21
Təlim nəticəsi 2: Dövlət və özəl müəssisələrin fərqini və onların əsas xüsusiyyətlərini təhlil etməyi
bacarır
2.1.1. Müəssisə anlayışının mənasını izah edir
Müəssisələr haqqında niyə danışmalıyıq?
Təhsilinizi başa vurduqdan sonra atacağınız növbəti addımlardan biri, çox
güman ki, hərhansı bir müəssisədə işə başlamaq olacaqdır. Fəaliyyət göstərəcəyiniz
müəssisənin
necə işlədiyi, hansı xüsusiyyətlərə malik
olduğunu bilmək sizin ən
başlıca hüquqlarınızdan biridir. Təbii sərvətlərdən istifadə olunması, cəmiyyət üçün faydalı olan
istehlak mallarının yaradılması və bazar tələbatının ödənilməsi, işçinin bilavasitə istehsal vasitələri ilə
təması müəssisələrlə bağlıdır.
Gələcək kariyeranızda çalışacağınız müəssisəni özünüz analiz edərək seçməniz artıq
sizin bir
addım öndə olduğunuzu göstərən amillərdən olacaqdır.
Müəssisə nədir?
Müəssisə haqqında olan bu təriflə tanış olaq. Müəssisə - mülkiyyət formasından asılı
olmayaraq
ictimai tələbatın ödənilməsi və qazanc əldə edilməsi məqsədilə məhsul istehsal edən və satan, işlər
görən
və xidmətlər göstərən, qanuna müvafiq yaradılan hüquqi şəxs olan müstəqil təsərrüfatçılıq
subyektidir. Yəni özəl və ya dövlət müəssisəsi olmasından asılı olmayaraq, qanunauyğun şəkildə təsis
olunmuş, ictimai tələbatı ödəmək və bununla həm də qazanc əldə etmək məqsədilə məhsul istehsal
edən, satan və digər xidmətlər göstərən hüquqi müstəqil təsərrüfatçılıq subyektidir.
Müəssisənin özəl və ya dövlət müəssisəsi olması onun üstünlüyünü, yaxud çatışmayan cəhətləri
olduğunu
göstərmir,
sadəcə olaraq, hər bir müəssisə digərindən müxtəlif amillərə görə fərqlənir.
Müəssisə, onun növləri və təşkilati – hüquqi formaları barədə aşağıdakıları bilmək vacibdir.
Dostları ilə paylaş: