Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi


“Elektron vattmetrlərin işini izah edir”



Yüklə 417,13 Kb.
Pdf görüntüsü
səhifə24/30
tarix21.12.2023
ölçüsü417,13 Kb.
#187488
1   ...   20   21   22   23   24   25   26   27   ...   30
elktrik-olcmalari

“Elektron vattmetrlərin işini izah edir” 

Elektron vattmetrlərin və sayğacların üstün cəhətləri nədən ibarətdir? 

Elektron cihazlar hansı elementlərdən təşkil olunmuşdur? 

Qidalandırma mənbəyinə qoşulan gərginlik bölücüsü necə seçilir? 
3.4.1. Rəqəmsal cihazları haqqında məlumat verir 

Rəqəmsal elektron cihazları 
Rəqəmsal elektron cihazlarının iş prinsipi fasiləsiz kəmiyyətlərin diskret 
təsəvvürünə əsaslanır. Fasiləsiz kəmiyyət x(t)-T intervalında sonsuz sayda vaxt 
anlarında verilmiş D diapazonunda sonsuz böyük sayda qiymətləri ola bilən 
kəmiyyətdir (Sxem 3.4 1. a). Kəmiyyət qiymətinə, yaxud vaxta görə fasiləsiz ola 
bilər. Qiymətinə görə fasiləsiz, vaxta görə fasiləli kəmiyyəti diskretləşmiş (Sxem 
3.4 1., b) adlandırırlar.
Diskretləşmiş kəmiyyətin qiyməti sıfırdan zamanın yalnız müəyyən anlarında fərqlənir. Vaxta 
görə fasiləsiz, qiymətinə görə fasiləli kəmiyyəti kvantlanmış (Sxem 3.4 1.c) adlandırırlar. Kvantlanmış 
kəmiyyətin diapazonunda ancaq son qiymətləri qəbul edə bilər.
Fasiləsiz kəmiyyət eyni zamanda diskretləşmiş və kvantlanmış ola bilər (Sxem 3.4 1. d).
Hər hansı rəqəmli elektron cihazının, o cümlədən, voltmetrin mahiyyətini analoq – rəqəm 
çevrilməsi prosesi təşkil edir. Ölçülən kəmiyyətin növünə görə voltmetrlər sabit cərəyan, dəyişən 
cərəyan və impuls voltmetrlərinə bölünürlər. Bundan başqa texniki ölçmələrdə universal voltmetrlər 
də istifadə edilir.
Rəqəmli voltmetrlərin sxem həlli analoq-rəqəm çevrilməsinin istifadə olunan metodundan asılı 
olur. Bu baxımdan zaman–impuls, tezlik–impuls çevrilməli voltmetrlər geniş tətbiq tapmışdır. Nümunə 
kimi zaman – impulslu voltmetrlərin quruluş prinsipinə baxaq.


38 
Sxem 3.8 Fasiləsiz kəmiyyətin diskretləşmə və kvantlanması 
3.4.2. Tələbələr üçün fəaliyyətlər 

BİBÖ iş üsulundan istifadə edərək rəqəmli elektron cihazlarını internet vasitəsilə 
araşdırın və cədvəldə qeyd edin. 

Yüklə 417,13 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin