44
məqsdələ tərtib olunmuş bir sıra psixoloji testlər mövcuddur. Lakin bu üsuldan ölkəmizdə elə də
çox istifadə edilmir. Əgər müsahibiniz sualları sizə dolayı yolla verirsə,deməli hansısa şəxsi
keyfiyyətinizi araşdırmağa çalışır. Bu tip suallara misal olaraq:
7.
Rəhbərinizdən layiq olmadığınız halda tənqid alsanız nə edərsiniz?
8.
Boş vaxtlarınızda nə edirsiniz?
9.
Sizi tərənnüm edən 5 xüsusiyyət söyləyin.
10.
Sizi ən çox nə motivasiya edir/edər?
11.
Bundan öncəki işdə qarşılaşdığınız ən böyük problem nə idi?
3.3.2. Tələbələr üçün fəaliyyətlər
Öyrəndiyiniz yeni terminləri qeyd edin;
CV yazılmasında ən əsas şərtləri qeyd edin. Daha sonra qruplardan müəyyən bir vəzifəyə
müraciət üçün yazacaqları CV örnəyi istəyin. Təqdimat zamanı hansı məlumatları nə üçün
yazdıqlarını müzakirə edin;
İş görüşməsi ilə bağlı rollu oyun təşkil edin. Müsahibədə veriləcək sualların tələbələr
tərəfindən təyin olunmasını istəyin;
Valideyinlərdən və ya digər qohumlardan İştapma prosesi haqqında məlumatlar toplayın.
“Bir işin tarixçəsi” mövzusunda esse yazın;
Gələcəkdə işləmək istədiyiniz müəssisələrin adını qeyd edin. Həmin müəssisəyə işə qəbul
üçün keçəcəyiniz yolları açıqlamaları ilə birgə qeyd edin.
3.3.3. Qiymətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
Dostları ilə paylaş: