Azərbaycanda psixoloji FİKİRLƏR


Ümumi və xüsusi qabiliyyətlər



Yüklə 125,95 Kb.
səhifə77/80
tarix02.01.2022
ölçüsü125,95 Kb.
#35316
1   ...   72   73   74   75   76   77   78   79   80
psixologiya

Ümumi və xüsusi qabiliyyətlər. Adətən, insan üçün spesifik olan qabiliyyətlərin ümumi xüsusi olmaqla iki növünü qeyd edirlər.

Ümumi qabiliyyətlərə insanın müxtəlif fəaliyyət növlərinin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün zəruri olan qabiliyyətləri aid edirlər. Nitq qabiliyyəti, əqli qabiliyyətlər, hafizə, müşahidəçilik və s. qabiliyyətləri ümumi qabiliyyətlərə aid etmək olar. Məsələn, müşahidəçilik qabiliyyətini tələbə, müəllim, yazıçı, rəssam, alim və başqa fəaliyyət növlərini həyata keçirən insanlar üçün ümumi qabiliyyət hesab etmək olar.

Xüsusi qabiliyyətlərə gəldikdə, bu cür qabiliyyətlər insanın hər hansı bir spesifik fəaliyyət növünü uğurla yerinə yetirməsi üçün zəruri olan qabiliyyətdir. Bu cür qabiliyyətlərə musiqi, riyazi, linqvistik, texniki, bədii, ədəbi, idman və s. qabiliyyətləri aid etmək olar. Adətən, xüsusi qabiliyyətlər üçün insanda müvafiq təbii imkanların olması zəruridir. Ədəbi yaradıcılıq fəaliyyəti üçün poetik görmə, söz ehtiyatı və ifadəli nitq, söz assosiasiyalarının zənginliyi, obrazlı təfəkkür, surət hafizəsi, yaradıcı təxəyyül və s. xüsusi qabiliyyətlər kimi qeyd etmək olar.

Həyati faktlardan məlum olduğu kimi, hər hansı bir fəaliyyətin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün insanda qabiliyyətlərin həm ümumi, həm də xüsusi növlərinin formalaşması zəruridir. Əksər tədqiqatçıların fikrincə ümumi xə xüsusi qabiliyyətlər bir-biri ilə ziddiyyət təşkil etmirlər. Onlar birgə mövcud olmaqla bir-birini tamamlayır, fəaliyyətin müvəffəqiyyətini təmin edirlər. Bəzi mütəxəssislərin fikrincə ümumi qabiliyyətlər xüsusi qabiliyyətlərin inkişafı üçün zəmin yaradırlar. Xüsusi qabiliyyətlər, alimlərin fikrincə, “ancaq və ancaq bir yolla-ümumi qabiliyyətlərin fəaliyyət prosesində xüsusi qabiliyyətlərə modifikasiya yolu ilə” əmələ gəlir. Bu cür modifikasiyanın gedişini profssor Ə.Ə.Əlizadə belə şərh edir: “Qavrayış ədəbi yaradıcılıqda poetik görmə, texniki-konstruktiv yaradıcılıqda məkan qavrayışı kimi formalaşmağa başlayır.Hafizənin xüsusi qabiliyyət kimi modifikasiya prosesi belə gedir: surət, hiss və hərəkət hafizəsi (ədəbi yaradıcılıq), məkan təsəvvürləri (texniki konstruktiv yaradıcılıq). Təxəyyül ədəbi yaradıcılıqda bədii (təsvir) təxəyyül, texniki konstruktiv yaradıcılıqda fəza təxəyyülü kimi inkişaf edir. Təfəkkür ədəbi yaradıcılıqda obrazlı təfəkkürə, texniki kobstruktiv yaradıcılıqda texniki təfəkkürə çevrilir. Bu proses qabiliyyətlərin “ixtisaslaşması” prosesidir.

Nəzərə almaq lazımdır ki, hər hansı bir fəaliyyəti müvəffəqiyyətlə icra etmək üçün həm ümumi, həm də xüsusi qabiliyyətlərin qarşılıqlı əlaqəsi və qarşılıqlı təsiri zəruridir.Fəaliyyət prosesində onlardan hər birinin öz funksiyası vardır. Həmin funksiyadan asılı olaraq, fəaliyyətin bir mərhələsində, poetik qavrayış əsas rol oynadığı halda, başqa bir mərhələdə obrazlı təfəkkür daha mühüm əhəmiyyət kəsb edə bilər.


Yüklə 125,95 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin