Azərbaycanda psixoloji FİKİRLƏR


QABİLİYYƏTLƏR HAQQINDA ANLAYIŞ



Yüklə 125,95 Kb.
səhifə75/80
tarix02.01.2022
ölçüsü125,95 Kb.
#35316
1   ...   72   73   74   75   76   77   78   79   80
psixologiya

QABİLİYYƏTLƏR HAQQINDA ANLAYIŞ

İnsanda müvafiq qabiliyyətlərin olması onun həyat və fəaliyyətində mühüm rol oynayır və daha çox hansı fəaliyyət sahəsi üçün yararlı olduğunu söyləməyə imkan verir.

Qabiliyyət-şəxsiyyətin fərdi-psixoloji xüsusiyyətləri olub müəyyən fəaliyyətin müvəffəqiyyətli icrasının şərtini təşkil edir və onun üçün zəruri olan bilik, bacarıq və vərdişlərə yiyələnmə dinamikasındakı fərqlərdə ifadə olunur.

Qabiliyyətlər ilk növbədə insanın fərdi xüsusiyyətləri ilə bağlıdır. Bu xüsusiyyətlərə görə insanlar bir-birindən fərqlənir. Qabiliyyət insanın psixoloji xüsusiyyətlərindən asılıdır. Şəxsiyyətin fərdi psixoloji xüsusiyyətlərindən hər birinin fəaliyyət prosesində öz yeri, öz vəzifəsi vardır. Fəaliyyətin müvəffəqiyyətli icrası ancaq qabiliyyətlərlə şərtlənir.

Qabiliyyətlərin bilik, bacarıq və vərdişlərlə əlaqəsi psixoloji cəhətdən aktual problemdir. Qabiliyyətlər bilik, bacarıq və vərdişlərlə qarşılıqlı əlaqədədir, lakin onları eyniləşdirmək olmaz. Qabiliyyətlər həm də insanın hər hansı bir və ya bir neçə fəaliyyət sahəsi üçün daha çox yararlı olduğunu göstərən fərdi psixi xassəsidir. Göründüyü kimi,qabiliyyət” anlayışı altında insanın bir və ya bir neçə fəaliyyətin müvəffəqiyyətlə icrası üçün şərt olan fərdi-psixoloji xassəsi başa düşülür. Bu cür yanaşma tərzi psixologiyada uzun müddətdən bəri qəbul olunmuşdur. Bununla belə bu çür yanaşma tərzi bir çox müəlliflər tərəfindən müxtəlif şəkildə şərh olunmuşdur. Qabiliyyət anlayışı haqqında psixoloji ədəbiyyatda üç istiqamət mövcuddur: birinci halda qabiliyyət anlayışı altında mümkün olan bütün psixi proses və halların məzmununu başa düşürlər. Bu cür yanaşma tərzi “qabiliyyət” anlayışının ən geniş və qədim şərhindən ibarətdir. Hazırda bu cür yanaşma tərzindən demək olar ki, istifadə olunmur.

İkinci yanaşmaya görə qabiliyyətlər insanın müxtəlif fəaliyyət növlərinin müvəffəqiyyətlə icrasını təmin edən ümumi və xüsusi bilik, bacarıq və vərdişlərin yüksək inkişaf səviyyəsindən ibarətdir. Bu cür yanaşma tərzi psixologiyada XVIII-XIX əsrlərdə meydana gəlmiş və müasir dövrdə də özünü göstərir.

Üçüncü yanaşmaya görə qabiliyyətlər bilik, bacarıq və vərdişlərlə eyniləşdirilməməlidir. Qabiliyyətlər həmin bilik, bacarıq və vərdişlərə sürətlə yiyələnməyi, təcrübədə onlardan səmərəli istifadə etməyi təmin edir. Bu yanaşma tərzi müasir psixologiyada ən çox yayılmış yanaşma tərzidir. Bu sahədə görkəmli rus psixoloqu V.M.Teplovun tədqiqatları xüsusilə diqqəti cəlb edir. V.M.Teplova “qabiliyyət” anlayışının üç əsas əlamətini qeyd etmişdir:

*Qabiliyyətlər dedikdə insanları bir-birindən fərqləndirən fərdi-psixoloji xüsusiyyətlər başa düşülür;

*Ümumiyyətlə, hər cür fərdi xüsusiyyəti deyil, yalnız hər hansı bir və ya bir neçə fəaliyyəti müvəffəqiyyəıtlə icra etməyə imkan verən fərdi xüsusiyyəti qabiliyyət adlandırmaq olar;

*”Qabiliyyət” anlayışını hər hansı bir insanda artıq yaranmış olan bilik, bacarıq və vərdişlərlə eyniləşdirmək olmaz. A.V.Petrovski və M.Q.Varoşüvskinin fikrincə qabiliyyətlər və bilik, qabiliyyətlər və bacarıq, qabiliyyətlər və vərdişlər eyniyyət təşkil etmir. Bilik, bacarıq və vərdişlərə nisbətdə qabiliyyətlər bir növ imkan kimi çıxış edir. Onların fikrincə psixologiya elmi qabiliyyətlər ilə fəaliyyətin mühüm komponentləri olan bilik, bacarıq və vərdişlərin eyni olmadıqlarını inkar etməklə yanaşı, onların vəhdətini də xüsusi olaraq göstərir. Qabiliyyətlər yalnız fəaliyyətdə, özü də həmin qabiliyyətlər olmadan icrası mümkün olmayan fəaliyyətdə aşkar olunur.

Qabiliyyətlər bilavasitə bilik, bacarıq və vərdişlərdə deyil, onların qazanılma dinamikasında, yəni bütün başqa şərtlər eyni olduqda, bu fəaliyyət üçün zəruri olan bilik və bacarıqlara yiyələnmə prosesinin nə qədər tez, dərin, asan və möhkəm icra olunmasında təzahür edir.

Qeyd edilənlərdən aydın olur ki, qabiliyyətlər şəxsiyyətin fərdi-psixoloji xüsusiyyətləri olub, hər hansı bir fəaliyyətin müvəffəqiyyətklə icrasına imkan yaradır və həmin fəaliyyət üçün zəruri sayılan bilik, bacarıq və vərişlərə yiyələnmə dinamikasındakı fərqləri meydana çıxarır.

Qabiliyyətlər uyğun olaraq yalnız fəaliyyət prosesində formalaşır. İnsan fəaliyyət prosesində izləmədən onda müvafiq qabiliyyətin olub-olmamasını söyləmək olmaz. Əgər uşaq musiqi ilə məşğul olmayıbsa və ya musiqi təhsili almayıbsa, onun musiqi qabiliyyətinin olub-olmadığını bilmək mümkün deyil.

İnsan yalnız anadangəlmə qabiliyyətlərlə doğulmur. Qabiliyyət düzgün təşkil olunmuş fəaliyyət prosesində inkişaf edir, formalaşır. Qabiliyyətlər həyat şəraitindən, insanın düşdüyü mühitdən asılı olaraq inkişaf və intişar edir. Hər bir kəsin öz psixi, fiziki və sosial keyfiyyətlərinə uyğun olaraq qabiliyyətləri mövcuddur və onların inkişafı mürəkkəb fəaliyyət prosesində həyata keçirilir.

Müxtəlif mənbələrdə alimlər qabiliyyətlərin müxtəlif cür təsnifini verirlər. Professor R.İ.Əliyev qabiliyyətlərin klassifikasiyasını aşağıdakı kimi təqdim edir:

*Təbii qabiliyyətlər. Bu qabiliyyətlərin əsasını bioloji, anadangəlmə imkanlar və onların əsasında formalaşan həyati təcrübə, öyrənmə mexanizmini şərtləndirən şərti-reflektor əlaqələr təşkil edir.

*Spesifik qabiliyyətlər ictimai-tarixi köklərə bağlı, sosial mühitin inkişafı ilə əlaqədar olaraq həyati fəaliyyəti təmin edən qabiliyyətlərdir. Spesifik qabiliyyətlərin özləri də aşağıdakı yarımbölmələrə ayrılır:

a)Ümumi qabiliyyətlər. Bu qabiliyyətlər ən müxtəlif növ fəaliyyət və ünsiyyətdə (əqli qabiliyyətlər, nitq hafizənin inkişafı, əl hərəkətlərinin çevikliyi və dəqiqliyi) insanın müvəffəqiyyət qazanmasında əksini tapır.

b)Xüsusi qabiliyyətlər. Ünsiyyət və qabiliyyətin yalnız müəyyən bir sahəsində, xüsusi bir inkişaf səviyyəsində əksini tapır. Məsələn, riyazi, texniki, ədəbi-dilçilik, bədii-yaradıcı, idman və s. qabiliyyətlər. Bu qabiliyyətlərdən hər birinin öz spesifik strukturu olsa da, onlar eyni zamanda bir-birlərini tamamlayırlar.

c)Nəzəri qabiliyyətlər. Bu qabiliyyətə malik olan insanlar abstrakt-məntiqi, praktik təfəkkür daha üstün olur və onlar konkret-praktik fəaliyyətə meyl göstərirlər. Qabiliyyətlərin belə ahəngdarlığı yalnız müxtəlif istiqaməti, xüsusi istedadlı insanlara məxsusdur.

d)Təlim qabiliyyəti. Pedaqoji fəaliyyətə, biliklərin mənimsənilməsinə, bacarıq və vərdişlərin formalaşmasına, maddi və mənəvi nemətlərin , yeni ideyaların, kəşflərin, ixtiraların, bir sözlə yaradıcılıqla bağlı olan fəaliyyət növlərində müvəffəqiyyət qazanılmasına imkan yaradır. Şəxsiyyətin yaradıcı potensialının ən yüksək səviyyəsi dahilik, qabiliyyətin hansısa fəaliyyətin bir sahəsində özünü yüksək səviyyədə təzahür etdirməsi isə talant adlanır.

c)İnsanlarla birgə fəaliyyət və ünsiyyət qabiliyyətləri. Müxtəlif insanlarla əlaqə qura bilmək, müxtəlif şəraitdə sosial-psixoloji baxımda qruplaşa bilmək, insanların qavranılması və düzgün qiymətləndirilməsi, gözəl nitq qabiliyyətinə bu növünə aiddir. İnsan çoxsaylı və müxtəlif fəaliyyət növlərinə, ünsiyyətə qadirdir. Qabiliyyətlərin bir və ya bir neçə fəaliyyətin müvəffəqiyyətli icrası üçün şərt olan özünəməxsus birliyi istedad adlanır. Yəni istedad şəxsiyyətin intellektual imkanlarının, ünsiyyət və fəaliyyətinin özünəməxsus səviyyəsinin təcəssümüdür.

Professor M.Ə.Həmzəyev qabiliyyət və istedad anlayışlarının fərqli xüsusiyyətlərindən bəhs edərək yazır ki, müasir psixologiyanın aktual problemləri içərisində istedad problemi xüsusi yer tutur. Psixoloqlar bunu hər şeydən əvvəl onunla bağlı hesab edirlər ki, qabiliyyətlərin fəaliyyət prosesində qarşılıqlı əlaqəsinin təhlili təkcə elmi-nəzəri məsələ olaraq qalmır. Onun mühüm praktik əhəmiyyəti də vardır. Təcrübə göstərir ki, insanın hər hansı bir fəaliyyəti müvəffəqiyyətlə icra etməsi üçün təkcə bir qabiliyyət deyil, bir neçə qabiliyyət iştirak edir.

Professir Ə.Ə.Bayramov və Ə,Ə,Əlizadənin qeyd etdikləri kimi, əqli müşahidəçilik, poetik görmə. Sürət, hiss və hərəkət hafizəsi, yaradıcı təxəyyül, obrazlı təfəkkür, lüğət ehtiyatınıbn zənginliyi kimi müxtəlif qabiliyyətlər ədəbi fəaliyyət daxilində üzvi surətdə birləşib onu müvəffəqiyyətlə icra etməyə imkan verirsə, bu ədəbi istedaddır.

Pedaqoji istedadı da bu cür xarakterizə etmək olar. Buraya müşahidəçilik, didaktik, kommunikativ, perseptiv, pedaqoji təxəyyül, yüksək nitq və qabiliyyətlərin məcmusu daxildir. Bu cür istedada malik olan müəllim pedaqoji fəaliyyəti yüksək müvəffəqiyyətlə yerinə yetirə bilir.

Professor Ə.Ə.Əlizadə haqlı olaraq istedadı yaradıcılıq hadisəsi adlandırır. Onun hər hansı növü olursa olsun, ancaq və ancaq yaradıcılıq kontekstində nəinki dəyişdirilməlidir, həm də öyrənilməlidir. Professir R.İ.Əliyev isə istedadı belə qiymətləndirir.: “Qabiliyyətin daha yüksək səviyyədə inkişaf etmiş forması istedad adlanır. İstedad hər hansı bir fəaliyyət sahəsində üzünü göstərə bilər. İstedadlı insan öz sahəsində yenilik yaradır. Qabiliyyətli musiqiçi yaxşı ifa edir, istedadlı müsiqiçi isə özünəməxsus , yüksək səviyyədə yenilik yaradır.

İstedadın daha yüksək inkişaf etmiş səviyyəsi dahilk adlanır. Dahi o şəxslərdir ki,onların xüsusi, məxsusi istedadı var. Bununla belə onların yaradıcılığı ictimai-tarixi əhəmiyyət daşıyırvə cəmiyyətin mənafeyinə xidmət edir.


Yüklə 125,95 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin