Movzu-10. Sosial t#U0259rbiy#U0259 v#U0259 onun h#U0259yata kecirilm#U0259si yollar#U0131.
Sosial tərbiyə prosesinin idarə olunması: pedaqoji kvartet anlayışı. Cəmiyyətin tərbiyə imkanları çoxcəhətlıdir. Məktəb təkcə öz gücü ilə bu imkanlardan səmərəli istifadə edə bilməz.Məktəb təcrübəsində bu həqiqət artıq təsdiq olunmuşdur.S.M.Quliyevin tədqiqatlarından aydın olur ki,məsələni tarixi aspekdə nəzərdən keçirəndə onun üç mərhələsini ayırd etmək olar: birinci mərhələdə məktəb öz işini əsasən ailə ilə qarşılıqlı əlaqə şəraitində təşkil edib.Bu mahiyyətcə ən qədim əlaqə formasıdır.Hələ məktəbin sosial-tərbiyə institutu kimi bərqərar olmağa başladığı dövrlərdə həmin əlaqə formasından bu və ya digər dərəcədə istifadə olunurdu.Lakin meharibədən sonrakı illərdə,xüsusilə urbanizasiya şaraitində məktəbin sosial funksiyalarıgenişləndi.O, artıq öz fəaliyyətində təkcə ailə ilə deyil,həm də əmək kollektivləri ilə qarşılıqlı əlaqə formalarından istifadə etməyə başladı.Ücüncü mərhələdə məktəblərin sosial tərbiyəsisistemində özünəməxsus pedaqoji kvartet əmələ gəlir. Məktəb,ailə,əmək kollektivləri və ictimaiyyət-pedaqoji kvartetin əsas vasitələri bunlardır.Onlardan hər birinin uşaqların sosial tərbiyəsində öz yeri,imkanları və funksiyaları vardır.Pedaqoji kvartet özünəməxsus sistemdir və onun hər bir tərkib hissəsini məhz həmin sistemin funksiyalarlı baxımında araçdırmaq lazımdır.Bu sistemdə əlaqələndirici həlqə məktəbdir.