38
Qəbulediləbilən səviyyədə rollara sahib oluruq.
Şəxs işini iki əsas səbəbə görə seçir:
Öz
keyfiyyətlərinə əsasən;
Peşənin keyfiyyətlərinə əsasən.
Bu ikisi arasında mütləq şəkildə bir əlaqə olmalıdır. Yəni hər ikisi arasında uyğunluğa baxılmalıdır.
“İşləmək həyat , düşünmək işıqdır.” (Viktor Hüqo)
Şəxsin doğumundan etibarən keçdiyi həyat yolu kariyeranın mərhələləri ilə qarşılıqlı əlaqədədir.
Həyat yolu ilə bağlı edilən araşdırmalara əsasən, Daniyel Levinson modelinə görə şəxs aşağıdakı
mərhələlərdən keçir:
Ailədən ayrılma (16-22 yaş) – şəxsin ailəsiylə ipləri qoparmağa başladığı və özünü tapmağa çalışdığı
illərdir. Bu mərhələdə (xüsusən maddi və emosianal dəstək axtardığı vaxtlarda) qismən ailəsinə
bağlıdır. Bu zaman kariyera həyatındakı uğursuzluqlarda ailəsinə müraciətlər edə bilir.
Yetkinlik dünyasına müvəqqəti qəbul (22-29 yaş) - şəxsin təhsilini başa vuraraq, gələcək haqqında
arayışlar etdiyi dövrdür. Bu zaman yaşayİşforması və kariyera seçimləri ilə bağlı
qərarlar
verilməkdədir. Düşüncələr dağınıqdır, həyatda və kariyerada tamlıq arayışları davam etməkdədir.
Keçid dövrü (29-32 yaş) – bu mərhələdə şəxs həyata dair inkişafını bundan öncəki mərhələni nəzərə
alaraq dəyərləndirir. Bu dəyərləndirmənin nəticəsi müsbətdirsə,
eynən davam edəcək; yox əgər
qənaətbəxş deyilsə köklü dəyişikliklər edərək qarışıqlıq yaşayacaqdır. Bu mərhələdə başqa bir
əraziyə köçmə, işini dəyişmə, boşanma kimi sabit həyatını pozacaq addımlar da ata bilir.
Stabilləşmə (32-39) – bu dövr D. Levinsona görə şəxsin “əsas adam olmaq” üçün çalışdığı
mərhələdir. Bu mərhələdə şəxs sosial münasibətlərini ən aza endirir və bütün gücünü işinə verərək
güclənməyə, özünü rəhbərliyə qəbul etdirməyə çalışır. Müavin kimi
rəhbər köməkçilərin əsas
məqsədi isə arzu etdikləri vəzifəyə çatmaq üçün dəstək görməkdir.
Potensiyal “orta yaş böhranı” (39-43) – şəxsin ikinci dəyərləndirməni etdiyi mərhələdir. Bu
dəyərləndirmədə həyatıyla bağlı müsbət nəticəyə sahibdirsə, heçbir problem yaşanmayacaq. Lakin
nəticə qənaətbəxş deyilsə, onda orta yaş böhranı qaçınılmazdır. Nəticədə şəxs küsgün, kədərli və
maneələrlə üzləşmİşinsan duyğuları yaşayaraq, ruhi stabilliyini itirə bilər. spirtli içkilərə aludəçilik,
istefa vermək, ümumilikdə kariyerasını təhlükəyə atmaq kimi davranışlar edərək, öncəki
vaxtlardakından tamam fərqli birinı çevrilə bilər.
Yenilənmə (43-50 yaş) – orta yaş böhranını uğurla dəf edən şəxs, tamlıq hissi içində işinə bağlılıqla
həyata davam edir. kariyerasında doyum nöqtəsinə çatdığı üçün, özünə başqa sferalarda
maraqlar
axtarmağa başlaya bilər.
Dostları ilə paylaş: