4
Giriş
Şəxsi inkişaf və karyera planlaşdırması modulu hər bir tələbənin peşəsi ilə əlaqədar planlarında önəmli
əhəmiyyət kəsb edən mövzuları özündə birləşdirən baza moduludur.
Bu modulu bitirdikdən sonra
tələbələrdə öz şəxsi inkişafları ilə bağlı analiz etmə bacarığı formalaşır. Tələbələrin hər biri öz
şəxsi
inkişaf yollarını aydınlaşdırmağı bacarır, özünün və peşə ilə bağlı ehtiyaclarını müəyyən edir, şəxsi
inkişaf istiqamətlərini analiz etməklə özünə uyğun kariyera qurur.
Modul üç əsas təlim nəticəsini özündə birləşdirir. Birinci təlim nəticəsini tamamladıqdan sonra tələbə
Azərbaycan cəmiyyətinin xüsusiyyətlərini dərk edərək, əsas qanunvericilik
sənədlərini şərh etməyi
bacarır. Vətəndaşlıq anlayışının nə olduğunu bilir, öz peşəsi üçün müvafiq olan qanunları nəzərdən
keçirir, əmək hüququ və əmək məcəlləsinin mahiyyətini anlayaraq peşəsi üzrə lazımi hüquqi biliklərə
yiyələnir.
İkinci təlim nəticəsini tamamladıqdan sonra tələbə dövlət və özəl müəssisələrin əsas xüsusiyyətlərini
ayırd edərək, onları bir-birindən fərqləndirməyi bacarır. Peşə fəaliyyəti istiqamətində seçəcəyi
müəssisə haqqında müvafiq seçimləri müstəqil şəkildə edir.
Üçüncü təlim nəticəsini tamamlaqdıqadan sonra tələbə əsas kariyera
məqsədlərini müəyyən edir,
müasir İşaxtarma və müraciət üsullarından istifadə etməyi bacarır. Kariyera inkişafı üçün lazım olan
məlumatlara yiyələnərək özünə kariyera planı qurur, təhsilini başa vurduqdan sonra İşaxtarma, işə
qəbul üsul və mərhələlərinə bələd olur. Curriculum-vitae yazılma qaydası, müsahibə şərtləri ilə
tanİşolaraq peşəsi üzrə mövcud addımları atır
.
5
“Şəxsi inkişaf və karyera planlaşdırması” modulunun spesifikasiyası
Dostları ilə paylaş: