Azərbaycanda milli qadın hərəkatı Məlihə əzizpur Təbriz



Yüklə 17,6 Kb.
tarix17.04.2017
ölçüsü17,6 Kb.
#14314
Azərbaycanda milli qadın hərəkatı

Məlihə əzizpur

Təbriz
Bildiyimiz kimi bizim alçaqlı ucalı tariximizdə çoxlu qəhrəman qadınlarımız olub ki çürük sünnətləri sındırıb kişilərlə bərabər çalışıb və hətta bəzən onlardan daha da böyük işlərə əl vurublar.çoxlu qadınlarımız səltənət və hökümət məqamına bele əl tapıblar.necə ki deyirlər: aslanın ərkək dişisi olmaz...

600 il miladdan öncə qara dəniz sahillərində- qafqaz dağlarında MASAGET adlı bir qom yer tutmuşdu ki onların hakimi TUMRUS adlı qəhrəman bir türk qadın idi.HERODOTun yazdığına görə MASAGET ya SƏKALARın qadınları çox qorxmaz və güclü imişlər.onlar av avlayıb yeri gəldikdə döyüşərmişlər. Onlar rahatcasına ox atmaq üçün sağ döşlərini kəsdirərmişlər.

Demək KURUŞ (həxaməneşilərin padşahı) səkaları aradan aparmaq üçün onlara həmlə etmək fikirinə düşür. Qəhrəman tümrüs ona peyğam göndərir ki: qan tökməyə tələsməyib bu vahi fikirindən əl çəksin ama KURUŞ öz qərarından əl çəkməyib döyüşə əl aparıb ki iki ordu arasında dəhşətli bir döyüş baş verir və sonunda KURUŞ TUMRUSun əli ilə öldürülür. TUMRUS hökm edir ki onun kəsilmiş başını qanla dolu bir təştin içinə qoyurlar və kəsilmiş başa xitab deyir: sən ki qana susuz idin indi səni qan ilə doyuracağam!

480 H-Q ilində iran ilə yunan arasında baş verən SƏLAMİN adlı döyüşün başcısı ARTEMİS adlı ağıllı və türk bir qadın olmuşdu. Bu döyüşdə yunanlılar meydandan geri çəkiləndə ARTEMİS yüksək səs ilə söyləmişdi: ey qorxaqlar! Nə zamana dək meydandan qaçacaqsınız? Yunanlılar bu sözü eşidərkən yenidən döyüş meydanına gəlirlər və çox ağır şikəst yeyirlər.XƏŞAYARŞA bu macəranı yaxından gördüyündə tə,nə ilə deyir: bizim qadınlarımız kişı olublar kişilərimiz isə qadın!

Habelə dədəqorqud kitabında görürük ki qadınlar kişilərlə bərabər və hətta yuxarı məqamda yer tuturlar.elə ki anaya hörmət etmək tanrıya hörmət etmək kimi sayılır.qız əyalı olmaq dəyər daşıyır və bir qızın doğumu ilə bərabər ata anası şadlıq edir.

Oğuzların qadın və qızları ox atmaq, at çapmaq və güləşməkdə kişilərdən heç də geri qalmazdılar.

ÇİÇƏK BANU adlı bir oğuz qızı, elçiliyinə gələn oğlana O şərtlə bəli cavabı verir ki ona ox atmaq, at çapmaq və güləşməkdə qalib gələ bilir.

Oğuz elinə ayid olan BURLA XATUN adlı başqa bir qəhrəman qadın, oğlu URUZu əsir tutan düşmənlərə həmlə edib, oğlunu nəcat verir.

Neçə- neçə buna tay misallar da gətirmək olar ki, qadınlar kişilərlə bərabər və çiyin- çiyinə gedib zəfər qazanıblar: KOR OĞLUnun NİGARI, NƏBİnin HƏCƏRi, BABƏKin KƏLDANİYYƏsi və …

Azərbaycanda qadının çalışqan nəqşini TƏNBƏKİ NEHZƏTİ və MƏŞRUTƏ də aydıncasına görürük ki ZEYNƏB PAŞA qiyamı bunlardan bir örnəkdir.başqa sözlə, məşrutə dövrünün savaşlarında iştirak edın qadınların hərəkatını, ZEYNƏB PAŞA qiyamının dəvamı kimi hesab etmək olar.

1908-ci ildə, məclis topa bağlanan zaman, məşrutiyət mərkəzi TƏBRİZə intiqal tapdı ki, bu şəhərin mucahid qadınlarıda bu mubarizəyə qatıldılar. Necə ki təbriz muhasiriyə alınan zaman, qadınlar kişi paltarı geyinib, şəhəri qorumaq üçün, kişilərlə bərabər döyüşürdülər.

TAHERZADE-YE-BEHZAD deyir: bir gün ƏNCÜMƏN HƏQİQƏT də yaralılardan birinin yarasını sarmaq üçün, köynəyini çıxarmaq istədilər. Yaralı bu işə mane olub, yalvarırdı ki, ondan vaz keçsinlər. Hamı təəccübləndi. Sonunda SƏTTARXAN özü dedi ki qoy yaranı bağlasınlar. ancaq yaralı naçar qalıb söylədi ki; mən bir qızam! SƏTTARXAN kövrəlib gözlərini doldurub söylədi: qızım! Mən həyatda olarkən, nədən sən savaşa gedibsən? bu qız TELLİ ZƏRİ idi ki azərbaycanın milli şairi SÖHRAB TAHİR bu macəranı QIZ MUCAHİD PALTARINDA adli bir şeirində canlandırib.

Bu çəkiş- bərkişlər arasında, təbrizin başqa qadınları da, QADINLAR KOMİTƏSİ adlı bir dərnək qurub çalışırdılar və İSTANBULda yaşayan qadınlar dərnəyi ilə ilgidə olub, öz səslərini dünya insanlarının qulağına çatdırmağa çalışırdılar.

Belə bir qadınların yanı sıra, habeləbaşqa qadınlar da cəbhə arxasında önəmli işlər görürdülər. onlar, mucahidlərə yemək hazırlayıb, paltar tikirdilər. Boş pukaları doldurub, elamiyə paylayırdılar. Yaralılardan pərəstarlıq edib, yaralarıni bağlayırdılar. Bir sıra qadınlar da mali cəhətdən inqilabçıları himayət edirdilər. Onlar öz qızıl və cehizlərini satıb, məşrutə yə kömək edirdilər.

Məşrutənin davamında, azərbaycanın müstəqillik zamanı, 21 azər cərəyanında ƏRDƏBİLdən qalxan, istibdad əleyhinə mubarizə aparan SƏRİYƏ xanım, beş gün düşmın muhasirəsində qalıb, sonuncu gülləsinə qədər atıb və sonunda, tutuqlanıb, cəllada tapşırılır.qəhrəman SƏRİYƏ, O anda cəlladlara xitab söyləyir: tarix sizləri nifrin edəcək.az.rbaycanın rəşid balaları, sizdən intiqamımı alacaq. Azərbaycan azad olacaq...

Bu dönəminmədəni- siyasi sahəsində çalışan başqa bir qadın da MƏDİNƏ GÜLGÜN olmuşdur. MƏDİNƏ ƏLİ ƏKBƏRZADƏ(gülgün) azərbaycanın tarixi və ictimaii şərayitinə agah olduğu üçün, çox dəyərli işlər görmüşdür. O Təbrizin tiatr evində habelə Azərbaycan qəzetində çalışırdı. Elə ki, 1325-ci ildə Təbrizin QADINLAR ƏNCÜMƏNinin ali nümayəndəsi kimi seşilmişdir.PİŞƏVƏRİnin suqutundan sonra, MƏDİNƏ xanım, öz yurdunu tərk edib, sürgün yaşamağa məcbur qaldı və elə qurbətdə də can verdi.

1340-50 ci illərdə, SƏMƏD BEHRƏNGİnin ölümü ilə bərabər, Təbrizdə öyrənci hərəkatı(ki çeriki bir hərəkət idi) yeni mərhələyə ayaq qoydu. Bu mubarizədə yenə, qəhrəman qadınların ciddi şəkildə rolu oldu.bu qadınların biri MƏRZİYƏ ƏHMƏDİ(oskuyi) olmuşdur. MƏRZİYƏ öz fakultələrində ilk öncə qız öyrəncilərinin nümayəndəsi kimi çalışırdı, ancaq az sonra oğlan öyrənciləri də onun siyasi zəkasına inanıb, öz danışmanları kimi seçdilər. MƏRZİYƏnin sevilməyi və ona bəslənən hörmət SAVAKa xoş gəlməyib, onu göz altına aldılar. Elə oldu ki 1352-ci ildə, gizlin yaşama üz gətirdi və öz fikirdaşları ilə bərabər DEMOKRATİK XALQ CƏBHƏSİ ni təşkil etdilər. Az zamandan sonra, bu cəbhə dağılıb, çoxlu üzvləri SAVAK tərəfindən edam edildi. Bunların arasında MƏRZİYƏdə var idi.

MƏRZİYƏ siyasi çalışmalarının kənarında, bir şair kimi də çalışırdı.O öz şeirlərini DALĞA adı ilə yazırdı ki çox yazıları şah polisləri tərəfindən, əlindən alınıb yandırılmışdı.

İRANın min illik tarixində, bütün hökümdar qadınlar, TÜRK olmuşlar. İRAN da çağdaş ictimai-mədəni-siyasi sahələrdə çalışan qadınların çox fayzı, türk qadınlar olmuşlar: QURRƏT-OL-EYN, TAC-OL-SƏLTƏNƏ, QUQUŞ, ŞİRİN İBADI, TƏHMİNƏ MİLANİ, ƏŞRƏF DEHQANİ, və...

Bu gün azərbaycanda, bəşər haqları, siyasi-mədəni və milli hərəkətlərdə, çoxlu türk qadınlarının huzurunu görürük: GÜNƏŞ xanım, RUQƏYYƏ LİSANİ xanım, SƏİDƏ xanım, LEYLA HEYDƏRİ, MƏHSA MEHDİZADƏ, NAHİD BABAZADƏ, NİGAR XİYAVİ, İPƏK xanım və...

indi, çoxlu türkcə yazan azərbaycan qadınları meydana gəliblər ki azərbaycan tarixində, taysız və özünə məxsus yer tutub və bunu göstərir ki, çağdaş milli hərəkətin ictimai paygahı, nə qədər sarsılmaz və möhkəmdir!

əlbəttə, azərbaycanda keşmiş zamanlarda da, türkcə və siyasi yazan qadın şairlər olub, ancaq onların çoxusu, özəl idolojiyə bağlı idilər. Hal bu ki, çağdaş türkcə yazan qadınları hərəkətə gətirən nədən, milli şuur, milli kimlik və onlari qorumaq üçün,məsuliyyət hissidir.



biz, bütün çalışqan qadınlarımıza, tutduqları yolda uğurlar arzulayıb, kişilərlə üz-üzə yox, bəlkə çiyin- çiyinə addım atmaqlarını diləyirik.
Yüklə 17,6 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin