Mövzu: Sosial tərbiyə və onun həyata kecirilməsi yolları. Plan



Yüklə 26,89 Kb.
səhifə1/12
tarix02.01.2022
ölçüsü26,89 Kb.
#39215
  1   2   3   4   5   6   7   8   9   ...   12
Movzu-10. Sosial t#U0259rbiy#U0259 v#U0259 onun h#U0259yata kecirilm#U0259si yollar#U0131.


Mövzu: Sosial tərbiyə və onun həyata kecirilməsi yolları.

Plan:

  1. Sosial pedaqogikada tərbiyə məsələləri.



  1. Problemlər və vəzifələr-sosial tərbiyənin istiqamətləri kimi.



  1. Sosial tərbiyə prosesinin idarə olunması: pedaqoji kvartet anlayışı.

Ədəbiyyat.

  1. M.İsmixanov, S. Vəliyeva “Sosial Pedaqogika “ Bakı 2014.



  1. Bayramov Ə,Əlizadə Ə “Sosial psixologiyanın aktual

məsələləri”. Nəzəriyyə .Metodika. Axtarışlar .Bakı 1998.

  1. Həsənov A. M, Ağayev Ə.Ə “Pedaqogika “Bakı 2007.



  1. Ağayev Ə. Ə, Rzayeva Y.T, Hüseynova T.M, Vahabova T.Ə “Sosial Pedaqogika”-Bakı-2008.



  1. Əlizadə H. Ə “Sosial pedaqogikanın aktual məsələləri” Bakı 1998.



  1. İsmixanov M.A “Pedaqogikanın əsasları” Bakı-2003.

Tərbiyənin yaranması ilk insan cəmiyyətinin yaranması ilə üst-üstə düşür. Onun ilk prinsipləri və metodları xalq pedaqogikasında formalaşmış, elmi-nəzəri və elmi metodik səviyyələrdə tərbiyə prosesinin mahiyyəti,məzmunu,metodları öyrənilmişdir.

XX əsrdə, sosiologiyanın vüsətli inkişafı şəraitində onun əsas sahələrindən biri kimi tərbiyənin sosiologiyası formalaşmışdır. Məlum olduğu kimi tərbiyə problemi ilə pedaqogika elmi məşğul olur. Pedaqogikada tərbiyə insanı bu və ya digər ictimai rolun icrasına hazırlamaq məqsədi ilə, tarıxən qazanılmış sosial təcrübənin bir nəsildən digərinə ötürülməsi prosesi kimi mənalandırılır.Tərbiyənin sosiologiyası isə müəyyən konkret-tarixi şəraitdə tərbiyənin sosial diferminasiyası və sosial funksiyalarının qanunauyğunluqlarını öyrənən elm sahəsidir.Bu təriflə tanış olanda,bir cəhət diqqəti dərhal cəlb edir: tərbiyənin sosiologiyası tərbiyənin sosial determinasiyası və sosial funksiyalarını sosial-iqtisadi formasiyalar miqyasında deyil,konkret tarixi şəraitdə öyrənir.sosial pedaqogika ücün məsələnin belə qoyuluşu nəzəri-metidoloji baxımdan xüsusi əhəmiyyətə malikdir.

Tərbiyənin sosiologiyası A.Q.Xarçevin qeyd etdiyi kimi,bazar iqtisadiyyatı şəraitində şəxsiyyətin formalaşmasının xüsusiyyətlərini öyrənir,istehsalın,elm və texnikanın,mədəniyyətin müstəqil həyata qədəm qoyan gənc nəslə verdiyi tələbləri acıqlayır, ölkənin sosial və elmi-texniki tərəqqisi sahəsində bərqərar olmuş meyllər əsasında tərbiyə prosesini proqnazlaşdırır,onun cəmiyyətin və istehsalın inkişafına təsirini öyrənir.

Məktəb pedaqogikasında tərbiyə məqsədyönlü proses kimi acıqlanır,bu prosesdə,ilk növbədə məhz məktəbin rolu vurğulanır.Tərbiyənin sosiologiyası ücün də bu cəhət əhəmiyy

ətlidir,lakin sosioloji anlamda tərbiyə yalnız məqsədyönlü pedaqoyi fəaliyyətlə məhdudlaşmır.Tərbiyənin sosiologiyası ücün bu baxımdan başlıca məsələlərindən biri tərbiyə olunanların şüur və davranışına bu və ya dıgər dərəcədətəsir göstərən şəraitin idarə olunması,həmin şəraitincəmiyyətə lazım olan tərbiyə effektini təmin etməkdən ötrü onun optimallaşdırılması,optimal sistemkimi təşkili ilə bağlıdır.Sosial pedaqogika bu tədqiqatlara söykənərək,təkcə,tutaq ki,məktəbin deyil,bütövlikdə cəmiyyətin tərbiyə imkanlarını öyrənir,sosial tərbiyənin sistemli təhlilinə xüsusi əhəmiyyət verir.

Sosial pedaqogiuka şəxsiyyətin sosiallaşması prosesinin xüsusiyyətlərini məhz bu nökteyi-nəzərdən araşdırırıq,şəxsiyyətin formalaşması prosesini şərtləndirən sosial proseslərin və institutların tərbiyə imkanlarını açıqlayır.

Müxtəlif tipli profilaktik,reablitasiya,yenidəntərbiyə inistitutları və s.-nin sosial tərbiyə sahəsində işinin xüsusiyyətlərinin təhlili də bu baxımdan aktualdır.Soisial pedaqogika şəxsiyyətin şəhərdə və kənddə müxtəlif regionlarda.müxtəlif sosial qruplarda formalaçmasının xüsusiyyətlərini öyrənir.sosial tərbiyənin xüsusiyyətlərini milli,reqional,munisipial və lokal səviyyələrdə sistemli təhlil edir,onların tərbiyə prosesibdə nəzərə alınması yollarını müəyyənləşdirir.Bu araşdırmaların nəticələri tərbiyə işinin məzmunu və sisteminin müəyyənləşdirilməsində mühüm rol oynayır.



2. Sosial tərbiyənin başlıca istiqamətlərini,ilk növbədə,cəmiyyətin tərbiyə imkanları baxımından araşdırmaq lazımdır. Bazar iqtisadiyyatı şəraitində sosial pedaqogikanın yeni aktual problemləri meydana çıxmış,bu və ya digər dərəcədə ənənəvi hesab olunan problemləri isə cəmiyyətin ictimai-siyasi və iqtisadi həyatı konteksində yeni məzmun kəsb etmişdir.Bu nöqteyi nəzərdən sosial tərbiyənin aktual problemləri sırasında aşağıdakılarıxüsusilə qeyd etmək olar:

-Hərbi vətənpərvərlik tərbiyəsi və gənclərin azərbaycan ordusunda hərbi xidmətə hazırlanması;

-Bazar iqtisadiyyatı və iqtisadi tərbiyə;

- şəhər və kənd həyat tərzi və tərbiuyənin sosial pedaqoji məsələləri:

- şagirdlərin ideya-siyasi tərbiyəsi:siyasi təfəkkür və siyasi mədəniyyətin formalaşması;

-əməyin sosiologiyası:əmək tərbiyəsi və peşə yönümü məsələləri;

-sosial ekologiya və ekoloji tərbiyə;

-dinin sosiologiyası və dini tərbiyə məsələləri;

-müasir şəraitdə “uşaq”cinayətkarlığının xüsusiyyətləri və hüquq tərbiyəsi problemi;

-“uşaq”alkoqolizmi və narkomaniyası:sosial-pedaqoji məsələlər;

-Gənclərin ailə həyatına hazırlanması sosialpedaqoji problemkimi və s.


Yüklə 26,89 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin