Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi


Özəl müəssisələrin əsas xarakterik xüsusiyyətlərini təhlil edir



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə23/35
tarix16.12.2023
ölçüsü0,54 Mb.
#181307
1   ...   19   20   21   22   23   24   25   26   ...   35
saxsi-inkisaf-va-karyera-planlasdirmasi (1)

Özəl müəssisələrin əsas xarakterik xüsusiyyətlərini təhlil edir. 

Özəl müəssisə anlayışını öz sözlərinizlə izah edin. 

Fərdi müəssisə nədir? 

Özəl müəssisələr fəaliyyət istiqamətinə görə neçə yerə bölünür? 

Neft sektorunda fəaliyyət göstərən hansı özəl müəssisələri misal göstərə bilərsiniz? 

Turizm sektoru dedikdə nə nəzərdə tutulur? 
2.4.1. Dövlət və özəl müəssisələr fərqləndirən əsas xüsusiyyətləri ayırd edir

Dövlət və özəl müəssisələri fərqləndirməyi niyə bacarmalıyıq? 
Bundan öncəki mövzularda dövlət və özəl müəssisələr haqqında ayrı-ayrı 
məlumat aldıq. Artıq hər iki müəssisə tipinin oxşar və fərqli cəhətlərini tanıyırıq. 
Konkret şəkildə fərqlilikləri müzakirə etmək isə öyrəndiklərimizi yaddaşımızda daha 
uzun müddət saxlamağa yardım edəcək.

Dövlət və özəl müəssisələri fərqləndirən ən əsas amillər 
 
İlk əvvəl onu qeyd etmək lazımdır ki, dövlət və özəl müəssisələr Azərbaycan Respublikası 
“Müsəssisələr Haqqında” qanuna və digər müvafiq qanunlara əsasən idarə olunur. Hər iki müəssisə


30 
tipi də öz fəaliyyət istiqamətləri və fəaliyyət nəticələri ilə birbaşa və ya dolayı yolla Azərbaycan 
Respublikasının iqtisadi rifahının yüksəldilməsinə xidmət edir. Lakin digər mövzulardan da aydın 
olduğu kimi özəl və dövlət müəssisəsini fərqləndirən bir sıra amillər mövcuddur.
Həmin amilləri aşağıdaki kim qruplaşdıra bilərik: 

Artıq öyrəndik ki, dövlət müəssisəsi dövlət qanunvericiliyə əsasən dövlət əmlakını idarə edən 
dövlət orqanları tərəfindən yaradılan qurumdur. Bu baxımdan dövlət müəssisəsi öz əmlakı ilə dövlət 
qarşısında məsuliyyət daşıyır.

Özəl müəssisə isə fiziki və hüquqi şəxs (şəxslər) tərəfindən qanunvericiliyə uyğun şəkildə təsis 
edilmİşmüəssisədir. Bu baxımdan özəl müəssisə vergi və digər öhdəlikləri çıxmaq şərtilə öz 
əmlakında müstəqildir. 

Dövlət müəssisələrinin təsis olunmasında ən əsas məqsəd Azərbaycan Respublikası vətəndaşlarına, 
ölkənin maddi rifahına xidmət etməkdir. 

Özəl müəssisələrdə də bütün bunlarla yanaşı, sahibkarın öz maddi mənfəəti də ən əsas 
amillərdəndir. 

Işəgötürmə prosesi “dövlət qulluğu” istisna olmaqla hər iki müəssisə tipində demək olar ki, eyni 
mərhələlərdən keçir. 

Etik davranışdövlət müəssisələrində müvafiq qanunlara əsasən nizamlanır və təsdiq edilir. 

Özəl müəssisələrdə isə müəssisə öz daxili etik kodeksini nizamlayır. 
Dövlət müəssisəsi sosial xidmət anlayışı ilə qurulmuşdur. Əsas məqsəd özəl müəssisələrdə
olduğu kimi mənfəət əldə etmək deyil. Dövlət müəssisəsi göstərdiyi xidmət sahəsinə görə dəyişir. 
Dövlət müəssisəsi səlahiyyətli şəxslər tərəfindən və ya onların nəzarəti altında ümumi, kollektiv 
ehtiyacları qarşılamaq, ictimaiyyətə yararlı şəkildə təşkil olunmuş davamlı və müntəzəm fəaliyyətlər 
toplusudur. Son dövrlərdə aparılan araşdırmalara əsasən dövlət müəssisəsinin üç əsas xüsusiyyəti 
ayırd edilir: 
1.
Dövlət müəssisələri hüquqi şəxslər və ya onların nəzarəti altında idarə olunması; 
2.
Ümumi və kollektiv ehtiyacların qarşılanması və sosial xidməti təmin etmək məqsədi güdərək, 
hərkəsə açıq olması; 
3.
Davamlı və müntəzəm fəaliyyət göstərməsi. 
Bu xüsusiyyətlərə nəzər yetirikdə dövlət müəssisəsinin xidmət məqsədilə fəaliyyət göstərdiyi aydın 
görünür. Burada mənfəət qazanmaq kimi qavramlar əsas götürülmür. Dövlət müəssisənini idarə edən 
şəxslər də dövlətin təklif etdiyi xidmətləri davamlı və müntəzəm yerinə yetirən səlahiyyətli insanlardır. 
Dövlət müəssisəsi idarəçilərinə xas olan əsas xüsusiyyətlər aşağıda qeyd edilmişdir: 

İdarəçi gücünü qanunlardan, digər qanunverici sənədlərdən və ya üst rəhbərindən alır; 

Dövlət idarəçisinin əsas vəzifəsi dövlət xidmətinin həyata keçirilməsidir və millətin mənfəəti 
hərşeydən öncə gəlməlidir; 

İdarəçi planlanmİşfəaliyyətini effektli şəkildə idarə edən və onu nizamlayan şəxsdir; 

Dövlət idarəçisinin mülkiyyət haqqı olmadığından, mənfəət və ya zərəri birbaşa dövlətə aid 
olacağından risk alma istəyi olduqca aşağıdır. Bu baxımdan dövlət müəssisələrində əsas idarəetmə 
verilən göstərişlərə əsasən həyata keçirilir. 

Dövlət müəssisəsi idarəçisi üçün uğur və ya uğursuzluq şəxsinə yox, dövlətə aiddir.
Özəl müəssisə dedikdə isə müstəqil təşəbbüskarlıq əsas alınır. Yəni hər şəraitdə sərmayə tədarük 
etmək, bu sərmayəni öz istəklərinə uyğun şəkildə idarə etmək nəzərdə tutulur. Təbii ki, sahibkar hər 
təşəbbüsündə müstəqil deyil, fəaliyyətini nizamlayan qanunlara riayət etməyə məcburdur. Lakin özəl 
müəssisə idarəetmədə, maddi işlərində, istehsalda və nəzarətdə müstəqildir.
Özəl müəssisəni idarə edən şəxslər müəssisənin rəhbərliyi tərəfindən seçilərək işə qəbul edilir. 
Ya da müəssisənin rəhbəri eyni zamanda həm də onu idarə edir. Özəl müəssisədə əsas şərt işlərin təkcə 


31 
edilmİşolması deyil, həm də işlərin uğurlu olmasıdır. Özəl müəssisə idarəçilərinin də müvəfəqiyyət 
kriteriyaları bəlli olur. Müəssisənin sahibi və ya tərəfdaşlarının istəklərinin yerinə yetirilməsi 
müəssisənin idarə edən üçün əsas amillərdəndir. Özəl müəssisənin işləmə prinsiplərinə nəzər 
yetirildikdə aşağıdakı xüsusiyyətlər diqqət çəkir: 

Özəl müəssisənin adət-ənənəsi, müəssisə sahiblərindən asılıdır; 

Özəl müəssisədə uğur qazana bilməyən idarəçilər üçün bir sıra tədbirlər həyata keçirilir. İdarəçinin 
işini itirmə ehtimalı olduqca yüksəkdir; 

Özəl müəssisədə İşqrafiki rəqabətə dayalı olduğu üçün nisbətən ağırdır və dəyişkəndir. Buna 
uyğunlaşmaq üçün idarəçilərin dinamik olması əsas şərtdir; 

Özəl müəssisə üçün zaman qavramı olduqca vacibdir. Çünki rəqabət şərtləri vaxtın səmərəli 
istifadəsini zəruri edir; 

Özəl müəssisə idarəçiləri risk almağa daha çox meyillidirlər. Bunun da əsas səbəbi uğur qazanma 
məsuliyyətini daha çox hiss etmələridir.

Özəl müəssisələrin xarici mühitləri dövlət müəssisələrinə nisbətən dəyişkəndir və açıq sistemin 
zərurəti özəl müəssisə idarəçiləri tərəfindən daha çox mənimsənilir; 

Özəl müəssisənin ətraf-mühiti dərk etmə forması ilə dövlət müəssisə arasında fərq vardır. Çünki 
özəl müəssisə sırf rəqabətə əsaslanır; 
2.4.2. Tələbələr üçün fəaliyyətlər 
 

Bir qrup dövlət və özəl müəssisələrinin fərqli cəhətlərini qeyd etsin. Digər qrup isə oxşar 
cəhətlərini qeyd etsin. Daha sonra qruplar yer dəyişdirsin. Daha sonra təqdimat edilsin; 

Bir qrup seçdiyini dövlət müəssisəsinin əsas məqsədlərini ayırd etsin, digər qrup isə 
seçdiyi hərhansı bir özəl müəssisənin məqsədlərini ayırd etsin (Göstərdiyi xidmətlər, 
idarəetməsi və s. ) daha sonra qrup kapitanları vasitəsilə onları müqayisəli şəkildə təhlil 
edin; 

ASAN Xidmətin ümumi İşprinsipi haqqında məlumat toplayın və hər qrup ASAN 
Xidmətdə təqdim edilən xidmətlərin biri haqqında təqdimat hazırlayın; 

Azersun Holding haqqında ümumi məlumat toplayın və hər qrup həmin özəl 
müəssisənin təqdim etdiyi xidmətlərdən biri haqqında təqdimat hazırlayın.
2.4.3. Qiymətləndirmə 
Öyrənmə prosesinə bağlı olan qiymətləndirmə meyarı:

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin