Mexaniki Ö l ç m ə cihazlar ı Optik Elektrik ? ? ? ? ? ? ? Pnevmatik ?
11
Bilirəm
Bilmək istəyirəm
Öyrəndim
Cədvəl 1.1 1.2.3. Qiymətləndirmə Öyrənmə prosesinə bağlı olan qiymətləndirmə meyarı:
“Ölçmə üsullarını izah edir”
Mexaniki cihazlar optik cihazlardan necə fərqlənir?
Pnevmatik cihazlarhansı ölçmələrdə istifadə olunur?
Elektrik cihazları harada tətbiq olunur?
Elektrokontaktlı ölçü cihazlarında kontaktları hansı metallardan hazırlayırlar?
1.3.1. Elektrik ölçü cihazlarının təyinatını izah edir
Elektrik ölçü cihazları Elektrik ölçmə cihazları – müşahidəçinin bilavasitə qəbul edə bildiyi formada
ölçmə informasiyası siqnalları, yəni ölçülən fiziki kəmiyyətlə funksional asılılığı
olan siqnallar yaradan elektrik ölçmə vasitələrinə deyilir. Elektrik ölçmə
cihazları iş prinsipinə və konstruktiv quruluşuna görə çox müxtəlifdir.
Göstərişləri ölçülən kəmiyyətin dəyişmələrinin kəsilməz funksiyası olan
elektrik ölçmə cihazlarına analoq cihazları deyilir.
Göstərişləri rəqəm formasında təsvir olunan elektrik ölçmə cihazları rəqəm cihazları adlanır.
Şəkil. 1.4 Ölçü cihazı Şəkil 1.5 Vattmetr Elektrik ölçmə cihazları göstərişləri oxuma və qeydetmə imkanından asılı olaraq iki qrupa
ayrılır: göstərici cihazlar və qeydedici cihazlar. Əgər qeydedici ölçmə cihazı göstərişləri diaqram
formasında qeyd edirsə, belə cihazlara özüyazan cihazlar deyilir. Göstərişləri rəqəm formasında çap
edən qeydedici cihazlar çapedici cihaz adlanır.
Göstərişi iki və daha çox kəmiyyətin cəmi ilə funksional əlaqədar olan elektrik ölçmə cihazları
cəmləyici cihazlar adlanır. Belə cihazlara bir neçə generatorun cəm gücünü ölçən vattmetr misal ola
bilər.
Göstərişləri ölçülən kəmiyyətin zamana görə və ya digər asılı olmayan dəyişənə görə inteqralı
ilə müəyyən olunan cihazlar inteqrallayıcı cihazlar adlanır.
Bəzi cihazlarda ölçülən kəmiyyət qiyməti məlum olan kəmiyyətlə bilavasitə müqayisə olunur.
Belə elektrik ölçmə cihazlarına müqayisə cihazları deyilir. Bunlara körpülər, kompensatorlar misal ola
bilər.
12
Bundan başqa, cihazlar tətbiq olunma xarakterinə görə stasionar, qeyri-stasionar (gəzdirilən),
ölçülən kəmiyyətin növünə görə ampermetr, voltmetr, ommetr və s. cihazlara ayırırlar.