Mövzu: Sosial tərbiyə və onun həyata kecirilməsi yolları. Plan


Məktəb pedaqoji kvartetin əlaqələndirici həlqəsi kimi



Yüklə 26,89 Kb.
səhifə8/12
tarix02.01.2022
ölçüsü26,89 Kb.
#39215
1   ...   4   5   6   7   8   9   10   11   12
Movzu-10. Sosial t#U0259rbiy#U0259 v#U0259 onun h#U0259yata kecirilm#U0259si yollar#U0131.

Məktəb pedaqoji kvartetin əlaqələndirici həlqəsi kimi. Məktəb özünün funksiyalarını hərtərəfli yerinə yetirmək ücün istər ailənin,istər əmək kollektivlərinin,istərsə də ictimaiyyətin tərbiyə imkanlarına arxalanır,cəmiyyətin tərbiyə imkanlarını həmin sistem daxilində həyata keçirir. S.M.Quliyev respublika məktəblərinin iş təcrübəsinin təhlili əsasında göstərir ki, şagirdlərin mənəvi tərbiyəsində məktəb,ailə,əmək kollektivləri və ictimaiyyətin məhz sinif miqyasında keçirdikləri birgə iş tərbiyəvi təsir nöqteyi-nəzərdən həlledici əhəmiyyətə malikdir.

Onun fikrincə, “ sinif valideyn komitəsi valideyn ictimaiyyətinin elə bir dəstəsidir ki,o başlıca tərbiyəçilər olan müəllimlərlə şagird kollektivi,ailə və ictimaiyyət arasında əlaqəni daha müvəfəqiyyətlə və təbii şəkildə həyata keçirə bilir. Valideyn fəalları sinif vasitəsilə əlaqə saxlayır,onların fəaliyyətinin bütün sahələrinə ( təlim, ictimai-faydalı əmək, oyun və s.) nüfuz edir.”

Müəllif bu sahədə özünü göstərən çatışmamazlıqlara da diqqəti cəlb edir.Onun qeyd etdiyi kimi,”bir sıra məktəblərdə siniof valideyn komitəsi seçkilərinə formal yanaşılır, onun kecirilməsinə əvvəlcədən hazırlıq görülmür.”Valideyn fəalları çox vaxt sinif şagirdlərini və onların ailələrini yaxından tanımırlar.”Çətin” ailə qrupları ilə vaxtında və səmərəli əlaqə saxlamırlar.

Bazar iqtisadiyyatı şəraitində şagirdlərin istər təlimdə,istərsə də tərbiyəsində pedaqoyi kvartetin əhəmiyyəti daha da artır və ondan səmərəli istifadə etmək məktəbin əsas vəzifələrindən biri olur.




Yüklə 26,89 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin