Azәrbaycanda inflyasiyanın ikirәqmli hәddә çatması makroiqtisadi tarazlıq vә



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə47/64
tarix02.01.2022
ölçüsü1,4 Mb.
#40672
1   ...   43   44   45   46   47   48   49   50   ...   64
KITAB inflyasiya

Cәdvәl 3.

 

Cari il üçün mәcmu istehlak qiymәtlәri indeksinin hesablanması. 

İstehlak qiymәtlәri indeksi, % 

Ay,(rüb) 

әvvәlki aya 

nisbәtәn 

İlin әvvәlindәn 

başlayaraq 

Yanvar 101,1 

101,1 

Fevral 102,0 



103,1 

Mart 101,6 

104,8 

I rübә görә  



104,8 

104,8 


Aprel 101,4 

106,2 


May 101,4 

107,7 


İyun 101,1 

108,9 


II rübә görә  

103,9 


108,9 

 İyul vә s.



 

101,5


 

110,5


 

 


66 

 

 



Azәrbaycanda İQİ-nin keyfiyyәt göstәricilәrinin 

azalmasına tәsir edәn amillәr 

 

Azәrbaycanda 



İQİ-nin keyfiyyәt göstәricilәrinin 

azalmasına tәsir edәn amillәri bir neçә qrupa bölmәk olar. 

Bunlardan birincisi, istehlak sәbәtinin strukturunun vә 

çәkilәrinin müәyyәn edilmәsidir. 

 

İstehlak sәbәti 

 

İstehlak sәbәtindәki  әmtәә  vә xidmәtlәrin xüsusi 



çәkilәrinin müәyyәn edilmәsi metodologiyası: 

Statistika Komitәsinin verdiy metodoloji mәlumata 

әsasәn, istehlak sәbәtindә olan әmtәә  vә xidmәtlәrin çәkilәri 

әsasәn  әhalinin istehlakı, gәlirlәri vә  xәrclәrinin seçmә 

müşahidә formalarından biri olan büdcә müayinәlәri ilә  tәyin 

edilir.  İstehlak dәstinin ayrı-ayrı maddәlәrinin çәki payının 

müәyyәn olunması üçün әlavә  mәlumatlardan da istifadә 

olunur. Bura pәrakәndә  әmtәә dövriyyәsinin strukturu, ayrı-

ayrı    әmtәә növlәrinin istehlakı haqqında mәlumatlar, ekspert 

qiymәtlәndirmәlәri vә digәr rәylәr aiddir. 

Ümumilikdә metedoloji cәhәtdәn tәdqiq etdikdә 

Statistika Komitәsinin metodologiyasının uyğun olduğunu 

söylәmәk olar. Amma praktiki cәhәtdәn baxdıqda ev 

tәsәrrüfatlarının büdcә müayinәsi müşahidәsinin düzgün 

aparılmadığı ortaya çıxır. Belә ki, ev tәsәrrüfatlarının  әsasәn 

varlanmış hissәsi  әnәnәvi olaraq seçimdәn kәnarda qalır. Bu, 

iki sәbәbdәn baş verir. Birinci sәbәb odur ki, varlı  tәbәqәnin 

әksәriyyәti sorğunu cavablandırmaqdan imtina edir.   İkincisi 

isә müәyyәn sәbәblәrә görә şәxsi rifahının ölkә statistikasında 

yüksәk sәviyyәdә qeydә alınmasında heç kim maraqlı deyil. Bu 

da istehlak sәbәtinin “xüsusi çәki” strukturunda avtomaşın, 

soyuducu, televizor, benzin, hәmçinin istirahәt,  әylәncә  vә 

tәhsil xәrclәrinin xeyli azalmasına gәtirib çıxarır. Çünki bu tip 

әmtәә vә xidmәtlәr daha çox qiymәt artımına mәruz qalır. 



 

 



 


Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin