40
3.3.1. Müasir İşaxtarma və müraciət üsullarından istifadə edir
Müasir İşaxtarma üsullarını bilmək niyə lazımlıdır?
Kariyeramıza başlamaq üçün atacağımız ilk addımlardan biri özümüzə İşyerləri
araşdırmaq və uyğun işlərdə çalışmaqdır. Dövrümüzdə müəssisələrin çoxluğu
müxtəlif İşimkanları versə də, İşaxtarma və işə müraciət üsulunu bilməyən bir çox
gəncimiz İştapmada müxtəlif problemlər yaşayır. Siz bu mövzuda müasir İşaxtarma üsullarını, CV
yazmaq, müsahibənin şərtləri və hər iki mərhələdən
necə uğurla keçə bilərik, bunu yollarını
öyrənəcəksiniz. Oxuduqca şahid olacağıq ki, bizə bu yolda bələdçilik edəcək əsas resursumuz
internetdir. Bu baxımdan istər CV örnəkləri, istərsə də müsahibə mərhələri haqqında
dəyərli
məlumatları internetdən əldə edə bilərsiniz.
Müasir İşaxtarma üsulları
Günümüzdə İşimkanları da çoxdur, İşaxtaranlar da. Təhsilini başa vurmuş hərbir şəxsin
kariyeradan öncə ilk hədəfi özünə İştapmaqdır. Müasir İşaxtarma üsulları dedikdə nə anlayırıq,
bunun
texnikası nədir ilk öncə bu haqda öyrənək:
İşi harada axtaracağınızı təyin edin
Sizin üçün ən münasib İşaxtarma üsulu və mənbəyi haradırsa, onları təyin edərək siyahı halına salın.
Məsələn, işi qəzet elanları vasitəsilə axtaracaqsınızsa, həmin qəzetin çıxdığı günləri izləyin,
İşaxtaracağınız ünvan vakansiyaların olduğu internet resursudursa, o zaman mütəmadi olaraq həmin
ünvanları ziyarət edin. Burada ən önəmli məqam işi axtaracağınız mənbənin leqal olmasıdır.
Təsirli CV hazırlayın
Mümkündürsə, müraciət edəcəyiniz hər vəzifə üçün ayrı-ayrılıqda təsirli CV yazmağınızdır. Belə ki, satış
təmsilçiliyi və ya mühasibatlıq sahəsinə müraciət edirsinizsə hər iki vəzifəyə eyni CV forması ilə
etməyin. Əslində ölkəmizdə ən çox yayılmış CV forması şəxsin xoronoliji şəkildə CV hazırlamasıdır.
Mütəxəssislərdən və ya təcrübəli şəxslərdən məsləhət alın
Müraciət edəcəyiniz vəzifəylə əlaqədar olaraq bu sahədə çalışmış mütəxəssislərdən
və digər təcrübəli
şəxslərdən məsləhətlər alın. Lakin bu məsləhətlərin sizi mənfi inanışlarla gətirməsinə izin verməyin.
Sizə əsas lazım olan bu vəzifədən ümumi olaraq sizi nə gözlədiyi, gələcəkdə kariyera hədəfinizə nə
dərəcədə kömək etməsidir. Unutmayın ki, hər fərd fərqlidir.
Müsahibələr və mənfi rəylər sizi həvəsdən salmasın
Həddən artıq çox müsahibədə iştirak etdiniz, amma müsbət rəy almadınız. Bu sizi ruhdan salmasın.
Hər müsahibənin
sizi daha təcrübəli etdiyini, sizə yeni müsahibə vərdişləri qazandırdığını,
həyəcanınızın azalıb, idarəetmənizin daha da gücləndiyini unutmayın. Əgər həqiqətən bir vəzifəni
istəyirsinizsə, o zaman bunda israrcı olun.
Müsahibəyə hazırlıqlı gedin
Əgər müsahibəyə çağırılmısınızsa, həm geyim olaraq diqqətli olmağa çalışın, həm də müraciət etdiyiniz
vəzifə və çağırıldığınız şirkət haqqında tam məlumatlı olun. Seçəcəyiniz sadə və eyni zamanda ciddi
geyim işinizə yaraya bilər. həddən artıq istifadə edilmİşparfüm, ya da makiyaj sizin üçün əks nəticələr
41
doğura bilər. Ən əsası isə, müsahibəyə getmədən öncə sizə verilə biləcək sualları araşdıraraq, evdə
səsli şəkildə məşqlər edin.
Nə olursa, olsun səbirli olun
İşə müraciət və eyni zamanda müsahibəyə çağırılma zamanı bir sıra xoşagəlməz hadisələrlə qarşılaşa
bilərsiniz. Məsələn, sizə deyilən
vaxtdan gec başlaya bilərlər, ya da baş vermİşhərhansı bir hadisə
əsəblərinizə toxuna bilər. bu zaman siz səbirli olmağa çalışın. Çünki digər davranış sizə heçbirşey
qazandırmadığı kimi, gələcək İşfəaliyyətinizdə əngəl olaraq qarşınıza çıxa bilər.
Dostları ilə paylaş: