HİV və QİÇS-ə qarşı İctimai Qınaq
Azərbaycan üzrə ən son demoqrafik və səhiyyə ilə bağlı sorğuda (2006-cı il)
qadınların 79,9 faizi, kişilərin isə 92 faizi HİV virusu daşıyan şəxslərə qarşı ayrı-
seçki münasibətin olduğunu bildirmişlər. Noyabr ayının sonlarında Səhiyyə
Nazirliyinin QİÇS Mərkəzi Bakı, Qazax, Lənkəran və Salyan şəhərlərində 15000
nəfəri yoxlamadan keçirmək üçün HİV testi təşəbbüsü üzrə Avropa Həftəsində
iştirak etmişlər. HİV testinin keçirilməsinə əlavə olaraq mərkəz iki və yaxud üç
milyondan çox şəxsi hədəf götürərək HİV-lə bağlı məlumat xarakterli təbliğat
kampaniyası keçirmişdir.
Digər Sosial Pozuntular və Ayrı-seçkilik
Mətbuatda belə məlumatlar yer almışdır ki bir qrup şəxs Sələfilərə hücum etmiş
və onların saqqallarını qırxmışlar. Məsələn, iyul ayının 4-də Sabirabadın cənub
kəndində Rəmzi Zeynalov Cavanşir Zərbəliyevin saqqalını qırxan zaman lentə
alınmışdır. Polis sonradan insidentlə bağlı videonun geniş baxış kütləsi
yığmasından sonra nalayiq davranışına görə Zeynalovu həbs etmişdir.
Fəsil 7. İşçi Hüquqları
a. Birləşmək Azadlığı və Kollektiv Sövdələşmə Hüququ
Qanun müstəqil həmkarlar ittifaqları yaratmaq hüququ da daxil olmaqla, birləşmək
hüququna imkan verir. Vahid formalı hərbçilər və yaxud polislər bu ittifaqlara
Country Reports on Human Rights Practices for 2014
United States Department of State • Bureau of Democracy, Human Rights and Labor
qoşula bilməzlər. Qanun həmçinin rəhbər işçilərin də bu həmkarlar ittifaqına
qoşulmasını qadağan edir, lakin çox zaman dövlət sənaye sahələrində olan
menecerlərin əmək haqlarından ittifaq xərcləri avtomatik olaraq tutulur. Qanun
həmçinin həmkarlar ittifaqlarına hökumətin müdaxiləsi olmadan öz fəaliyyətlərini
yerinə yetirməyə imkan verir. Hökumət müdaxiləsi ilə bağlı heç bir qeydə alınmış
hal olmamışdır, lakin ittifaq rəhbərləri adətən yaxından hökumətlə əməkdaşlıq
etmiş və beynəlxalq müşahidəçilər qeyd etmişlər ki, birliklər öz üzvlərinin
maraqlarını çox zəif şəkildə təmsil etmişlər. Qanunla bir çox işçilər hüquqi əsasda
tətil keçirə bilər. Tətil etmək hüququndan məhrum edilən işçilərə isə aşağıdakılar
daxildir: yüksək rütbəli icraçı və hüquq işçiləri; hüquq mühafizə işçiləri; məhkəmə
işçiləri; yanğınsöndürənlər; səhiyyə, elektrik enerjisi, su təchizatı, telefon, dəmir
yolu və hava nəqliyyatına nəzarət edən işçilər. Tətil edən zaman ictimai nəqliyyatı
pozan işçilər üç ilə kimi həbs cəzası ala bilər.
Qanun tətilçilərə qarşı işdən çıxarılma və yaxud əvəz etmə kimi cəza növlərini
qadağan edir. Qanun həmçinin həmkarlar ittifaqı və əmək fəallarına qarşı ayrı-
seçkiliyi qadağan edir. İşçilərin qanunla kollektiv olaraq sövdələşmək hüququ
olmuş olsa da həmkarlar ittifaqları səmərəli şəkildə maaş səviyyələrini və iş
şəraitini razılaşdıra bilməmişlər, çünki hökumətin təyin etdiyi idarə heyətləri əsas
dövlətə məxsus şirkətləri idarə etmiş və bütün hökumət işçiləri üçün əmək
haqlarını təyin etmişlər.
Qanun həmkarlar ittifaqı fəaliyyətinə görə cəzalandırılan işçilərin bərpasını tələb
edir. Yerli QHT-dən bildirilmişdir ki, bir çox böyük şirkətlər müntəzəm olaraq
qısa müddətli müqavilələr əsasında işçiləri bərpa etmişlər. Qanuna əsasən
həmkarlar ittifaqlarının siyasi fəaliyyətlər icra etməsi qadağan olunmur.
Həmkarlar İttifaqlarının siyasi partiyalarla əlaqə qurması və yaxud maliyyə
vəsaitləri alması ilə bağlı məhdudiyyətlər mövcuddur, hərçənd ki bu müddəa
daimi olaraq tətbiq edilməmişdir.
Hökumət əmək qanunun bütün işçilərə və müəssisələrə tətbiq olunmasına
baxmayaraq, iki tərəfli danışıqlar aparmaqla transmilli müəssisələri səmərəli
şəkildə yeri əmək qanunlarından azad edə bilər. Məsələn, hökumət və transmilli
enerji şirkətləri arasında hasilatın pay bölgüsü müqavilələrində işçilərin həmkarlar
ittifaqında iştirakı nəzərdə tutulmur. Əmək təşkilatları və yerli QHT-lər bildirmişlər
ki, bu cür şirkətlərin bəziləri öz işçilərini belə ittifaqlar qurmaq həvəsindən salmış
və hasilatın pay bölgüsü müqavilələri üzrə işləyən transmilli şirkətlərin əksər
işçiləri ittifaq üzvlüyünə daxil olmamışlar, halbuki burada da istisnalar olmuşdur.
British Petroleum şirkətində çalışan işçilər ittifaq qura bilmişdir, lakin bunu heç də
digər transmilli şirkətlər, xüsusilə alt podratçıları olan şirkətlərə şamil etmək olmaz.
Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası (AHİK) ölkədə yeganə
həmkarlar ittifaqıdır. Həmkarlar ittifaqının qeydiyyat prosesi çətin olmuşdur.
AHİK müstəqil təşkilat kimi qeydiyyatdan keçsə də bəzi işçilər onun hökumət
Country Reports on Human Rights Practices for 2014
United States Department of State • Bureau of Democracy, Human Rights and Labor
ilə yaxından əlaqəli olduğunu bildirmişlər.
İttifaqların yaradılması və ittifaqın fəaliyyətlərinin həyata keçirilməsi ilə bağlı
bürokratik nəzarət kimi müəyyən məhdudiyyətlər olmuşdur. Əksər ittifaqlar
müstəqil olmamışdır. Bəzi jurnalist ittifaqları istisna olmaqla, böyük əksəriyyət
hökumətlə sıx əlaqəli olaraq qalmışdır. Həm yerli, həm də beynəlxalq QHT-lər
iddia etmişlər ki, əksər sənaye sahələrində işçilər böyük çoxluqda öz hüquqlarından
xəbərsiz olmuş və şikayət edəcəkləri halda cəzalandırılacaqlarından qorxmuşlar.
Bu, xüsusilə dövlət sektorunda çalışan işçilər üçün doğrudur.
Kollektiv sövdələşməyə dair razılaşmalar çox zaman formallıq kimi qəbul
edilmiş və tətbiq edilməmişdir. Yalnız öz filiallarına çıxışı olan AHİK-dən
bildirilmişdir ki, təşkilat ilin əvvəlində 27 sektordan 1,6 milyon üzvü
təmsil etmişdir. Şirkət AHİK-in üzvü olmazsa, bu zaman cavabdehlik
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə düşür.
Rəsmi iqtisadiyyatda üstünlük təşkil edən dövlət müəssisələrinin əksəriyyəti
işçilərin əmək haqlarından həmkarlar ittifaqı üçün üzvlük haqqı tutmuş, lakin
həmin haqları həmkarlar ittifaqlarına çatdırmamışlar. Neft işçiləri ittifaqı üçün
toplanmış haqların dörddə biri həmkarlar ittifaqının idarə edilməsi ilə bağlı
“inzibati xərclər” üçün nəzərdə tutulmuşdur. Bununla belə şəffaflığın olmaması
səbəbindən həmin haqlardan əslində necə istifadə olunduğunu bilmək qeyri-
mümkündür.
Həmkarlar ittifaqları və onların üzvləri tutulan vəsaitləri araşdırmaq üçün
vəsaitlərə malik deyil. Qanun işəgötürənləri kollektiv sövdələşmə prosesinə
mane olmaqdan yayındırsa da, işəgötürənlər alt podratçı və yaxud qısa müddətli
işçi müqavilələri kimi kollektiv sövdələşmələri məhdudlaşdıran fəaliyyətlərlə
məşğul olmuşlar.
Neft-qaz sənayesi işçilərinin Həmkarlar İttifaqında Üzvlüyü Dövlət Neft
Şirkətinin 65200 işçisi üçün məcburi olmuşdur və rəhbərlik avtomatik olaraq
həmkarlar ittifaqına üzvlük haqlarını işçilərin əmək haqlarından (hər bir işçinin
əmək haqqının 2 faizi) tutmuşdur.
Əmək təşkilatları kimi təyin edilməyən bir çox sayda əmək məsələləri üzrə
QHT-lər sənaye və kənd təsərrüfatı sektorlarında uşaq əməyi məsələlərinin
araşdırılması ilə məşğul olmuşlar.
b. Məcburi və Yaxud İcbari Əməyin Qadağan Edilməsi
Müharibə vəziyyəti və yaxud hər hansı hökumət orqanının nəzarəti altında
məhkəmə qərarının icrası ilə bağlı bəzi hallar istisna olmaqla, konstitusiya və qanun
Country Reports on Human Rights Practices for 2014
United States Department of State • Bureau of Democracy, Human Rights and Labor
məcburi əməyin bütün formalarını qadağan edir. Resurslar və təftişlər uyğun
şəkildə olmamışdır. Həbs olunma daxil olmaqla, qanun pozuntularına görə
cərimələr kifayət qədər sərt hesab edilmişdir.
Miqrant işçilər bəzən tikinti sənayesində məcburi əmək halları ilə qarşılaşmışlar.
Uşaqların məcburi olaraq dilənçiliyə sövq edilməsi problem olaraq qalmışdır və
Filippindən insan alverinin qurbanı olmuş şəxslərin əməyinin ölkə daxilində istifadə
olunması yeni problem olaraq ortaya çıxmışdır. Kişilər və oğlanlar bəzi hallarda
ölkə daxilində məcburi əmək şərtlərinə məruz qalmışlar (bax bölmə 7 c). Daxili
İşlər Nazirliyindən bildirilmişdir ki, ilin ilk doqquz ayında beş məcburi əmək
hadisəsi müəyyən edilmişdir. Yerli QHT-lər iddia etmişlər ki, hökumət ümumilikdə
qanunu səmərəli şəkildə tətbiq etmir, buna baxmayaraq müəyyən irəliləyişlər əldə
edilmişdir. İl ərzində Daxili İşlər Nazirliyinin nəzdində olan insan alverinə qarşı
mübarizə idarəsi tikinti və kənd təsərrüfatı sahələrini araşdırmış, lakin məcburi
əmək xarakterli insan alverinin heç bir qurbanını müəyyən etməmişdir. Fevral
ayında ilk dəfə məcburi əmək xarakterli insan alveri ittihamı ilə bir nəfər şəxs
səkkiz il yarım həbs cəzasına məhkum edilmişdir.
Həmçinin bax Dövlət Departamentinin illik İnsan Alveri üzrə Hesabatı
www.state.gov/j/tip/rls/tiprpt/
.
c. Uşaq Əməyinin Qadağan edilməsi və Minimal məşğulluq yaşı
Minimal məşğulluq yaşı işin növündən asılı olmuşdur. Bir çox hallarda qanun
uşaqlara 15 yaşdan sonra işləməyə icazə verir; 14 yaşlı uşaqlar ailə bizneslərində
yaxud valideynlərinin icazəsi ilə sağlamlıqlarına təhlükə törətməyən, məktəbdən
sonra işlərdə gün ərzində işləyə bilərlər. 16 yaşına çatmamış uşaqlar həftədə 24
saatdan artıq, 16 – 18 yaş arası uşaqlar həftədə 36 saatdan artıq işləyə bilməzlər.
Qanun 18 yaşına çatmamış uşaqların çətin və təhlükəli iş şəraitində işləməsini
qadağan edir və uşaqların işləməsinin qadağan edildiyi xüsusi iş yerləri və sənaye
sahələrini müəyyən edir ki bunlara zəhərli maddələrlə, yeraltında, şaxtalarda
çalışmaq, həmçinin alkoqol verilən gecə klubları, kazinolar, barlar və digər biznes
sahələri daxildir.
Resurslar və təftişlər uyğun olmamışdır. Cəzalandırma daxil olmaqla, pozuntulara
görə cərimələr bu cür pozuntuların qarşısını almamışdır. Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi uşaq əməyi ilə bağlı qanunun tətbiqinə görə cavabdeh orqandır.
Yerli QHT-dən bildirilmişdir ki, Nazirlik il ərzində təftişlər aparsa da, daha da
gücləndirilmiş monitorinqin aparılmasını ehtiyac vardır. AQUPDK uşaq əməyinin
istismarının qarşısını almaq üçün yerli Əmək Təftişi Xidmətlərinin nümayəndələri,
polis müfəttişləri və yerli icra orqanlarına təlimlər keçmişdir.
Kənd təsərrüfatı və küçə işlərində uşaq əməyi ilə bağlı bir-iki hal olmasına
baxmayaraq, il ərzində uşaq əməyindən sui-istifadə ilə bağlı bir neçə şikayət daxil
Country Reports on Human Rights Practices for 2014
United States Department of State • Bureau of Democracy, Human Rights and Labor
olmuşdur.
Həmçinin bax Əmək Nazirliyi Uşaq Əməyinin Ən Pis Formaları ilə bağlı Aşkar
Edilmiş Faktlar
www.dol.gov/ilab/reports/child-labor/findings/
.
d. Məşğulluq və yaxud Peşə Baxımından Ayrı-seçkilik
Əmək məcəlləsi vətəndaşlıq, gender, irq, milliyyət, dil, yaşayış yeri, iqtisadi
durumu, sosial mənşəyi, yaşı, ailə vəziyyəti, dini, siyasi baxışları, həmkarlar
ittifaqı və yaxud digər ictimai birliklərlə əlaqəsi, peşəkar baxışları, inancları,
peşəkar kvalifikasiyaları ilə əlaqədar olmayan digər faktorlar, iş performansı və
işçilərin peşəkar bacarıqlarına görə ayrı-seçkiliyi qadağan edir. Qanun spesifik
olaraq HİV daşıyıcısı olması və yaxud digər yoluxucu xəstəliklər əsasında ayrı-
seçkiliyi qadağan etmir, lakin mətbuatda və yaxud QHT-lərin hesabatında bu cür
ayrı-seçkiliklə bağlı heç bir hala rast gəlinməmişdir. Hökumət mövcud müddəaları
heç də həmişə səmərəli şəkildə tətbiq etməmişdir və məşğulluq sahəsində ayrı-
seçkilik problem olaraq qalmışdır. İşə götürmə və peşə ilə bağlı ayrı-seçkilik həm
də cinsi oriyentasiya ilə bağlı baş vermişdir (bax bölmə 6).
e. Məqbul İş Şəraiti
Ölkə üzrə minimal əmək haqqı bir ay üzrə 105 manat (131 ABŞ dolları)
olmuşdur. İl ərzində orta yoxsulluq həddi bir ay üzrə 116 manat (145 ABŞ
dolları), əmək qabiliyyətli şəxslər üçün yoxsulluq həddi 125 manat (156 ABŞ
dolları), təqaüdçülər üçün 94 manat (118 ABŞ dolları) və uşaqlar üçün 93 manat
(116 ABŞ dolları) olmuşdur. Qanun cinsindən, yaşından və digər təsnifat
göstəricilərindən asılı olmayaraq bərabər iş müqabilində bərabər əmək haqqının
ödənilməsini tələb edir.
Qanun 40 saatlıq iş həftəsini nəzərdə tutur; maksimal gündəlik iş növbəsi 12
saatdır. Təhlükəli sahələrdə çalışan işçilərə həftədə 36 saatdan artıq işləməyə
icazə verilmir. Qanun əmək müqavilələri və kollektiv razılaşmalara əsasən
müəyyən edilən nahar və istirahət vaxtlarının olmasını tələb edir. Yerli şirkətlərin
əlavə iş vaxtı üçün qanunla tələb olunan ödənişləri təmin edib-etmədiyi məlum
olmasa da, beynəlxalq şirkətlər adətən bunu təmin etmişlər. İş vaxtından artıq
davam edən məcburi işə qadağa qoyulmur. Lakin əksər insanlar hökumətin
müqavilə və ya əmək qanunlarını tətbiq etmədiyi qeyri-rəsmi iqtisadiyyat
sahələrində işləmişlər.
Qanun xarici və yerli işçilərə bərabər hüquqları nəzərdə tutur. Buna baxmayaraq,
yerli insan hüquqları qrupları, o cümlədən Neft İşçilərinin Hüquqlarını Müdafiə
Komitəsi (NHMK) bildirmişdir ki, işə götürənlər, xüsusilə xarici neft şirkətləri heç
də həmişə yerli və xarici işçilərə bərabər münasibət bəsləməmişdir. Xarici neft
Country Reports on Human Rights Practices for 2014
United States Department of State • Bureau of Democracy, Human Rights and Labor
şirkətlərinin yerli işçilərinin əmək haqları çox vaxt daha aşağı olmuş və onlar əmək
müqaviləsi və tibbi sığortaları olmadan işləmişlər. Xarici neft şirkətlərində çalışan
bəzi yerli işçilər milli əmək məcəlləsinin pozulması hallarını qeyd edərək, əlavə vaxt
və yaxud məzuniyyət üçün ödənişlər ala bilmədiklərini bildirmişlər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müfəttişliyi tərəfindən iş
şəraitinin yoxlanması zəif və səmərəsiz olmuşdur. Qanunla səhiyyə və təhlükəsizlik
standartları təyin edilmiş olsa da, işə götürənlər əsaslı şəkildə buna məhəl
qoymamışlar. AHİK təhlükəsizlik və sağlıq şərtləri daxil olmaqla, əmək və ticarət
qaydalarına uyğunluqla bağlı monitorinq keçirmişdir. Tikinti, neft və qaz
sektorlarında məqbul iş şəraitinin pozulması halları problem olaraq qalmışdır.
AHİK Rusiya və Gürcüstandan gələn miqrant işçilərin hüquqlarını müdafiə etmək
və iş şəraitinin təhlükəsizliyini təmin etmək istiqamətində tədbirlərin icrasında
Rusiya və Gürcüstan ilə əməkdaşlığın yaxşı olduğunu qeyd etmişdir. Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Daxili İşlər Nazirliyi verilən məlumatlara
əsasən iqtisadiyyatın 10 faizdən 30 faizinə kimi hissəsini təşkil edən təhlükəli iş
yerlərində və qeyri-rəsmi iqtisadiyyat sektorunda (qeydiyyatdan keçməmiş biznes
sahələri) digər işçilərin əmək hüquqlarını monitorinq etmişdir.
Əmək şəraiti ilə bağlı təsadüfi hallarda etirazlar olmuşdur, məsələn 6 yanvar
tarixində “Bahar Energy” şirkətinin yerli işçiləri ixtisara salmasından
qəzəblənən 60 işçisi öz etirazını bildirmişlər.
Neft İşçilərinin Hüquqlarını Müdafiə Komitəsinin verdiyi məlumata görə 1 noyabr
tarixində neft və qaz sektorunda 19 ölüm hadisəsi və 9 iş yerində zədə alma ilə
bağlı şikayət halı qeydə alınmışdır. AHİK 2012-ci ildə 52 istehsalat zədəsi və 24
ölüm hadisəsi qeydə almışdır, bu ölüm hallarının 10-u neft və qaz sektorunda baş
vermişdir. Yerli QHT-nin hesablamalarına əsasən istehsalatda 82 ölüm hadisəsi baş
vermişdir ki, bunlardan da 36-sı tikinti sahəsində baş vermişdir. AHİK və Əmək
Nazirliyinin rəsmiləri xüsusilə tikinti, enerji və qaz sektorları olmaqla iş yerlərini
təftiş etmiş və iş sahiblərinə iş şəraitinin yaxşılaşdırılmasını tövsiyə etmişlər.
İşçilər onların sağlığı və təhlükəsizliyi üçün təhlükə yaradan vəziyyətlərdən
kənarlaşa bilərlər, lakin bu onların davamlı məşğulluğuna zəmanət verə bilməz.
Dostları ilə paylaş: |