Azərbaycanda psixoloji FİKİRLƏR


Qabiliyyətlərin inkişaf mərhələsi-talant



Yüklə 125,95 Kb.
səhifə78/80
tarix02.01.2022
ölçüsü125,95 Kb.
#35316
1   ...   72   73   74   75   76   77   78   79   80
psixologiya

Qabiliyyətlərin inkişaf mərhələsi-talant. Psixiloji ədəbiyyatın əksəriyyətində talant qabiliyyətlərin ən yüksək inkişaf mərhələsi kimi qeyd olunur. Talant qabiliyyətlərin elə birliyidir ki, o

Insana hər hansı bir mürəkkəb fəaliyyəti müvəffəqiyyətlə müstəqil və orjinal şəkildə yerinə yetirmək imkanı verir. Talant qabiliyyətlərin yaradıcılıq naliyyətləri əldə etməyə imkan verən həmin naliyyətlərdə təzahür edən yüksək inkişaf mərhələsidir.

Qabiliyyətlərdə olduğu kimi talant da yaradıcılıqda yüksək ustalıq və əsaslı müvəffəqiyyət əldə etmək üçün yalnız imkan rolunu oynayır. Lakin potensial imkan kimi talantla onun həyata keçirilməsi, müvafiq maddi və mənəvi məhsulun əldə edilməsi arasında bərabərlik işarəsi qoymaq olmaz. Bu sahədə tədqiqat aparmış psixoloqların (A.V.Petrovski, M.Q.Yaroşevski) fikrincə özünün tam dəyərli inkişafı üçün hansı istedadın daha əlverişli şərait əldə etməsi dövrün tələbatından və dövlət qarşısında duran konkret məsələlərin xüsusiyyətlərindən asılıdır. Müharibə dövründə sərkərdəlik talantı, dinc dövrdə mühəndis, konstruktor və s. talantı daha sürətlə inkişaf edir.

Talantın strukturuna gəldikdə, o, qabiliyyətlər kompleksindən, onların məcmusundan ibarətdir. Əgər ən yüksək inkişaf səviyyəsinə çatsa, nə qədər parlaq təzahür etsə belə, ayrıca götürülmüş qabiliyyətləri talantın analoqu kimi götürmək olmaz. Bunu həyati faktlar və aparılmış tədqiqatlar da təsdiq etmişdir.



TALANT VƏ DÜHA

Professor M.Ə.Həmzəyev göstərir ki, qabiliyyətlərin yüksək inkişaf pilləsi talantla məhdudlaşmır. Bəzi adamlar öz istedadlarının yüksək səviyyəsi ilə də fərqləni, onların yaradıcı naliyyətləri cəmiyyətin həyatında, mədəniyyətin inkişafında tam bir dövrü, epoxanı əhatə edir. İnsanda qabiliyyətlərin bu cür inkişaf səviyyəsi dahilik adlanır. Dahilik şəxsiyyətin elə bir ali yaradıcılıq səviyyəsidir ki, həmin səviyyəyə yüksələn insan cəmiyyətin həyatında ağlagəlməz yüksək rol oynayır. Dahi insan obrazlı şəkildə demiş olsaq, öz fəaliyyəti sahəsində yeni dövr yaradır. Dahi üçün fövqəladə yaradıcı məhsuldarlıq, keçmişin mədəni miraslarına yiyələnmək və bununla yanaşı köhnəlmiş norma və ənənələri aradan qaldırmaq xarakterik haldır. Dahi şəxsiyyət öz yaradıcı fəaliyyəti ilə cəmiyyətin proqressiv inkişafına təsir göstərir. Dahi şəxsiyyət hadisələrin gələcəyini qabaqcadan görə bilir və öz fəaliyyətini buna uyğun qurmağa çalışır. Dahi insanlar olduqca azdır. Belə hesab edirlər ki, sivilizasiyanın beş min illik tarixində bu cür adamların sayı 400-dən artıq olmamışdır. Dahini xarakterizə edən yüksək istedad səviyyəsi fəaliyyətin müxtəlif sahələrini qeyri-adiliyi ilə əlaqədar olur. Tarixən bu cür universallığa malik olan dahilərdən Aristotel, Leonardo da Vinçinin, M.V.Lomonosovun, Nizami Gəncəvinin, N.Tusinin və başqalarının adını çəkmək olar. N.Tusi müxtəlif bilik sahələrində öz əvəzolunmaz naliyyətləri ilə fərqlənmişdir. Lakin bu o demək deyildir ki, dahi adamlarda bütün fərdi keyfiyyətlər eyni dərəcədə inkişaf etmiş olur. Adətən, dahilik öz “profilinə” malik olur. Onun fərdi keyfiyyətlərindən hansısa üstünlük, dominantlıq təşkil edir, qabiliyyətlərindən hansısa daha aydın təzahür edir.

Hər hansı bir fəaliyyətin müvəffəqiyyətlə icra edilməsi üçün bir deyil, bir neçə qabiliyyətin qarşılıqlı surətdə birləşərək vəhdət təşkil etməsi tələb olunur. Bu və ya digər fəaliyyət üçün zəruri olan qabiliyyətlərin xüsusi tərzdə və yüksək səviyyədə birləşməsinə t a l a n t deyilir. Qabiliyyətlərin bu cür birləşməsi fəaliyyəti yüksək yaradıcılıqla icra etmək imkanı verir.

A.N.Tolstoy hər bir yazıçıda üç şəxsi-qarşıya yüksək ictimai qiymətə malik vəzifələr qoyan mütəfəkkir, bu vəzifəni parlaq bədii obrazlarda ifadə edən sənətkar əsərin mənasını və yazılış tərzini-mövcud olmasını lazım bilirdi. Talantlı yazıçıda bu qabiliyyətlər yüksək səviyyədə birləşir.




Yüklə 125,95 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin