2.Daxili duyğular. Onların reseptorları daxili üzvlərdə. Həmçinin, bədənin toxumalarında yerləşir və daxili üzvlərin vəziyyətini əks etdirir. Açıq, toxluq, ağrı, susuzluq duyğuları bu qrupa daxildir.
3.Hərəki və müüvazinət duyğuları. Onların reseptorları oynamaq və əzələlərdə yerləşir, bədənimizin h\rəkəti və vəziyyəti haqqında məlumat verirlər.
Görmə duyğusu. Xarici duyğular içərisində görmə duyğusu mühüm yer tutur. Müəyyən edilmişdir ki, ətraf aləmdən insan beyninə daxil olan informasiyaların 80-90%-i məhz görmə analizatoru vasitəsilə verilir. Görmə duyğusu sayəsində biz cisimlərin forma və rəngini, ölçüsünü, həcmini, məsafəsini dərk edirik. Görməduyğusu rəng və işıq duyğusu yaradır. Bir çox hallarda insanların normal rəng duyğusu pozulur. Onun səbəbi irsi xəstəliklər, gözün zədələnməsi və s. ola bilər. Belə insanlar ətrafda olan hər şeyi yalnız bu rənbgdə görürlər. Bu xəstəlik daltonizm adlanır. Xəstəliyin adı onun kəşf edən həkim Daltonun adından götürülmüşdür.
Eşitmə duyğusu. Eşitmə analizatorunun qıcıqlandırıcısı səs dalğalarıdır. İnsan qulağı 16-dan 20000 hersədək səsləri eşidə bilir. Eşitmə də görmə kimi insan həyatında mühüm əhəmiyyətə malikdir. Bütün eşitmə duyğuları nitqi, musiqi səslərini və gurultulu səsləri (səs-küyləri) əks etdirir. Onların da hüdudu var. Çox səs-küy sinir sistemini pozur, insanda əsəbilik, yorğunluq törədir.