Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi


“Elektrik enerjisi sərfinin ölçülməsi müəyyən edir”



Yüklə 417,13 Kb.
Pdf görüntüsü
səhifə27/30
tarix21.12.2023
ölçüsü417,13 Kb.
#187488
1   ...   22   23   24   25   26   27   28   29   30
elktrik-olcmalari

“Elektrik enerjisi sərfinin ölçülməsi müəyyən edir” 

Elektrik enerjisinin sərfini hansı cihazla ölçürlər? 

Sabit cərəyan dövrəsinin enerji sərfini hansı ölçü sistemli cihazla ölçürlər? 

Dəyişən cərəyan dövrəsinin enerji sərfini ölçmək üçün hansı ölçü mexanizmli 
cihazlardan istifadə olunur? 
 
 
4.3.1. Üçfazalı elektrik dövrəsində aktiv gücü enerjini təyin edir 

Üçfazalı elektrik dövrəsində aktiv gücü və enerjisi
Üçfazalı dəyişən cərəyan dövrələrində aktiv gücün və enerjinin ölçülməsi 
prinsip etibarı ilə birfazalı dövrələrdən fərqlənmir. Burada da gücü ölçmək üçün 
vattmetrlərdən, enerjini ölçmək üçün isə hesablayıcılardan istifadə edilir. Hər 
iki cihazın, yəni həm vattmetr, həm də hesablayıcının dövrəyə qoşulmasında 
heç bir fərq olmadığı üçün bundan sonrakı sxemlər həm gücün, həm də 
enerjinin ölçülməsinə aid olacaqdır. 
Üçfazalı sistemlər ya dördməftilli, ya da üç məftilli ola bilər. Belə sistemlərdə cərəyanların 
paylanması bir-birindən fərqli olduğu üçün, cihazların qoşulmalarında da fərq olmalıdır. 
Üçfazalı dördməftilli sistemin tam aktiv gücünü və ya enerjisini ölçmək üçün üç cihazdan 
istifadə edilir. Burada hər cihazın cərəyan dolağı ayrı-ayrı fazalara, gərginlik dolaqlarının başlanğıcları 
həmin fazalara (cərəyan dolaqları qoşulmuş fazalara), ucları isə sıfır xəttinə qoşulur. Bu halda hər cihaz 
qoşulduğu fazanın gücünü və ya enerjisini ölçdüyündən bunların göstərişlərinin cəmi üçfazalı sistemin 
tam aktiv gücünü və ya tam enerjisini verəcəkdir. 


45 
Praktikada üç cihazın qoşulması və istismarı çətinlik törətdiyindən və üç cihazdan alınan xəta 
nisbətən böyük olduğundan həmin üç cihaz birləşdirilib bir üçfazalı cihaz hazırlanmışdır. 
Əgər dördməftilli üçfazalı sistem simmetrik və ya bərabər yüklənmiş olarsa, o zaman tam aktiv 
gücü və ya enerjini ölçmək üçün fazalardan hər hansına qoşulmuş bir cihazdan istifadə etmək 
mümkündür. 
Sistem tam simmetrik olduqda tənlik aşağıdakı kimi yazılır:
P = 3 U
f
I
f
cos
𝜑
=
√3
 U
x
I
x
cos
𝜑

Yüklə 417,13 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin