüddətli əlaqələrin qurulması lazımsız xərclər kimi qəbul edilirdi.
Biznes mühitinə mənfi təsir göstərən əksər faktorlar:
Azərbaycan Vergi Sistemi - Gəlirdən yox dövriyyədən vergi alınır. ( defakto ). Yəni investor zərər də etsə vergi orqanı vergini dövriyyə üzərindən hesablayıb həmin məbləği tələb edir.
Azərbaycan gömrük tarifləri yerli bazarı qorumur. Əksər məhsulları istehsal etməkdənsə hazır gətirmək biznesmenə daha maraqlıdır.
Gömrük orqanı süni maneələr yaradır iş adamlarına. Bir biznesi qurmaq üçün biznesin maliyyətini hesablamaq çox çətin olur. Xaricidən gətirilən mal neçəyə başa gələcəyini təxmini demək olur. Dəqiq hesablamaq mümkün deyil.
Monopoliya imkan vermir ki, rəqabət yaransın və keyfiyyətli məhsul ortaya çıxsın.
Bank kreditləri vəya dövlət tərəfindən verilən subsidiyalar şəffav verilmir. Şapka alınır.
Müxtəlif orqanlar iş adamlarına süni əngəllər yaradırlar. Bu da iş adamlarını bezdirir. Prezidentin sərəncamından sonra ümid edilir ki, bu maneələr aradan qalxacaq.
Biznes mühitini necə inkişaf etdirək ?
Yerli bazarda istehsal olunmayan xam mal və materiallara gömrük rüsumu ``0`` a endirilsin. Bu yerli bazarda əlavə dəyərli məhsulların istehsal edilməsinə şərait yaradacaq.
Gömrük prosedurları sadələşdirilsin. İş adamları beyinlərini biznes üçün, innovasiya üçün yorsunlar.
Gömrük rəsmiləşdirilsin. Yəni əlavə xərclər alınmasın. Hər kəs məhsulun idxalında gömrükləşdirməni rəsmi etdikdən sonra Vergi orqanı da firmalarda yoxlamaları rahat və dəqiq edəcək.
Monopoliya qaldırılsa xam mal və materialların idxalı çox ucuz olacaq, istehsal olunan məhsullar dünya bazarında rəqabət qabiliyyətli olacaq və ölkənin istehsal potensiyalı artacaqdır.
Dövlətin neftdən gələn gəlirlərinin bir bölümünü çox aşağı faizlərlə real investisiya layihələrinə verməklə ölkədə uzun müddətli , ixrac potensiyalı yüksək müəssisələr qurmaq olacaqdır.
İxracatçı firmalara dövlət tərəfindən sərgi, reklam və satış dəstəkləri vermək lazımdır.
Son illərdə dövlət tərəfindən layihələşdirilən və investorların ixtiyarına verilən Sənaye bölgələrində ( texnoparklar) investorların layihələrinin qiymətləndiriməsi prosesini şəffavlaşdırmaq üçün ərizə və sənədlər elektron qəbul edilsin..
Azərbaycanda biznes və investisiya mühitinin davamlı surətdə yaxşılaşdırılması, biznesə yeni dəstək mexanizmlərinin tətbiqi və digər istiqamətlərdə mühüm tədbirlər həyata keçirilir, sahibkarlığa dövlət dəstəyinin əhatə dairəsi genişləndirilir. Bu kursa uyğun olaraq lisenziyalaşdırmanın sadələşdirilməsi, sahibkarlıq sahəsində yoxlamaların dayandırılması, investisiyaların və ixracın təşviqi mexanizmlərinin tətbiqi, güzəştli kreditləşmə faizinin aşağı salınması, kiçik və orta sahibkarlığın inkişafı tədbirləri, elektron xidmətlər şəbəkəsinin genişləndirilməsi, vergi, gömrük, sosial ödənişlər sisteminin təkmilləşdirilməsi özəl sektorun iqtisadiyyatda rolunun artırılmasına əlavə imkanlar yaradır.
Ölkədə sahibkarlığın inkişafı onun rəqabət qabiliyyətinin artırılması istiqamətində dövlət tənzimləməsinin təkmilləşdirilməsini, biznes və investisiya mühitinin əlverişliliyinin daha da artırılmasını, ən qabaqcıl beynəlxalq təcrübəyə uyğun daha da cəlbedici biznes və investisiya mühitinin formalaşdırılmasını, mütərəqqi tənzimləmə və hüquqtətbiqetmə praktikasına nail olunmasını zəruri edir.
DİQQƏTİNİZƏ GÖRƏ TƏŞƏKKÜR EDİRƏM!