Azərbaycanda psixoloji FİKİRLƏR


Təxəyyül surətlərinin yaradılmas prosesi



Yüklə 125,95 Kb.
səhifə72/80
tarix02.01.2022
ölçüsü125,95 Kb.
#35316
1   ...   68   69   70   71   72   73   74   75   ...   80
psixologiya

Təxəyyül surətlərinin yaradılmas prosesi


Təxəyyül surətlərinin yaradılması prosesi mühüm fikri proseslər olan təhlil-tərkib fəaliyyəti ilə bağlıdır. Təhlil və tərkib (analiz və sintez) təkcə təfək­kür fəaliyyətinin əsasını deyil, həm də təxəyyül surətlərinin yaradılmasının əsa­sını təşkil edir. Bu cəhət yaradıcılığın bütün sahələrində həm elmi, texniki, həm də ədəbi yaradıcılıq sahəsində çox aydın şəkildə özünü göstərir.

Yazıçı bu və ya digər surəti yaratmaq üçün müşahidələr aparır, insanları, onların hərəkətlərini təhlildən keçirir, daha sonra müxtəlif adamlarda müşahidə etdiyi xüsusiyyətləri, əlamətləri birləşdirir.

Surətlərin yaradılmasında yazıçının həyata keçirdiyi bu tərkib, sintez­ləşdirmə fəaliyyəti müxtəlif tərzlərdə özünü göstərir. Məsələn, böyük rus yazıçısı L.N.Tolstoy «Hərb və sülh» əsərindəki Nataşa Rostova obrazını özünün həyat yoldaşı Sofiya Andreyevanın və bir də baldızı Tanya Andreyevanın şəx­siyyətlərinin təhlilindən əldə edilən xüsusiyyətləri birləşdirməklə (tərkib) yaratmışdır.

Sintezləşdirmənin və tərkibin bu tərzi surətlərin yaradılmasında daha çox təsadüf edilən və daha aydın görünən növüdür.

Təxəyyül surətlərini yaradarkən digər sintezləşdirmə tərzlərindən də istifadə edilir. Belə tərzlərdən biri aqqlyutinasiya adlanır. Aqqlyutinasiya elə sintezləşdirmə tərzidir ki, bu zaman real həyatda biri-biri ilə birləşməyən müxtəlif keyfiyyətləri, xassələri, hissələri birləşdirilərək yeni bir surətin yaradılması prosesi baş verir.

Məsələn, su pərisi surətinin yaradılması prosesi real həyatda birləşməsi mümkün olmayan qadının başı və balığın gövdəsi kimi hissələrin birləşdirilməsi əsasında baş verir. Çoxəlli ilahələrin, yeddibaşlı əjdahaların obrazlarının yaradılması da sintezləş­dirmənin aqqlyutinasiya deyilən tərzinin köməyi ilə edilmişdir.

Təxəyyül prosesində özünü göstərən sintezləşdirmə tərzlərindən biri də hiperbolizasiyadır. Hiperbolizasiya təxəyyül obrazlarının yaradılmasında mü­­­­ba­­­li­­ğədən istifadə etmək deməkdir. Mübaliğə iki istiqamətdə gedə bilər: şişirtmə və kiçiltmə istiqamətində. Məsələn, nağıllarımızda və dastanlarımızda xalq öz qəhrəmanlarının obrazını yaradarkən mübaliğədən geniş istifadə etmişdir. Məsələn, «Koroğlu» dastanında belə bir əhvalat nəql olunur ki, Keçəl Həmzə Qıratı qaçırandan sonra dəyirmanda Koroğlu ilə Dürat qalır. Bu zaman dəyirmana bir kişi iki öküzlə dörd çuval arpa və buğda gətirir. Koroğlu özünü dəyirmançı adlandırır və yükü qəbul edir. Sonra iki çuval arpanı bir çuvala doldurub Düratın qabağına qoyur, öküzün də birini kəsib, kabab çəkib yeyir. Lakin taxılın da öküzün də pulunu verib, Dürata minib yola düşüb gedir. Göründüyü kimi burada Koroğlunun da, Düratın da obrazını yaradarkən xalq mübaliğədən istifadə etmişdir.

Yaxud «Kitabi-Dədə Qorqud» dastanında oxuyuruq. Qaracıq Çoban kafirin üç yüzünü sapan daşı ilə yerə buraxdı. Çobanın daşı tükəndi, qoyun deməz, keçi deməz sapanın aynasına qoyub atar, kafir yıxar. Burada da Qaracıq çobanın obrazının yaradılmasında hiper­bo­­lizasiyadan istifadə edilmişdir.

Təxəyyül prosesində təxəyyül surətlərinin yaradılmasında istifadə edən tərkib üsullarından biri də nəzərə çarpdırmaq, yaxud aksentləşdirmədir. Aksentləşdirmə zamanı xarakterik olan cəhət odur ki, surətlərin yaradılması prosesində birləşdirilən, tərkib edilən elementlərdən biri qabarıq, daha nəzərə çarpacaq şəkildə olur. Yoldaşlıq şarjlarının, karikaturaların yaradılmasında rəssam həmin tərzdən istifadə edir.

Təxəyyül sutlərinin yaradılması prosesində sxematikləşdirmə, tipikləşdirmə deyilən tərzlərdən də istifadə edilir.





Yüklə 125,95 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin