Həbs Prosedurları və Saxlanılan Şəxslərlə Davranış
Qanuna görə, saxlanılan, həbs edilən və ya cinayətdə ittiham olunan şəxslərə öz
hüquqları barədə dərhal məlumat verilməli, həbs olunma səbəbləri açıqlanmalı və
onlarla ədalətli şəkildə davranılmalıdır. Hökumət bu şərtlərə hər zaman riayət etmir.
Aprel ayında parlament Cinayət Məcəlləsinə dəyişiklikləri qəbul etmişdir ki,
bununla da order olmadan polis tərəfindən şəxsin saxlanılması və sorğu-suala
çəkilməsi müddəti 48 saatdan 96 saata artırılmışdır. Hakimiyyət orqanları bəzən
heç bir order olmadan şəxsləri bir neçə günlüyə saxlamış və hüquq ekspertləri
təsdiq etmişdir ki, digər instansiyalarda hakimlər saxlanma hallarından sonra order
vermişdir. Saxlanılanların dediyinə görə, onlara qarşı qaldırılan ittihamlar barədə
dərhal məlumatlandırılmamışdır.
Qanunvericilik saxlanma anından etibarən vəkildən istifadəyə icazə verir, lakin
məlumatlara görə, hakim orqanlar həm siyasi səbəblərdən, həm də adi hallarda
vəkillərin müştəriləri ilə görüşməsini rədd etmişdir. Bizim Yol-un müstəqil
jurnalisti Pərviz Həşimlinin və insan hüquqları müdafiəçisi Leyla Yunusun
hüquqşünasları bildirmişdir ki, bəzən öz müştəriləri ilə görüşmək istəkləri rədd
edilirdi. Xüsusilə də Bakıdan kənarda hüquqşünaslarla əlaqə saxlanılması zəif
olmuşdur. Qanun hüquqi məsləhəti təmin etsə də, buna ehtiyacı olan saxlanılan
şəxslər üçün belə bir imkan yaradılmamışdır.
Country Reports on Human Rights Practices for 2014
United States Department of State • Bureau of Democracy, Human Rights and Labor
Siyasi cəhətdən həssas və digər məsələlərdə şübhəli bilinən şəxslər bəzən bir neçə
saat, bəzən də bir neçə gün polis tərəfindən təcrid edilmiş formada saxlanılmışdır.
Məlumata görə, bir hadisə zamanı polis müxalifətçi fəal Fərəc Kərimovu 10 gün
təcrid edilmiş formada saxlayaraq narkotik vasitələrlə bağlı ittihamları qəbul
etməsi üçün ona qarşı fiziki güc tətbiq etmişdir. Kərimov Facebook-da hökuməti
tənqid etməsi və müxalif Müsavat Partiyasında çalışmasına görə tanınır.
Amnesty International (AI) Kərimovu və Fərəcin fəallığı səbəbindən ondan altı
gün əvvəl həbs edilmiş qardaşı Siracı vicdan məhbusu hesab etmişdir (bax bölmə
1.e.).
Məhbusların ailə üzvlərinin dediyinə görə, səlahiyyətlilər xüsusilə də
məhkəmədən öncəki saxlanma hallarında şəxslərlə görüşləri bəzən
məhdudlaşdırmış və bəzən də saxlanılan şəxslər barədə məlumatları gizlətmişdir.
Ailələrin saxlanılan qohumları barədə məlumat alması bəzən bir neçə gün
çəkmişdir. Səlahiyyətli orqanlar bəzən şəxsləri polisə təslim olmağa vadar etmək
üçün onların ailə üzvlərindən istifadə etmişdir. Məsələn, 2 avqust tarixində polis
Facebook və müxalif Xalq Cəbhəsi Partiyasının fəalı Ruslan Nəsirlinin atasını
tutmuş və Nəsirli səlahiyyətli orqanlara təslim olana qədər onu saxlamışdır.
Formal prosessual sistem mövcuddur, lakin hakimlər il ərzində ondan
istifadə etməmişdir.
Əsassız həbs: Səlahiyyətli orqanlar polisə müqavimət göstərmək, narkotik
maddələri və ya silahları qanunsuz saxlamaq və yaxud ictimai asayişi
pozmaq kimi saxta ittihamlar əsasında əsassız həbslər etmişdir. Yerli QHT-
lər, Aİ və Human Rights Watch (HRW) kimi beynəlxalq qruplar əsas
hüquqlarından istifadə etmiş şəxslərin həbsi ilə bağlı hökuməti tənqid edərək
qeyd etmişdir ki, səlahiyyətli orqanların onlara qarşı ittihamları saxtadır.
Polis xüsusən də öz söz azadlığından istifadəyə cəhd edən şəxsləri
saxlamışdır. Məsələn, 24 yanvar tarixində polis Facebook fəalı və bloqqer
Ömər Məmmədovu həbs etmiş və ardınca onu narkotik maddə saxlamaqda
ittiham etmişdir. 4 iyulda o, beş il həbsxana həyatına məhkum edilmişdir.
Vətəndaş cəmiyyəti fəalları və müstəqil mətbuat nümayəndələri
Məmmədovun həbsini və məhkum olunmasını onun hakimiyyəti internetdə
tənqid etməsi ilə əlaqələndiriblər.
Nəzarət altında saxlama: Səlahiyyətli orqanlar şəxsləri 18 aya qədər nəzarət
altında saxlamışdır. Baş Prokurorluq istintaqı başa çatdırana qədər qanunda yol
verildiyi kimi, ardıcıl bir neçə ay olmaqla şərti üç aylıq saxlama müddətini
müntəzəm olaraq uzatmışdır. Verilən məlumatlara görə, konsulların səfərlərindən
başqa, səlahiyyətli orqanlar Bakıdakı səfirlik nümayəndələrinin 2009-cu ildən
Country Reports on Human Rights Practices for 2014
United States Department of State • Bureau of Democracy, Human Rights and Labor
etibarən nəzarət altında saxlanılan dustaqlara baş çəkməsinə icazə verməmişdir.
Amnistiya: 26 may tarixində prezident 171 məhbusu əfv etmişdir. QHT-lər
onlardan üçünün siyasi məhbus olduğunu hesab etmişdir. 17 oktyabr tarixində
prezident dörd nəfərin siyasi məhbus hesab edildiyi və kütləvi iğtişaş yaratmaqda
təqsirləndirilərək həbs edilmiş N!DA gənclər hərəkatının üzvü (Bəxtiyar Quliyev
və Şahin Novruzlu), N!DA üzvü və Facebook fəalı (Elsevər Mürsəlli) və QHT
rəhbəri Həsən Hüseynli olmaqla 84 məhbusu əfv etmişdir. QHT-lər bunlardan
üçünün siyasi məhbus olduğunu hesab etmişdir. Məlumata görə, səlahiyyətlilər bu
dörd nəfəri keçmiş “səhvlər”i üçün üzrxahlıq məktubu yazmağa məcbur etmişdir.
29 dekabrda prezident siyasi məhbus hesab edilən 10 nəfər daxil olmaqla 87 nəfəri
əfv etmişdir:
N!DA fəalı Zaur Qurbanlı və Üzeyir Məmmədli, jurnalistlər Avaz Zeynallı və
Sərdar Əlibəyli, insan hüquqları müdafiəçisi Qurban Məmmədov, məktəblərdə
hicab geyinməyə qeyri-rəsmi qadağaya etiraz etmək üstündə həbs edilmiş üç şəxs
və 2013-cü ilin yanvarında İsmayıllı etirazlarında iştirakına görə həbs edilmiş iki
şəxs.
e. Ədalətli və açıq məhkəmə prosesinin aparılmasından imtina
Konstitusiya məhkəmə sisteminin müstəqil olduğunu təsbit etsə də, hakimlər
müstəqil şəkildə fəaliyyət göstərmir. Məhkəmə sistemində rüşvətxorluq olmuş və
sistem səmərəsiz olaraq qalmışdır. Əksər hökmlərin hüquqi əsası olmamış və
məhkəmədə verilən ifadələrlə heç bir əlaqəsi olmamışdır. Məhkəmənin nəticələri
adətən əvvəlcədən planlaşdırılmışdır.
Ədliyyə Nazirliyi Məhkəmə-Hüquq Şurasına (MHŞ) nəzarət edir. MHŞ məhkəmə
sisteminə namizədlərin seçilməsi üçün imtahanları təşkil edən və məhkəmə işçiləri
üçün uzunmüddətli təlim və seçim prosesinə nəzarət edən məhkəmə komissiyasını
(altı hakim, bir prokuror, bir vəkil, MHŞ nümayəndəsi, Ədliyyə Nazirliyinin
nümayəndəsi və bir elm adamı) təyin edir.
Müvafiq məlumatlara əsasən, hakim və prokurorlar xüsusən də beynəlxalq
müşahidəçilərin marağında olan işlərdə Prezident Administrasiyası və Ədliyyə
Nazirliyinin təlimatları ilə hərəkət etmişdir. Müvafiq məlumatlarda hakimlər
ənənəvi olaraq rüşvət götürmüşdükləri qeyd edilir.
Məhkəmə Prosedurları
Dövlət, kommersiya və ya peşə sirləri yaxud məxfi, özəl və ya ailə məsələlərini
nəzərdə tutan işlər istisna olmaqla qanun açıq məhkəmə işlərinin keçirilməsini
təmin edir. Qanunda aşağıdakılar təmin edilir: cinayət hadisələrində təqsirsizlik
Country Reports on Human Rights Practices for 2014
United States Department of State • Bureau of Democracy, Human Rights and Labor
prezumpsiyası; ittihamlar barədə dərhal məlumat almaq hüququ; şahidlik
ifadələrinə baxmaq, şahidlərlə üzləşmək və məhkəmədə ifadə vermək hüquqları;
imkansız müttəhimlərin məhkəmənin təsdiq etdiyi vəkillərə olan hüquqları;
müdafiəçinin müvafiq vaxt və avadanlıqlarla təmin olunma hüququ; şahidlik etmək
və ya günahı boynuna almağa məcbur edilməmə hüququ və həm müttəhimlərin,
həm də ittihamçıların apelyasiya şikayəti vermək hüququ. Səlahiyyətlilər bu
müddəalara hər zaman riayət etmir.
Hakimlər bəzən hökmləri açıq formada oxumur və ya verdiyi qərarların
arxasında dayanan əsaslandırmanı vermir, hökmün əsaslandırılması barədə
ittiham olunan şəxs məlumatsız qalır.
İyun ayında parlament məhkəmə prosesində andlıların iştirakına icazə verən
mövcud (lakin heç vaxt icra edilməyən) qanunverici müddəaları ləğv etdi.
Hökumət bu ləğvi onunla əsaslandırdı ki, “Azərbaycan əhalisi” cinayət işlərinin
hökmündə vətəndaşların iştirakına “hazır deyil”.
Casusluq və satqınlıq ittihamları istisna olmaqla, xarici və yerli müşahidəçilərə
ümumilikdə məhkəmə proseslərində iştirak etməyə icazə verilmişdir. Qeyri-
müvafiq oturacaqları ilə kiçik məhkəmə zallarından istifadə və prosesin başlanma
tarixində son anda edilən dəyişikliklər əhalinin bəzi məhkəmə proseslərindəki
iştirakını məhdudlaşdırmışdır. Xüsusilə də Ağır Cinayətlər Məhkəməsində
müəyyən istisnalar olmasına baxmayaraq, məhkəmənin keçiriləcəyi tarix və yerlər
haqqında məlumat ümumilikdə mövcud olmuşdur.
Konstitusiya dövlət ittihamçısı ilə vəkillərə bərabər status versə də, təcrübədə dövlət
ittihamçıları hüquqları baxımından müdafiə tərəfini üstələyir. Mülki işlərdə hakimlər
“üzrlü səbəb” -dən vəkilləri işdən uzaqlaşdırmaq hüququna malikdirlər. Cinayət
işləri üzrə məhkəmə prosesində isə maraqların toqquşması olarsa və ya cavabdeh
vəkilin dəyişilməsini tələb edərsə, hakim vəkili işdən uzaqlaşdıra bilər.
İnsan hüquqları müdafiəçiləri Leyla Yunus və İntiqam Əliyevə qarşı cinayət
işlərində səlahiyyətlilər bəzi hüquqşünasları müdafiə komandasından
kənarlaşdırmaq üçün müxtəlif metodlardan istifadə etmişdir. Azad Avropa \
Azadlıq radioları (AA\AR) 26 dekabrda (bax bölmə 2.a.) bağlandıqdan və bu
radioların işçilərinin sorğu-suala tutulmasına başlandıqdan sonra hakimiyyət yerli
vəkilin bu işdə işçiləri təmsil etməsinə imkan verməmişdir.
Qanun cinayət işlərində vəkillərin iştirakını dövlət nəzarətində olan Kollegiyanın
(vəkillər kollegiyası) üzvlərinin təmsil olunması ilə məhdudlaşdırır. Həssas işləri
qəbul etmək istəyən və qəbul etməyə qadir olan müdafiəçi hüquqşünasların sayı
Kollegiyanın prezidiumu (təşkilatın idarəetmə bölməsi) daxil olmaqla hakimiyyətin
Country Reports on Human Rights Practices for 2014
United States Department of State • Bureau of Democracy, Human Rights and Labor
gördüyü bir sıra tədbirlər səbəbindən il ərzində getdikcə azalmışdır. Məsələn,
dekabrın 10-da Kollegiya Leyla Yunusun işindən kənarlaşdırılan iki
hüquqşünasdan biri olan müdafiəçi-vəkil Xalid Bağırovu vəkillik hüququndan
məhrum etmişdir. İlqar Məmmədovun və Tofiq Yaqublunun məhkəməsində
Bağırovun hökumət əleyhinə bəyanatlar verdiyini təsdiqləyərək Kollegiya onu
peşəkar fəaliyyətdə nalayiq davranış nümayiş etdirməsində təqsirkar bilmişdir.
Bağırov vəkillik hüququndan məhrum edildikdən sonra Bakı polis rəisinə böhtan
atması ittihamları ilə əlaqədar 2011-ci ildə lisenziyası da alınmışdır. İl ərzində
görülən belə tədbirlərə məşhur hüquqşünaslar Əliabbas Rüstəmovun 28 iyunda və
İntiqam Əliyevin 8 avqustda saxlanılması da aiddir. Həmçinin hüquqşünaslara
qarşı polis zorakılığının olması barədə məlumatlar da daxil olmuşdur.
Paytaxtdan kənarda fəaliyyət göstərən Kollegiya hüquqşünaslarının sayı
təqribən 25 faiz olmaqla nisbətən sabit qalmışdır.
Konstitusiya qeyri-qanuni yolla əldə edilmiş dəlillərdən istifadəni qadağan edir;
lakin təqsirləndirilən şəxslərdən bəziləri verdikləri ifadələrin zorakılıq yaxud
işgəncə yolu ilə əldə edildiyini iddia etsələr də, bu cür sui-istifadə halı baş
vermiş işlərin heç birinə xitam verilməmiş və sui-istifadə halının yol
verilməsinin müəyyən edilməsi üçün ekspertiza təyin edilməmişdir. Hakimlər
polislərin pis rəftarı barədə sikayətlərə əhəmiyyət belə verməmişlər. Bir qayda
olaraq istintaq zamanı əsas diqqət təqsirləndirilən şəxslərə qarşı əsaslı dəlillərin
araşdırılmasına deyil, etirafın əldə edilməsinə yönəldilir. Məhkəməyə verilən
ciddi cinayətlər çox vaxt məhkum olunma ilə başa çatmışdır, belə ki, hakimlər
yalnız minimum dəlil tələb etmiş və ittihamçılarla yaxından əməkdaşlıq etmişdir.
Ağır Cinayətlər Məhkəməsi istisna olmaqla, konstitusiya müttəhimin tərcümə
xidməti ilə təmin edilməsi hüququnu təsbit etsə də, məhkəmələr çox vaxt tərcüməçi
təmin etməmişdir. Məhkəmələr dinləmələr zamanı dövlət büdcəsi çərçivəsində
tərcüməçi cəlb etməlidir.
Məhkəmə prosesinin hərfi stenoqramları olmamışdır. Bakıdakı yeni məhkəmələrin
bəzisi məhkəmə prosesini audio qeydə alsa da, əksər şahid ifadələri, şifahi fikirlər
və məhkəmə qərarları qeydə alınmamışdır. Bunun əvəzində, məhkəmə icraçısı qısa
qeyd götürmüşdür.
Ölkədə vətəndaş hüquqları üzrə hakimlərin olduğu hərbi məhkəmə sistemi
mövcuddur. Hərbi məhkəmə müharibə və ya hərbi xidmətlə bağlı hər hansı iş
üzərində birinci dərəcəli yurisdiksiyaya malikdir.
Siyasi Məhbuslar və Saxlanılan Şəxslər
Hökumət siyasi məhbusların olmadığını bəyan etsə də, yerli və beynəlxalq QHT-lər
Country Reports on Human Rights Practices for 2014
United States Department of State • Bureau of Democracy, Human Rights and Labor
bu cür halların olduğu barədə məlumat vermişdir. QHT-lərin 1 noyabr tarixinə olan
məlumatına görə, siyasi məhbusların sayı 24-dən 135-ə qədər artmışdır. Avqustun
ortalarında insan hüquqları üzrə yerli müdafiəçi, jurnalistlər (bax bölmə 2.a.), insan
hüquqları müdafiəçiləri (bax bölmələr 4 və 5), müxalifət üzvləri (bax bölmə 1.d.),
gənc fəallar (bax bölmə 1.c.), mülki fəallar və dindar fəallar (bax həmçinin
www.state.gov/religiousfreedomreport/
Dövlət Departamentinin Beynəlxalq Dini
Azadlıq Hesabatı) daxil olmaqla siyasi motivli səbəblərdən həbs edilmiş və ya
həbsə salınmış 98 nəfərlik siyahı hazırlamışdır.
Aİ-nin vicdan məhbusu hesab etdiyi əksər şəxslər bu siyahıya daxil edilmişdir.
17 martda səlahiyyətli orqanlar REAL müxalifət hərəkatının sədri və keçmiş
prezidentliyə namizəd aspirant İlqar Məmmədovu, jurnalist və müxalifətçi Müsavat
Partiyasının sədr müavini Tofiq Yaqublunu ictimai asayişi pozduğuna və
səlahiyyətli orqanlara müqavimət göstərdiyinə görə müvafiq olaraq yeddi və beş il
müddətinə azadlıqdan məhrum etmişdir. Məmmədov və Yaqublu İsmayıllıda
hökumət əleyhinə iğtişaşlardan sonra məlumat toplamaq üçün 2013-cü ilin yanvarın
sonlarında İsmayıllı şəhərinə getmişdir. Aİ daxil olmaqla beynəlxalq təşkilatlar
QHT rəhbəri Anar Məmmədli (bax bölmə 3) və digərləri ilə yanaşı, onları vicdan
məhbusu kimi tanımışdır.
22 mayda Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarına görə,
Məmmədov ittiham olunduğu hüquq pozuntusunu qəbul etməsi barədə heç bir əsaslı
dəlil olmadan saxlanılmış və həbs edilmişdir. Məhkəmə qərar vermişdir ki, onun
saxlanmasının faktiki məqsədi hakimiyyəti tənqid etdiyinə görə onu susdurmaq və
ya cəzalandırmaq olmuşdur.
6 mayda hakimiyyət narkotik saxlama, xuliqanlıq və ictimai asayişi pozmaqda
səkkiz gənc fəalı təqsirli bilərək onları altı il altı aydan səkkiz il altı ay müddətinə
həbsxana şəraitinə məhkum etmişdir. Prezident səkkiz nəfərdən ikisini 17
oktyabrda, digər ikisini isə 29 dekabrda əfv etmişdir. Aİ daxil olmaqla
beynəlxalq cəmiyyət yalnız mülki fəallığına görə saxlanılmış və verilmiş dəlil
əsasında məhkum edilmiş fəalları vicdan məhbusu hesab etmişdir.
14 iyulda hakimiyyət “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən
Hüseynlini xuliqanlıqda ittiham edərək altı il həbs müddətinə məhkum etmişdir.
Prezident 17 oktyabrda Həsən Hüseynlini əfv etmişdir. Yerli vətəndaş cəmiyyəti
fəalları və beynəlxalq cəmiyyət Hüseynlinin həbsini onun mülki fəallığı və ölkə
gəncləri ilə olan işi ilə əlaqələndirmişdir.
30 iyulda hakimiyyət məşhur insan hüquqları müdafiəçisi, Sülh və Demokratiya
İnstitutunun direktoru Leyla Yunusu həbs etmiş və onu dövlətə satqınlıq (həmçinin
2012-ci il Bakıda keçirilən Avroviziya Mahnı Müsabiqəsinə müqavimət göstərdiyi
üçün təqsirləndirilmişdir), vergidən yayınma və digər ittihamlarla mühakimə
Country Reports on Human Rights Practices for 2014
United States Department of State • Bureau of Democracy, Human Rights and Labor
etmişdir. 5 avqustda hakimiyyət onun həyat yoldaşı Arif Yunusu da eyni
ittihamlarla üç aylıq məhkəmə öncəsi həbsə məhkum etmişdir. Rəsmilər onu
jurnalist Rauf Mirqədirovla əlaqələndirir (bax bölmə 2.a.) və Dağlıq Qarabağ
münaqişəsinin sülh yolu ilə həll edilməsinə yardım etmək məqsədi ilə Azərbaycan
və Ermənistan vətəndaşları arasında dialoqun qurulmasının dəstəklənməsi
istiqamətindəki cəhdləri ilə əlaqədar bu üç nəfərin casusluqda iştirak etməsini
təsdiqləmişdilər.
2 avqustda səlahiyyətli orqanlar İnsan Hüquqları Klubunun sədri Rəsul Cəfərovu
həbs etmiş və qəsdən vergidən yayınma, qeyri-qanuni sahibkarlıq və vəzifədən sui-
istifadə ittihamları ilə onu üç ay müddətinə məhkəmə öncəsi həbsə məhkum
etmişdir. 8 avqustda səlahiyyətli orqanlar beynəlxalq səviyyədə tanınmış
hüquqşünas və insan hüquqları müdafiəçisi İntiqam Əliyevi eyni ittihamlarla üç
aylıq məhkəmə öncəsi həbsə məhkum etmişdir. Aİ yalnız insan hüquqları
sahəsindəki fəaliyyətlərinə görə saxlanılmış bu iki nəfəri və Leyla Yunusu vicdan
məhbusu kimi tanımışdır. Beynəlxalq cəmiyyət bu dörd nəfərin həbsini siyasi
motivli səbəblərdən hesab etmişdir.
13 avqustda səlahiyyətli orqanlar ruhani Taleh Bağırzadənin iki illik məhkumluğunu
əlavə dörd ay müddətinə uzatmışdır.
5 dekabrda müstəqil jurnalist Xədicə İsmayılova həbs edilmiş və şəxsi özünə
qəsd həddinə çatdırmaqda təqsirli bilinərək iki ay müddətinə məhkəmə öncəsi
həbsə alınmışdır.
26 mayda Prezident Əliyev siyasi məhbus kimi qəbul edilən hüquqşünas və
insan hüquqları müdafiəçisi Bəxtiyar Məmmədov, gənc fəal Daşqın Məlikov və
jurnalist Fərəməz Allahverdiyevi əfv etmişdir.
Country Reports on Human Rights Practices for 2014
United States Department of State • Bureau of Democracy, Human Rights and Labor
Qanun siyasi məhbusları digər məhbuslar kimi eyni hüquqlarla təmin edir. Buna
baxmayaraq, məhdudiyyətlər fərqli olur. Səlahiyyətlilər beynəlxalq humanitar
təşkilatların siyasi məhbuslarla görüşünə şərait yaratmışdır.
Mülki Məhkəmə Prosedurları və Hüquq-müdafiə vasitələri
İnsan hüquqlarının pozulması zamanı dəymiş ziyana görə vətəndaşların məhkəmə
prosesinə müraciət etmək hüququ vardır. Qanun mülki məsələlərdə andlılar
məhkəməsini təmin etmir; bütün məhkəmələrdə hakim qərar verir. Rayon
məhkəmələri birinci dinləmədə mülki işlər üzərində yurisdiksiyaya malikdir;
Apelyasiya Məhkəməsi və sonra Ali Məhkəmə apelyasiyalara baxır. Cinayət
məhkəmələrində olduğu kimi, Ali Məhkəməyə müraciət daxil olmaqla ölkə
daxilindəki bütün hüquq orqanlarına müraciət etdikdən sonra bütün vətəndaşların altı
ay müddətində AİHM-ə müraciət etmək hüququ vardır.
Regional İnsan Hüquqları məhkəmələrinin qərarları
Vətəndaşlar AİHM-ə müraciət hüququndan istifadə etmiş və İnsan Hüquqları üzrə
Avropa Konvensiyası çərçivəsində hökumətin öhdəliklərini pozması iddialarını
qaldırmışdır. Hökumətin AİHM-in qərarlarına riayət etməsi fərqli olsa da, İlqar
Məmmədovun hüquqlarının pozulması üçün ona 22,000 Avro (($27,500)
kompensasiya ödənilməsi barədə AİHM-in 22 may hökmü hökumət tərəfindən
icra edilmişdir.
f. Şəxsi iş, Ailə, Ev və Yazışmalara Əsassız Müdaxilə
Şəxsi işlər və yazışmalara, habelə digər şəxsi əlaqələrə əsassız şəkildə müdaxilə
edilməsi və nəzarət edilməsi qanunla qadağa edilir. Hökumət bu hüquqi qadağalara
riayət etməmişdir.
Konstitusiya yaşayış yerlərində axtarışın keçirilməsinə yalnız məhkəmə qərarı ilə
yaxud qanunda nəzərdə tutulmuş xüsusi hallarda icazə verir, lakin hakimiyyət
orqanları çox vaxt müvafiq sanksiyalar olmadan axtarışlar keçirmişlər. Çoxları
düşünür ki, Milli Təhlükəsizlik Nazirliyi və Daxili İşlər Nazirliyi xüsusilə də
internetdə fəal olan gənclərin, bəzi siyasi və biznes xadimlərinin və beynəlxalq
yazışma aparan şəxslərin telefon danışıqlarına və internet kommunikasiyalarına
nəzarət etmişdir.
Polis şübhəli cinayətkarlar və siyasi müxalifət üzvlərinin ailələrinə, habelə
Country Reports on Human Rights Practices for 2014
United States Department of State • Bureau of Democracy, Human Rights and Labor
müəyyən QHT-lərin işçiləri və rəhbərləri, onların ailə üzvlərinə hədə-qorxu
gəlmiş, incitmiş və bəzən də həbs etmişdir. Məsələn, 30 iyulda səlahiyyətli
orqanlar Azərbaycanda olan Siyasi Məhbusların koordinatoru və keçmiş siyasi
məhbus Oqtay Gülaliyevin oğlu 17 yaşlı Əli Gülaliyevə qarşı cinayət işi
açmışdır. Məlumata görə, polis Gülalıyevi xəbərdarlıq etmişdir ki, Gülalıyev öz
siyasi fəaliyyətlərini və siyasi məhbusları müdafiə etməyi dayandırmasa, onun
oğlu hədəf atəşinə tutulacaq. Müxalifət iştirakçılarının ailə üzvlərinin həbsinə
Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin qaynı Elnur Seyidov da daxildir.
Həmçinin məlumatlara əsasən, hakim dairələr ailə üzvlərinin siyasi və ya
mülki fəaliyyətlərinə görə şəxsləri işdən çıxarmışdır.
QHT-lərin məlumatına görə, səlahiyyətli orqanlar şəxsi əmlakdan məcburi məhrum
etmə və əmlakın müsadirəsi ilə bağlı qanunlara riayət etməmişdir. Ev sahibləri
müsadirə edilmiş əmlaka görə bazar dəyərindən aşağı olan qiymətlə kompensasiya
edilmiş və az hallarda dəymiş ziyanın əvəzini almışdır. Yerli yoxlamalar əmlak
hüquqları ilə bağlı daxil olan şikayətlərin sayı əvvəlki illərlə müqayisədə artdığını
göstərir. QHT-lərin verdiyi məlumata görə, bir çox vətəndaş məhkəmə sisteminə
etimad göstərmir və buna görə də kompensasiya ilə bağlı iddia qaldırmağa meyl
göstərməmişlər. Bakı sakinləri məcburi köçürülmədən və öz əmlakını tərk
etməkdən imtina edənlərə qarşı zorakılıq hallarından şikayət etmişdir. İlin birinci
yarım ilində Bakının “Sovetski” ərazisinin sakinləri arabir etirazlar təşkil etmişdir.
4 martda polis yeddi etirazçını saxlamış və məhkəmə onların altısını 15 gündən 30
günə qədər müddətdə inzibati həbs cəzasına məhkum etmişdir.
Dostları ilə paylaş: |