Azərbaycanda psixoloji FİKİRLƏR



Yüklə 125,95 Kb.
səhifə28/80
tarix02.01.2022
ölçüsü125,95 Kb.
#35316
1   ...   24   25   26   27   28   29   30   31   ...   80
psixologiya

Mövzuya aid test suallar

1.Qavrayışın mürəkkəb növləri neçə növdə olur? 2.İllüziya nədir?

A.yeddi növdə. A.cisimlərin dəqiq qavranılması.

B.altı növdə. B.cisimlərin yanlış formada qavranılması.

C.beş növdə. C.cisimlərin zəif qavranılması.

D.dörd növdə. D.cisimlərin yüksək səviyyədə qavranılması

E.üç növdə. E.cisimlərin heç qavranılmaması

DUYĞU HAQQINDA ANLAYŞ

Duyğular-indiki anda hiss üzvlərinə təsir edən cisim və hadisələrin ayrı-ayrı keyfiyyət və xassələrinin beyində inikiasıdır.Duyğular idrak proseslərinin bünövrəsini təşkil edir. Duyğular varlığın ən sadə. ən bəsit xassələri haqqında bilavasitə məlumat verir. İşığın, səsin, təziyiqin, istinin, soyuğun və s. əks etdirilməsi duyğudur. Duyğular xarici aləm haqqında biliklərimizin mənbəyidir. Əgər insan bütün hiss üzvlərindən məhrum olsaydı, o özünün ətrafında nələr baş verdiyini bilməzdi, onu əhatə edən adamlarla ünsiyyətə girməyə müvəffəq olmazdı, qida tapmağı. Təhlükədən yayınmağı bacarmazdı. Duyğular həmişə müəyyən emosional boyaya malik olur. Məsələn, yaşıl rəng insanı biri ağ. Digəri qara rənglənmişsə, ağ qaraya nisbətən adama yüngül gəlir.

Duyğular həm xarici aləmdə, həm də orqanizmin daxilində baş verən proseslər barədə informasiya verir. Bunun sayəsində orqanizmin ətraf aləmə bələdləşməsi mümkün olur. İnsan uzun müddət tam təcrid şəraitində qala bilməz. Həmin şəraitdə qalan adamlarda bir gündən sonra şüur pozğunluğu əmələ gəlir. Yəni onda qarabasmalar, qarayaxa ideyalar özünü göstərir. Deməli, insdan daima duyğuların verdiyi məlumata istinad edir, onları beynində təhlildən keçirir və beləliklə də onda mürəkkəb idrak fəaliyyəti baş verir.

Bəzi heyvanlar insanlara nisbətən daha güclü duyğulara malikdirlər. Məsələn, qartal insanla müqayisədə daha yaxşı görür, itirən, eşitmə və iybilmə duyğusu daha həssasdır. Qarışqalar ultrabənövşəyi işığı fərqləndirə bildikləri halda insan ümumiyyətdə onu görmür. Yarasalar və delfinlər ultura səsləri eşidir, insan isə eşitmir. Lakin insan gözü və qulağı qartaldan da, itdən də fərqli olaraq daha çox şeyləri fərqləndirə bilir. Çünki insanın duyğularını onun təfəkkürü zənginləşdirir.

İdealistlər duyğuları yalnız şərti, xarici təsirlərin simfolları hesab edirlər. Bu faktlar ondan ibarətdir ki, eyni qıcıqlandırıcılar müxtəlif hiss üzvlərinə təsir göstərərək müxtəlif duyular əmələ gətirə bilər. Bu nəzəriyyə tamamilə səhvdir. Duyğular insandan asılı olmadan onun hiss üzvlərinə təsir edən cisim və hadisələrin həqiqi xassələrini əks etdirir. Duyğular obyektiv gerçəkliyin dəqiq əksini verir, gerçəkliyi olduğu kimi əks etdirir. Hər bir hiss üzvünün müvafiq qıcıqlandırıcısı vardır. Müəyyən hiss üzvləri üçün adekvat olan qıcıqlandırıcıları onun üçün adekvat olmayan qıcıqlandırıcılardan fərqləndirmək lazım gəlir. Hiss üzvlərinin özləri də ətraf mühitin təsirlərinə uyğunlaşmanın məhsuldar, öz quruluşuna və xassələrinə görə həmin təsirlərə adekvatdır.

Duyğu başqa psixi hadisələr kimi reflektor nxarakter daşıyır. Duyğuların fizioloji əsasını qıcıqlandırıcıların müvafiq analizatorlara təsiri nəticəsində yaranan sinir prosesləri təşkil edir. Analizator üç hissədən ibarətdir:

1.Hiss üzvü-reseptor (periferik şöbə).2.Mərkəzəqaçan və mərkəzdənqaçan sinirlər (afferent və efferent, yəni hissi və hərəki). 3.Beyin nahiyyəsi (qabılaltı və qbıq şöbələri).

Hər bir analizatorun qabıq şöbəsində nüvə, başqa sözlə mərkəzi hissə mövcuddur. Həmin hissədə reseptor hüceyrəsinin əsas kütləsi toplanmış olur. Analizatorun nüvəsi incə təhlil və tərkib funksiyasını yerinə yetirir. Duyğunun baş verməsi üçün bütün analizatorlar bir tam kimi işlənməsi zəruridir. Analizator bütün sinir prosesləri yollarının başlanğıc və əsas hissəsidir. Analizatorun tərkib hissələrinin qarşılıqlı əlaqəsi orqanizmin ətraf aləmə bələdləşməsinin əsasını və həyat şəraitindən asılı olaraq orqanizmin fəaliyyətini təmin edir.

Beləliklə, belə bir nəticəyə gəlmək olar ki, duyğu prosesi xarici təsirlərin spesifik enerjisini seçmə qabiliyyətinə, dəyişdirilməsinə yönəldilmiş və ətraf aləmin adekvat inikiasını təmin edən iş sistemi kimi həyata keçir.

Bəzən duyğu prosesinin pozulması hallarına rast gəlinir. Belə patoloji hallara aşağıdakılar aiddir: 1.Senestopatiya (görmə, dartılma, təzyiq, sancı və s. 2.Hipersteziya (adi qıcıqların daha güçlü formadfa duyulması). 3.Hiposteziya (qıcıqların olduğundan zəif duyulması). 4.Parasteziya (patoloji proses nəticəsində daxili orqanlarda meydana çıxan hissiyyatlar).


Yüklə 125,95 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin