10
Elektrokontaktlı ölçü cihazları. Bu cihazlarda ölçülən kəmiyyətin dəyişmələrinin elektrik
siqnalına çevrilməsi elektrik kontakt dövrəsinin qapanması vasitəsilə baş verir. Kontaktları adətən
volfram, bəzən isə nəcib metallardan hazırlayırlar.
İnduktiv ölçmə cihazları. Sex şəraitində hissələrin həqiqi ölçülərinin müəyyən edilməsində
elektroinduktiv üsulların istifadəsi tövsiyə edilir.
Tutumlu ölçü cihazları - yoxlanan ölçünün statorun ara boşluğu məsafəsinin, bununla əlaqəli
olan tutumun dəyişməsinə səbəb olur. Lakin tutumlu ölçmə metodunun üstünlüyü yüngül və sərt
hərəkət edən elektrodların hazırlana bilməsi imkanı və yüksək məxsusi tezliyə nail olunmasıdır.
1.2.2. Tələbələr üçün fəaliyyətlər
Karusel iş üsulundan istifadə edərək ölçmənin üsullarını araşdırın və sxemdə qeyd
edin.
Sxem 1.3
Ölçmə cihazlarını internet vasitəsi ilə araşdırın və klaster iş üsulundan istifadə edərək
tətbiq sahələrini sxemdə qeyd edin.
Sxem 1.4
Elektrik cihazları mexaniki və optik cihazlara nisbətən üstünlüyünü araşdırın, öyrənin.
BİBÖ iş üsulundan istifadə edərək “Çeviricinin iş prinsipinə görə elektrik cihazlarının
növlərini” araşdırın və nəticə çıxarın.
Müəllim lövhədə 3 sütundan ibarət cədvəl qurur. Şagirdlər problemlə bağlı bildiklərini söyləyir
və cavablar birinci sütunda qeyd olunur. Həmin məsələ ilə bağlı bilmək istədikləri isə ikinci sütuna
yazılır. Dərsin sonunda bir daha həmin cədvələ diqqət yetirilir və mövzu ilə bağlı öyrəndikləri üçüncü
sütunda qeyd edilir.
Ölçmə
üsulları
?
?
?
?
?
?
Dostları ilə paylaş: