Azərbaycanda biznes mühiti və problemləri



Yüklə 9,63 Mb.
səhifə1/3
tarix24.10.2023
ölçüsü9,63 Mb.
#160421
  1   2   3
Azərbaycanda biznes mühiti və problemləri


Azərbaycanda biznes mühiti və problemləri
MÖVZU
Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən iqtisadi islahatlar, sahibkarlığın dövlət tənzimlənməsi və dəstəklənməsi sahəsində qəbul edilmiş qərarlar, qanunlar, dövlət proqramları ölkədə azad rəqabətə əsaslanan sahibkarlığın inkişafı məqsədlərinə xidmət edir. Burada başlıca məqsəd biznes mühitinin yaxşılaşdırılması və sahibkarlığın inkişafıdır.
Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində konkret iqtisadi islahatlar aparmaq üçün mühüm qərarlar qəbul olunub. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli "Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamı ilə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya yaradılıb.
Dövlət başçısının ötən ilin sonlarında sahibkarlığın inkişafı ilə bağlı verdiyi mühüm qərarlar biznes mühitinin yaxşılaşdırılması istiqamətində yeni mərhələnin başlanğıcıdır. Belə ki, sahibkarlıq subyektlərində yoxlamalar 2 il müddətinə dayandırılıb. Lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilib, lisenziyalar müddətsiz müəyyən olunub. Dövlət rüsumunun məbləği Bakıda 2 dəfə, regionlarda isə 4 dəfə azaldılıb. Lisenziyaların İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsinə və “Elektron lisenziya” portalının yaradılmasına başlanılıb
Azərbaycanda fərqli iqtisadi reallıqların və biznes mühitinin olduğu bir dövrdə böyük firmalarımızın qarşılaşdığı daxili problemlər və sıxıntılar dərindən həll edilmədiyindən bunlar zaman keçdikcə artacaq, kök ataraq firma daxilində güclənəcək və möhkəmlənəcək.
Uzun illər ərzində böyük pulların olduğu mühitdə dotasiyalar və bank kreditləri üzərində duran Azərbaycan biznesi ciddi bir yol ayrıcındadır. Doğru istiqaməti seçmək üçün ilk öncə nöqsanları görmək və onları təhlil etmək lazımdır ki, növbəti mərhələlərdə bunların aradan qaldırılması ilə əlaqəli tədbirlər planı hazırlansın.

Yüklə 9,63 Mb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin