Azərbaycanda ümumi təhsil sahəsində həyata keçirilən kurikulum islahatlarının başlıca istiqamətləri
“Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı” 15 iyun 1999-cu il tarixdə təsdiq olunmuşdur
“Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı” 15 iyun 1999-cu il tarixdə təsdiq olunmuşdur
Mənim sizə tövsiyəm ondan ibarətdir ki, islahatları düşünülmüş halda aparasınız, formalizmə, konyunkturaya yol verməyəsiniz, Azərbaycanın milli ənənələrinin üstündən keçməyəsiniz. Bunlar, həqiqətən, lazımdır ki, həm Azərbaycan təhsili dünyanın inkişaf etmiş ölkələrinin təhsil səviyyəsinə ardıcıl surətdə çatdırılsın, həm də burada səhvlər buraxılmasın, mövcud yaxşı işlər pozulmasın.
Heydər Əliyev
Təhsil sahəsində islahat proqramının başlıca məqsədi
Təhsil sistemini tənzimləyən müvafiq normativ-hüquqi bazanı yaratmaq
Azərbaycan Respublikası Konstitusiyasında, Təhsil Qanununda təsbit olunmuş tələbləri, siyasi, iqtisadi və sosial həyatın demokratikləşdirilməsinə əsaslanan dövlət siyasətini həyata keçirmək
Əsas prinsiplər
Demokratikləşdirmə, hümanistləşdirmə, inteqrasiya, diferensiallaşdırma, fərdiləşdirmə prinsiplərinə əsaslanaraq təhsil alanın şəxsiyyət kimi formalaşdırlıması
Bütün qurumların fəaliyyətinin təhsil alanın mənafeyinə xidmət məqsədi ətrafında birləşdirilməsi
Təhsil sahəsində islahat Proqramı 1999-2013
I Mərhələ: 1999
II Mərhələ: 2000 - 2003
III Mərhələ: 2003-cü ildən
I Mərhələ: 2003-2007
II Mərhələ: 2007-2010
III Mərhələ: 2010-2013
Kurikulum üzrə görülmüş işlər
Başlıca istiqamətlər
Öyrədici innovasiya mərhələsində ilkin bacarıqların əldə edilməsi
Kurikulumların hazırlanması
I. İlkin bacarıqların əldə edilməsi
Beynəlxalq və milli məsləhətçilərdən ibarət işçi qrupu tərəfindən ümümtəhsilin dövlət standartları və kurikulum islahatı istiqamətində tədqiqat aparılmışdır
20 pilot məktəbi üçün yeni formatda Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və informatika, tarix, ingilis dili (V-VI siniflər), musiqi, təsviri sənət (I-II,V-VI siniflər), Azərbaycan dili (təlim rus dilində olan məktəblərin V-VI sinifləri) fənləri üzrə tədris proqramları hazırlanmış və nəşr edilmişdir (2001-ci il)
Kurikulum üzrə görülmüş işlər
Vahid komplekt şəklində pilot məktəblərinin V və VI sinifləri üçün «Ədəbiyyat»,təlim rus dilində olan məktəblər üçün «Rus dili», «Ədəbiyyat» dərslikləri, iş dəftərləri və müəllimlər üçün metodik vəsaitlər çap olunmuş və şagirdlərin istifadəsinə verilmişdir (1 sentyabr 2003-cü ilədək)
Azərbaycan dili və riyaziyyat fənləri üzrə beynəlxalq tələblərə cavab verən kurikulum nümunələri hazırlanmışdır ( 2003-cü il)
Təhsil sektorunun inkişaf layihəsi 2003-2007
KOMPONENTLƏR:
Ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi və real tələbatlara uyğunluğu
Səmərəlilik və maliyyə islahatı
Məktəb Qrantı Proqramı
İdarəetmə, planlaşdırma, monitorinq
Layihənin əlaqələndirilməsi və monitorinqi
II. Kurikulumların hazırlanması
Təhsil sektorunun inkişaf layihəsi 2003-2007
I Komponent: Ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi və real tələbatlara uyğunluğu
ALT-KOMPONENTLƏR:
Kurikulum İslahatı
Müəllim hazırlığı
Dərsliklər və oxu materialları
Kurikulum latın sözü olub lüğəvi mənası «kurs», «elm» deməkdir
Kurikulum anlayışına yanaşmalar dünyada müxtəlifdir
Kurikulum son məqsəd və təhsil vəzifələrini, məqsədə çatmaq üçün yolları, vasitə və üsulları, fəaliyyətin səmərəliliyini yoxlamağın metodaları və vasitələrinin məcmudur. (S.R.Sieqal)
Kurikulum təhsil almaq üçün şərait yaradılması ilə bağlı bütün işləri əhatə edən konseptual sənəddir. (H. Pilay və b.)
KURİKULUM NƏDİR?
KURİKULUM NƏDİR?
Təhsil prosesi ilə bağlı bütün fəaliyyətlərin səmərəli təşkilinə, məqsədyönlü və ardıcıl hətaya kecirilməsinə imkan yaradan konseptual sənəddir
Yaxın və uzaq ölkələrdə kurikulum modelinə münasibət
Kurikulumların Azərbaycan təhsilinin bütün pillələri üçün hazırlanmasının zəruriliyi
1576-cı ildən kurikulum terminindən istifadə olunmağa başlanmışdır
Ümumi təhsilin kurikulumu üzrə Respublika Şurası yaradılmışdır
Təhsil Problemləri İnstitutunun strukturunda Kurikulum Mərkəzi yaradılmışdır
Kurikulumların hazırlanması üzrə işlər:
Milli kurikulumun hazırlanması
Fənn kurikulumlarının hazırlanması
Kurikulumların hazırlanması üzrə işlər
«Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)» sənədi hazırlanmış və hökumət tərəfindən (2006-ci il 30 oktyabr tarixli, 233 nömrəli qərar ilə) təsdiq edilmişdir
Respublikanın ümumi təhsil məktəblərinin ibtidai təhsil pilləsi üçün ( I-IV sinifləri üçün) fənn kurikulumları hazırlanmış və Respublikanın Təhsil Naziri tərəfindən (2007-ci il 23 iyun tarixli, 923 nömrəli qərar ilə) təsdiq edilmişdir
Respublikanın ümumi təhsil məktəblərinin əsas və orta təhsil pillələri üçün fənn kurikulumlarının ilkin variantları hazırlanmışdır. Hazırda V-XI siniflər üzrə 11 fənnin məzmun standartları hazırlanaraq layihə şəklində respublika pedaqoji ictimaiyyətinin müzakirəsinə verilmişdir. Bu iş davam etməkdədir
Kurikulumların tərkib hissələri
Məzmun standartları
Təlim strategiyaları
Qiymətləndirmə mexanizmləri
Fənn kurrikulumu ilə fənn proqramlarının fərqli cəhətləri
Fənn kurrikulumu-
təlim prosesi ilə bağlı bütün fəaliyyətlərin səmərəli təşkilinə, məqsədyönlü və ardıcıl həyata keçirilməsinə imkan yaradan konseptual sənəddir
Fənn proqramı-
ayrı-ayrı fənlərdən bilik, bacarıq və vərdişlərin həcmini, mövzuların tədrisi ardıcıllığını və həmin mövzulara, yaxud bölmələrə verilən saatların miqdarını müəyyən edən dövlət sənədidir