AZƏrbaycanda insan hüquqlarina daiR 2014-CÜ İl hesabati


Fəsil 5. İnsan Hüquqlarının Qəsdən Pozulması Hallarının Beynəlxalq və Qeyri-



Yüklə 492,93 Kb.
Pdf görüntüsü
səhifə5/6
tarix14.01.2017
ölçüsü492,93 Kb.
#5117
1   2   3   4   5   6

Fəsil 5. İnsan Hüquqlarının Qəsdən Pozulması Hallarının Beynəlxalq və Qeyri-

Hökumət səviyyəsində Araşdırılması ilə bağlı Hökumətin mövqeyi  

 

 



Seçilmiş  vətəndaş  cəmiyyəti  fəalları  ilə  dialoq  qurmaq  məqsədi  ilə  oktyabrın 

sonlarında  hökumətin  insan  hüquqları  ilə  bağlı  işçi  qrupu  yaratmasına 

baxmayaraq,  yerli  və  beynəlxalq  insan  hüquqları  üzrə  qrupların  fəaliyyətləri 

üzərində hökumətin qoyduğu məhdudiyyətlər artmış, insan hüquqlarının aparıcı 

müdafiəçiləri  həbs  edilmiş,  qanunvericilikdə  düzəlişlər  QHT-lərin  fəaliyyətini 

daha  da  məhdudlaşdırmış  və  ölkə  üçün  indiyə  qədər  görünməmiş  digər  təzyiq 

halları tətbiq edilmişdir.

   


 

 

İnsan hüquqları üzrə aparıcı QHT-lər insan hüquqları ilə bağlı aşkar etdikləri 



faktların araşdırılması və nəşr edilməsi ilə bağlı getdikcə artan xoşagəlməz mühitlə 

qarşılaşmışlar. Bunun nəticəsində bəzi fəallar ölkəni tərk etmiş, bəziləri gizlənmiş 

və bir sıra QHT-lər öz fəaliyyətlərini dayandırmışlar. 24 noyabr tarixində Avropa 

Komissiyasının insan hüquqları üzrə komissarı Nils Muiznieks bildirmişdir ki, 

onun ölkədə olan bütün həmkarları həbsxanada olmuşlar.   

 

 



Hökumət bir sıra insan hüquqları üzrə QHT-lərlə əlaqələr saxlayıb, onların 

Country Reports on Human Rights Practices for 2014 

United States Department of State • Bureau of Democracy, Human Rights and Labor 

 

sorğularına cavab vermiş olsa da, bir çox hallarda digər insan hüquqları üzrə 



QHT-ləri və fəalları tənqid etmiş və onları hədələmişdir. Ədliyyə Nazirliyi 

qeydiyyatdan müntəzəm şəkildə imtina etməyə və əsassız zəminlərdə insan  

hüquqları üzrə QHT-lər üzərində inzibati məhdudiyyətlər tətbiq etməkdə davam 

etmişdir. 

 

Bir çox sayda QHT nümayəndələri hökumətin tətbiq etdiyi məhdudiyyətlərin 



artdığını bildirmiş və bunu vətəndaş cəmiyyəti və dinc müxalifət üzərində təzyiq 

kimi təsvir etmişlər. Ən çox əks-səda doğuran hallardan biri rəhbər orqanların 30 

iyul 8 avqust tarixləri arasında aparıcı insan hüquqları müdafiəçiləri Leyla Yunus, 

Rəsul Cəfərov və İntiqam Əliyevi həbs etməsi olmuşdur. Yunus və Cəfərov insan 

hüquqları üzrə fəallardan ibarət işçi qrupuna rəhbərlik etmişlər ki, bu qrup siyasi 

məhbus və yaxud nəzarət altında saxlanılan şəxslərin siyahısını tərtib etməklə 

məşğul olmuşdur. Əliyev insan hüquqları ilə bağlı yüzlərlə işi AIHM-ya təqdim 

etmişdir. O bildirmişdir ki, Baş Prokurorluq onun təqdim etdiyi işlərlə bağlı 

sənədləri müsadirə etmişdir, halbuki bu sənədlərin ona qarşı irəli sürülən 

ittihamlarla heç bir əlaqəsi yoxdur. Səlahiyyətli orqanlar bu materialları oktyabr 

ayında geri vermişlər.       

 

 



Fəallar həmçinin bildirmişlər ki, rəhbər orqanlar onların təşkilatlarını və yaxud 

qrantlarını qeydiyyata almaqdan imtina etmiş, təşkilatların fəaliyyətləri ilə bağlı 

araşdırmalar aparmış, onların şəxsi və yaxud təşkilatın bank hesablarını 

dondurmuş və ofis avadanlığını müsadirə etmişdir. Bəzi QHT nümayəndələri 

həmçinin bildirmişlər ki, onların özləri və yaxud ailə üzvləri fiziki olaraq təzyiqə 

məruz qalsalar da cəza tətbiq edilməmişdir. Bir çoxları ofisin yerləşdirilməsi, 

yaxud xüsusən mehmanxanalarda və xüsusilə də Bakıdan kənarda baş verən 

tədbirlər üçün tədbirlərin yeri ilə bağlı çətinliklə üzləşdiklərini bildirmişlər.   

 

 

Hökumətin yüksək rütbəli vəzifəli şəxsləri insan hüquqları üzrə fəallara qarşı 



şəxsi zəmində təzyiqlərə tətbiq etmişlər. Avqust ayında hökumətyönümlü mətbuat 

vasitələri beynəlxalq donor təşkilatlarından maliyyə dəstəyi alanları “xəyanətkar” 

kimi qələmə vermişdir. Dövlətə məxsus mətbuat vasitələri Aİ, İHÜ, Freedom 

House və Sərhədsiz Reportyorlar kimi təşkilatları “antimilli elementləri” 

dəstəkləməkdə günahlandırmışlar. Hökumət həmçinin Milli Demokratiya 

İnstitutu və digər beynəlxalq QHT-ləri hökuməti devirmək iddiası ilə planlar 

quran gənclər hərəkatı və digərlərini yanlış olaraq maliyyələşdirməkdə və digər 

yardımlar etməkdə günahlandırmaqda davam etmişdir.  MDİ-nin yerli tərəfdaşı 

EMDS-in prezidenti və icraçı direktorunun  may ayında məhkum edilməsindən və 

onun fəaliyyətlərinin usandırıcı şəkildə araşdırılması və yerli işçilərin narahat 

edilməsinin ardınca MDİ iyun ayında öz fəaliyyətini dayandırmışdır. Oxşar 

araşdırma və narahatçılığın ardınca İREX-də sentyabr ayından etibarən öz 

fəaliyyətini dayandırmışdır. 3 dekabr tarixində Prezident Administrasiyasının 

rəhbəri Ramiz Mehdiyev Azərbaycan və xarici QHT-ləri ölkədə qeyri-stabillik 

yaratmaq istəyində olan xarici maraqları təmsil etməkdə və bununla da 


Country Reports on Human Rights Practices for 2014 

United States Department of State • Bureau of Democracy, Human Rights and Labor 

 

təxribatçılıqla məşğul olmaqda günahlandırmışdır. O, həbsə alınmış xüsusi 



demokratiya və insan hüquqları üzrə QHT-lərin və fəalların adlarını sadalamışdır.  

 

 



İl ərzində hökumət şurası  bir çox sayda QHT-ləri dəstəkləmək üçün 2,9 milyon 

manat (3,6 milyon ABŞ dollar) təmin etmişdir. Müşahidəçilər bu QHT-lərin 

əksəriyyətini hökumət yönlü və yaxud siyasi baxımdan neytral hesab etsələr də, 

hökuməti tənqid edən bəzi QHT-lərə də qrantlar təqdim edilmişdir.   

 

 

Hökumətdə İnsan Hüquqları üzrə Orqanlar:  Vətəndaşlar dövlət və yaxud fərdlər 



tərəfindən törədilən pozuntulara görə insan hüquqları üzrə müvəkkil Elmira 

Süleymanovaya,  yaxud Naxçıvan Muxtar Respublikasının insan hüquqları üzrə 

müvəkkili Ülkər Bayramovaya şikayət edə bilərlər. Ombudsman bir ildən daha 

öncə baş vermiş, anonim və yaxud artıq ədliyyə orqanlarında icraatda olan işlərdən 

imtina edə bilər. İnsan Hüquqları üzrə QHT-lər siyasi motivli olması ehtimal 

olunan hallarda Ombudsmanın ofisini sərbəstliyinin və səmərəli fəaliyyətinin 

olmamasında tənqid edirlər. 

 

Ombudsmanın ofisi il ərzində 13150 şikayətin daxil olduğunu bildirmişdir ki, bu da 



keçən ilkindən 3,9 faiz azalma deməkdir. Şikayətlərin əksəriyyəti əmlak 

hüquqlarının qəsdən pozulması, hüquq və azadlıqların, sosial müavinətlərin  və 

əmək hüquqlarının müdafiəsi ilə bağlı məhkəmə hökmləri ilə bağlı olmuşdur. 

Ombudsmanın ofisi 4780 şikayəti nəzərə almış və bunlardan 2713-ü həll edilmişdir.   

 

 

Milli  Məclisdə  insan  hüquqları  üzrə  qurumlar  və  Ədliyyə  Nazirliyi  də 



şikayətləri  dinləmiş,  araşdırmalar  aparmış  və  müvafiq  hökumət  orqanlarına 

tövsiyələrini təqdim etmişlər. 

 

 

Fəsil 6. Ayrı-seçkilik, Cəmiyyətdə Zorakılıq və İnsan Alveri  



 

 

Konstitusiya  irqinə,  cinsinə,  fiziki  qüsurlarına  və  yaxud  sosial  statusuna 



görə ayrı-seçkiliyin qoyulmasını qadağan etsə də, hökumət heç də həmişə 

bu qadağalara hörmət etmir və yaxud onları səmərəli şəkildə tətbiq etmir.    

 

 

Qadınlar  



Country Reports on Human Rights Practices for 2014 

United States Department of State • Bureau of Democracy, Human Rights and Labor 

 

 

 



Zorlama və Məişət Zorakılığı:  Zorlama qanuna zidd hərəkətdir və maksimum 15 il 

həbs cəzası daşıyır. İlin ilk 11 ayı ərzində Daxili İşlər Nazirliyi 34 zorlama halını, 

45 seksual xarakterli zorakılıq və altı məcburi cinsi akt hadisəsini qeydə almışdır. 

İlin sonuna kimi bəzi araşdırmalar davam etdiyi halda Nazirlikdən 71 nəfərin 

məhkəməyə cəlb olunması barədə məlumat verilmişdir.    

 

Qanun məişət zorakılığı ilə bağlı şikayətlərin araşdırılması üçün zəmin yaradır, 



məhdudlaşdırıcı orderlərin verilməsi üçün prosesi müəyyən edir və qurbanlar üçün 

sığınacaqların təmin edilməsi və reabilitasiya mərkəzlərinin yaradılması üçün tələb 

irəli sürür. Məişət zorakılığı ilə bağlı qanunun bəzi tənqidçiləri bildirir ki, qanunda 

aydın icra təlimatlarının olmaması onun effektivliyini azaltmışdır. 18 iyun tarixində 

BMT-nin xüsusi reportyoru bəyan etmişdir ki, qanuna baxmayaraq, məişət 

zorakılığı və qətllər daxil olmaqla qadınlara qarşı zorakılıq halları geniş vüsət 

almaqda davam edir. Milli Məclisin qadın üzvləri və Ailə, Qadın və Uşaq 

Problemləri üzrə Dövlət Komitəsinin sədri məişət zorakılığına qarşı öz 

fəaliyyətlərini artırmışlar. Komitə ictimai agahlıq kampaniyaları keçirmiş və məişət 

zorakılığının qurbanına çevrilmiş qurbanların sosial iqtisadi vəziyyətini 

yaxşılaşdırmaq istiqamətində çalışmışlar. Məişət zorakılığı hallarının mətbuatda 

işıqlandırılması da problemlə bağlı agahlığın artırılmasına xidmət etmişdir. 

 

 

Qadınlar xüsusilə kənd yerlərində olmaqla öz həyat yoldaşları və yaxud digərləri 



tərəfindən məruz qaldıqları hücumlara qarşı heç bir səmərəli resursa malik deyillər. 

Bakıda Sülh və Demokratiya İnstitutu ilə birgə yaradılmış qadınların krizis mərkəzi 

qadınlara pulsuz olaraq tibbi, psixoloji və hüquqi yardımlar göstərsə də, hakimiyyət 

orqanları bir sıra QHT-lərin fəaliyyəti ilə bağlı istintaq işlərinə başladıqdan sonra 

mərkəz öz fəaliyyətini dayandırmışdır. May ayında krizis mərkəzinin rəhbəri, qadın 

hüquqlarının müdafiəçisi Mətanət Əzizova Sülh və Demokratiya İnstitutunun 

direktoru Leyla Yunusa qarşı şahidlik etmək təzyiqlərindən və mümkün həbs 

cəzasından yayınmaq üçün ölkəni tərk etmişdir. İyun ayında səlahiyyətli orqanlar 

Əzizovanın ailəsinin ölkəni tərk etməsinin qarşısını almışlar, onun vəkili isə bu 

hadisəni onun geri qayıtmasına təsir etmək üçün təzyiq adlandırmışdır.  

 

 

Hökumət insan alveri və məişət zorakılığı qurbanlarına yardımların təmin 



edilməsi üçün bir sığınacaq təmin etmişdir.   

 

 



Qadın Sünnəti (FGM/C):  Heç bir qanunla qadın sünnəti qadağan edilmir. 

Bununla bağlı il ərzində mətbuat və yaxud QHT-lər tərəfindən heç bir hal 

göstərilməmişdir.   

 

 



Cinsi Təcavüz:  Hökumət cinsi təcavüzün qadağan olunmasını nadir hallarda 

tətbiq etmişdir. Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi 

(AQUPDK) cinsi təcavüz və məişət zorakılığı ilə bağlı agahlığın artmasına 


Country Reports on Human Rights Practices for 2014 

United States Department of State • Bureau of Democracy, Human Rights and Labor 

 

xidmət edən bir çox sayda konfransların təşkili və ev sahibliyi edilməsi daxil 



olmaqla qadın problemləri ilə bağlı geniş fəaliyyətlər icra etmişdir.     

 

Reproduktiv Hüquqlar:  Cütlüklər və fərdlər uşaqlarının sayı, aralarında fərq və 



vaxtı ilə bağlı azad şəkildə qərar vermək hüququna malikdirlər. İnformasiyalara 

çıxış açıq olduğundan ailələr və fərdlər heç bir ayrı seçkilik, məcburiyyət və 

zorakılıq olmadan sərbəst şəkildə reproduktiv qərarlar verə bilərlər. 

Kontrasepsiya geniş şəkildə istifadəyə açıq olsa da, demoqrafik sorğular göstərir 

ki, bundan istifadə aşağı səviyyədədir.  Uşaq doğumu zamanı tələb olunan 

yardım, həmçinin prenatal qayğı, vacib mamalıq və doğuş sonrası tibbi 

xidmətlər mövcud olmuşdur. Bəzi hallarda mədəni, tarixi və sosial iqtisadi 

faktorlara söykənən patriarxal normalar da qadınların reproduktiv hüquqlarını 

məhdudlaşdırmışdır.   

 

Ayrı-seçkilik:  Qadınlar formal olaraq kişilərlə eyni hüquqları paylaşmış olsalar 



da, sosial baxımdan ayrı-seçkilik problem olmuşdur. Kənd yerlərində ənənəvi 

sosial normalar və iqtisadi durumun aşağı olması qadınların iqtisadiyyatda rolunu 

məhdudlaşdırmaqda davam etmiş və verilən məlumatlara əsasən gender ayrı-

seçkiliyi səbəbindən qadınlar öz qanuni hüquqlarını yerinə yetirməkdə çətinlik 

çəkmişlər (7.d. bəndinə nəzər salın). Qanun qadınları müəyyən peşələrdən kənar 

tutmuşdur. Qadınlar əsas biznes vəzifələri olmaqla, yüksək səviyyəli işlərdə az 

sayda təmsil olunmuşlar. AQUPDK qadınların hüquqları ilə bağlı agahlığı 

artırmaq məqsədi ilə ictimai agahlıq kampaniyaları keçirmişdir.   

 

 

Cinsiyyətin Gender əsasında Seçimi: Dekabr ayına olan göstəricilərə əsasən ölkə 



üzrə hər 100 qıza 116 oğlan düşmüşdür. Verilən məlumatlara görə daha çox rayon 

ərazilərində olmaqla cinsiyyətinə görə uşaqların seçimi geniş yayılmışdır. Bu 

problemlə bağlı məlumatlılığı artırmaq məqsədi ilə AQUPDK seminarlar və 

ictimai mətbuat kampaniyaları keçirmişdir.  

 

 

Uşaqlar 



 

 

Doğumun qeydiyyatı:  Uşaqlar doğulduqları zaman vətəndaşlığı ya həmin ölkə 



daxilində, ya da valideynlərindən alırlar. Doğum zamanı qeydiyyat xəstəxanalarda 

və klinikalarda müntəzəm olaraq icra edilmişdir. Evdə doğulan bəzi uşaqlar 

(məsələn qaraçı ailələri və yaxud az təminatlı ailələrdə) qeydiyyata alınmamışlar 

və bu uşaqların vətəndaşlığının olmaması onlar üçün problem yaratmışdır. Daxili 

İşlər Nazirliyi və Ədliyyə Nazirliyi insan alveri üçün həssas olan qruplara daxil 

olduğunu müəyyən etdikdən sonra sənədi olmayan uşaqları qeydiyyata almağa 

davam etmişdir. 

 

 



Təhsil:  Təhsil məcburi, pulsuz və 17 yaşına kimi hamı üçün ümumi olsa da çox 

yoxsul vəziyyətdə olan kənd yerlərində böyük ailələr bəzi hallarda daha çox 



Country Reports on Human Rights Practices for 2014 

United States Department of State • Bureau of Democracy, Human Rights and Labor 

 

üstünlüyü oğlanların təhsilinə vermiş, qızları evdə işləmək üçün saxlamışlar. Bəzi 



yoxsul ailələr məktəbə getməyin əvəzinə öz uşaqlarını işləməyə və yaxud dilənçilik 

etməyə məcbur etmişlər. Ölkə UNESCO-nun Təhsil Hamı üçün Qlobal Monitorinq 



Hesabatında gender bərabərliyi indeksləri və böyüklərin oxuma yazma 

bacarıqlarının olması istiqamətində yaxşı göstərici əldə etsə də, məktəbəqədər, 

ibtidai, natamam orta təhsilə 2015-ci il üzrə cəlb olunma göstəriciləri ilə bağlı ya 

“hədəfdən çox uzaq”, yaxud “hədəfdən uzaq” göstəricilərinə malik olmuşdur.  

 

 

Uşaqların istismarı:  İlin ilk 11 ayında Daxili İşlər Nazirliyi məlumat vermişdir 



ki, azyaşlı qurbanların zorakılığa məruz qaldığı beş hal, cinsi zorakılığa məruz 

qalmış azyaşlılarla bağlı 25 hal, iki məcburi cinsi akt halı və 16 yaşdan aşağı 

şəkslə cinsi əlaqə ilə bağlı bir hal qeydə alınmışdır. Nazirliyin verdiyi məlumata 

əsasən bu hallarla əlaqədar 30 şəxs məhkəməyə cəlb edilmişdir.    

 

Erkən və Məcburi Evlilik:  Qanuna əsasən qızlar hüquqi cəhətdən 18 yaşında, yerli 



icra orqanlarının icazəsi ilə 17 yaşlarında evlənə bilərlər. Qanun bundan əlavə 

oğlanlar üçün evlilik yaşını 18 yaş təyin edir. 2002-ci ildə Qafqaz Müsəlmanları 

İdarəsi 18 yaşı nigah yaşı kimi təyin etmişdir, lakin bu fitvanın dini nikah 

müqavilələrinə (kəbin və ya kəbin namə) təsiri elə də çox olmamışdır.   

 

 

Cinayət məcəlləsi yetkinlik yaşına çatmayan uşaqlarla məcburi evlilik halları ilə 



bağlı 3000 manatdan 4000 manata kimi (3,750-dan 5,000 dollara kimi), yaxud 

dörd ilə kimi həbs cəzası nəzərdə tutur. BMT-nin xüsusi reportyorunun verdiyi 

məlumata əsasən buna baxmayaraq yetkinlik yaşına çatmayan qızların məcburi 

ərə verilməsi problem olaraq qalmışdır və onların həyatını təhlükə altına 

qoymaqda davam etmişdir.  

 

 



QHT-lərdən verilən məlumata əsasən erkən evliliklərin sayı artmaqda davam 

etmişdir. Dini nikah zəminində evlənən qızlar xüsusilə narahatçılıq mənbəyi 

olmuşdur, belə ki onlar hökumətin nəzarətindən kənara çıxır və boşanma halında 

qadına onun statusundan istifadə etmək hüququnu tanımır. Qadınlar Arasında 

Həmrəylik Sosial Birliyi iş üçün kişilərin Rusiyaya gedərək yetkinlik yaşına 

çatmayan həyat yoldaşlarını Azərbaycanda tərk etmələri ilə bağlı bir çox sayda 

halların olduğunu bildirmişlər. 

 

 



AQUPDK erkən evliliyə qarşı mübarizə aparmaq məqsədi ilə məcburi 

köçkünlər və qaçqın icmaları arasında fəaliyyətlər icra etmişdir.   

 

 

Qadın sünnəti  (FGM/C):  Heç bir qanunla qadın sünnəti qadağan edilmir. 



Bununla bağlı il ərzində mətbuat və yaxud QHT-lər tərəfindən heç bir hal 

göstərilməmişdir. 

 

Uşaqların Cinsi İstismarı:  Qanun pornoqrafiyanı qadağan edir və onun 



Country Reports on Human Rights Practices for 2014 

United States Department of State • Bureau of Democracy, Human Rights and Labor 

 

hazırlanması, paylanması və yaxud reklam edilməsi üç illik həbs cəzası ilə 



cəzalandırılır. Qanunla azyaşlının zorakılığa məruz qalması dedikdə “18 yaşına 

çatmış şəxs tərəfindən 16 yaşına çatmamış şəxs arasında cinsi əlaqələr və yaxud 

cinsi xarakterli digər fəaliyyətlər” nəzərdə tutulur və cəza olaraq üç illik həbs cəzası 

nəzərdə tutulur. Fahişəlik məqsədləri üçün azyaşlıların cəlb olunması (əxlaqsızlıq 

fəaliyyətlərində azyaşlıların cəlb edilməsi) üç ildən beş ilə kimi həbs cəzası nəzərdə 

tutur, hərçənd ki zorakılıq kimi bu cür ağırlaşdırıcı faktorların olması potensial həbs 

cəzasını beş ildən səkkiz ilə artıra bilər.   

 

 



Bakıda küçədə yaşayan uşaqlarla işləyən QHT-dən bildirilmişdir ki, bəzən 

qızlar və oğlanlar arasında fahişəlik və dilənçilik kimi fəaliyyətlərə cəlb 

olunma halları müşahidə edilmişdir. 

 

 



Məcburi Köçürülən Uşaqlar:  Çox böyük sayda qaçqın və məcburi köçkün olan 

uşaqlar yarım standart şərtlərdə yaşamışlar. Bəzi hallarda bu uşaqlar məktəbə 

getmək iqtidarında olmamışlar.   

 

Beynəlxalq Uşaq Oğurluğu:  Ölkə Beynəlxalq Uşaq Oğurluğunun Mülki Aspektləri 



haqqında 1980-ci il Haaqa Konvensiyasının tərəfdaşı deyil.  

 

 



Anti-Semitizm 

 

 



Ölkədə yaşayan Yəhudi icmasının 20000 – 30000 arasında olduğu 

qiymətləndirilmişdir. Anti-semitizmlə bağlı heç bir məlumat qeydə alınmamışdır. 

 

 

İnsan Alveri  



 

 

Dövlət Departamentinin “İnsan Alveri” ilə bağlı hesabatına 



www.state.gov/j/tip/rls/tiprpt/  

linkindən nəzər salın.

 

 

 



Əlilliyi olan Şəxslər 

 

 



Qanun fiziki, hissiyyat, intellektual və əqli qüsurları olan insanlara qarşı məşğulluq, 

təhsil, hava səyahəti və digər nəqliyyat növləri, tibbi xidmətlərə çıxış və yaxud 

digər dövlət xidmətlərinin təmin edilməsində ayrı-seçkiliyi qadağan edir, lakin 

hökumət bu müddəaları səmərəli şəkildə tətbiq etməmişdir. İşə götürmə sahəsində 

ayrı-seçkilik problem olaraq qalmışdır. İşə götürənlər ümumi olaraq əlil şəxsin işə 

götürülməsində tərəddüd etmişlər. Əlilliyi olan uşaqların xəstə olması və digər 

uşaqlardan ayrılmalı və xəstəxanaya yerləşdirilməsi kimi ümumi anlayış mövcud 

olmuşdur, lakin müəyyən fiziki qüsurları olan uşaqlar üçün xüsusi təhsil 

müəssisələri fəaliyyət göstərmişdir.  Yerli QHT-nin verdiyi məlumata əsasən 

ölkədə təxminən 60000 uşaq fiziki qüsurludur. 6000-dən 10000-ə kimi uşaq  

xüsusi təhsil müəssisələrində təhsil alır, yerdə qalanlar isə evdə təhsil almış, ya da 


Country Reports on Human Rights Practices for 2014 

United States Department of State • Bureau of Democracy, Human Rights and Labor 

 

ümumiyyətlə təhsil almamışlar. Fiziki qüsurları olan uşaqların məktəbə getmək 



imkanları müəyyən faktorlara əsaslanmışdır, belə ki bunlara tibbi komissiyanın 

qiymətləndirməsi, əlilliyin növü və arzuolunan məktəbin vəsaitləri və fiziki 

strukturu daxildir. Bir çox sayda beynəlxalq və yerli QHT-lər sosial inancları 

dəyişmək və fiziki qüsurları olan uşaqların yenidən cəmiyyətə inteqrasiyası üçün 

maarifləndirici kampaniyalar həyata keçirmişlər. Fiziki qüsurlu şəxslərin ictimai və 

yaxud digər binalara, məlumatlara və yaxud kommunikasiyalara çıxışını məcburi 

edən heç bir qanun mövcud deyil və əlillər əksər binalardan istifadə edə bilmir.      

 

Əqli və digər qüsurları olan şəxslər üçün müəssisələrdə şərtlər dəyişkən 



olmuşdur. Bəzən ixtisaslı heyət, avadanlıq və təchizat məsələləri ilə bağlı 

çatışmazlıqlar olmuşdur. 

 

 

Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi fiziki 



qüsurları olan şəxslərin hüquqlarının mühafizəsinə görə cavabdehlik 

daşıyan orqanlardır.  

 

 

Milli/İrqi/Etnik Azlıqlar  



 

 

Ölkədə yaşayan təxminən 20000-dən 30000-ə kimi olan erməni mənşəli 



vətəndaşlar işə götürmə, evlə təmin etmə və sosial xidmətlərin təminatı ilə bağlı 

ayrı-seçkiliklə üzləşmişlər. Erməni mənşəli olan vətəndaşlar çox zaman öz 

pasportlarında milliyyətlərini hüquqi olaraq dəyişməklə mənsub olduqları 

milliyyəti gizlətmişlər. İl ərzində ermənilərə qarşı zorakılıq haqda heç bir məlumat 

verilməmişdir. Bəzi qruplar ayrı-seçkiliklə bağlı bir iki hal barədə, həmçinin 

onların öz doğma dillərində tədris etmək imkanlarına məhdudiyyətlərin qoyulması 

və yerli icra orqanlarının sıxışdırması kimi halların olduğunu bildirmişlər. Bu 

qruplara cənubda Talışlar, şimalda Ləzgilər, Məshəti türkləri və Kürdlər daxil 

olmuşdur.   

 

 



Cinsi Oriyentasiya və Cinsi Kimliyinə görə Zorakılıq Halları, Ayrı-seçkilik və 

Pis Rəftar 

 

 



Ayrı-seçkiliyə qarşı qanun mövcud olsa da, qanun spesifik olaraq lezbiyan, 

homoseksual, biseksual, transgender (LGBT) fərdləri ayırmır. Cinsi oriyentasiya və 

cinsi kimliyi əsasında şəxslərə qarşı cəmiyyətin göstərdiyi dözümsüzlük, zorakılıq 

və ayrı-seçkilik problem olaraq qalmışdır.   

 

 

Yerli QHT-dən verilən məlumata əsasən cinsi oriyentasiyasına görə şəxslərə 



qarşı polislərin kobud davranışları ilə bağlı bir neçə sayda hallar baş vermiş və 

qeyd edilmişdir ki, səlahiyyətli orqanlar bu halları araşdırmamış və cavabdeh 

olan şəxslər cəzalandırılmamışlar. Bundan əlavə xüsusi polis məntəqələrinin 

LGBT qrupuna aid olan  şəxslərin kimliyini və yaxud oriyentasiyasını 



Country Reports on Human Rights Practices for 2014 

United States Department of State • Bureau of Democracy, Human Rights and Labor 

 

açıqlamamaq müqabilində onlardan pul əldə etmək istəyi məlum olmuşdur. 



Həmçinin LGBT nümayəndələrinə qarşı ailə daxilində zorakılıq halları və şəxsi 

onlayn hesablarda pis niyyətli Facebook statusları paylaşılmışdır. Avqust ayında 

yerli LGBT təşkilatı onlayn olaraq nifrət mesajları aldıqlarını və veb səhifələrinin 

xaker hücumuna məruz qaldığını bildirmişdir.     

 

 

LGBT nümayəndələri ictimai qınaq, intiqam və yaxud cavab təzyiqi kimi hallara 



məruz qalmaq qorxusundan hüquq mühafizə orqanlarına şikayətlə müraciət 

etməkdən imtina etmişlər. LGBT məsələləri ilə bağlı fəaliyyət göstərən bir QHT 

LGTB icmasına qarşı törədilən cinayət hallarının araşdırılmasında polisin laqeyd 

münasibətdə olduğunu bildirmişdir. 

 

 

LGBT şəxslərinə qarşı cəmiyyət arasında qərəzli mövqe mövcud olmuşdur. Yerli 



QHT-yə görə ictimai ayrı-seçkilik 22 yanvar tarixində LGBT hüquqları üzrə fəal İsa 

Şahmarlının sui-qəsd etməsinə təkan vermişdir. LGBT nümayəndələri bildirmişlər 

ki, işə götürənlər cinsi oriyentasiyasına görə işdən kənarlaşdırmaq hüququna malik 

olmadıqlarına görə onları digər səbəblərdən işdən kənarlaşdırmışlar.  

 

 


Yüklə 492,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin