Make the children play


Uşaq alverinin qurbanları



Yüklə 0,66 Mb.
səhifə37/60
tarix25.12.2016
ölçüsü0,66 Mb.
#3293
1   ...   33   34   35   36   37   38   39   40   ...   60

2.5. Uşaq alverinin qurbanları

Saylar və meyllər: Mövcüd məlumat


BM-in insanların, xüsusilə də qadınların və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılmasıba dair protokol (Palermo Protokolu) insane alveriterminini blu cür izah edir:

“hədə-qorxu gələrək və ya güc istifadə edərək və ya digər formada məcbur edərək, güclə qaçıraraq, aldadaraq, gücü və ya qarşı tərəfin zəif vəziyyətdə olmasını sui-istifadə edərək və yaxud pul və ya bir xeyir verərək və ya alaraq şəxsin üzərində hökm etmə imkanını istifadə edərək onun razılığının alınması vasitəsilə istismar məqsədilə insanların cəlb edilməsi, nəqli, ötürülməsi, onlara sığınacaq verilməsi və ya onların qəbul edilməsi. İstismar ən azı digər şəxslərin fahişəlik etməsinin istismarını və yə başqa növ seksual istismarı, məcburi surətdə işlətmə və yə xidmət alma, köləlik və yə köləliyə oxşar hallar, qul saxlama və ya orqanların çıxarılması kimi faktları özünə daxil etməlidir”.

İnsan alveri - cavan qadınların alveri daxil olmaqla – Azərbaycanda artmaqda olan bir problemdir. Ölkə qadın alveri (əsasən Türkiyə və BƏƏ-yə) başlanğıc məntəqəsi olmaqla yanaşı həm də digər ölkələrin vətəndaşlarının tranzit yolunda üzərində yerləşəktədir. Nisbətən daha az sayda olmasına baxmayaraq eyni zamanda cavan qızlar və uşaqlar onların satışıyla məşğul olan yerli insanlar tərəfindən kənd yerlərindən oğurlanıb dilənçilik və ya fahişəlik etmək məqsədilə şəhərlərə aparılır (Bakı daxil olmaqla).

Azərbaycanda insan alveri hallarının araşdırılması istiqamətində ilk cəhdtlər IOM tərəfindən 2002-ci72 ildə həyata keçirildi – onun hesabatı həm qurbanların təfərrüatlı təsvirini, həm də meyllərin təhlilini əks etmişdir. Yoxsul və ya kənarda qalmış ailələrin uşaqları, küçə uşaqları, internat tipli müəssisələrdə qalan uşaqlar satılma hallarında ən çox məruz qalan ictimai qruplar arasında olduğu qeyd olunmuşdur.

Bundan əlavə, ölkədə insan alveri hallarının artmasının digər bir göstəricisi isə itkin düşən insanların sayının artmasıdır: 1999-cu ildə 1,079, 2000-ci ildə 1,183, 2001-ci ildə 1,209 insan itkin düşmüş kimi qeyd edilmişdir. Demək olar ki itkin düşən beş insandan birisinin yaşı on səkkizdən az olması və itkin düşən bütün insanların 60 faizinin qadın olması narahat edən faktlar arasındadır. İtkin düşən insanların harada olduqları haqqında məlumatın alınması sahəsində müəyyən inkişafın əldə edilməsinə baxmayaraq (1999-cu ildə 620, 2000-ci ildə 704 və 2001-ci ildə 734) qadın və uşaqlar daxil olmaqla yüzlərcə insanın harada olduğu haqqında məlumat əldə edilməmişdir.73

O vaxtdan bəri QHT-lər tərəfindən digər hesabatlar da hazırlanmışdır və bu məsələ bir neçə dəfə qəzetlər tərəfindən müxtəlif aspektlərdə qaldırılmışdır. Mövcud vəziyyət AHFRO-un həsabatında aydın şəkildə əks olunmuşdur:

“Təəssüflər olsun ki, insan alveri əməliyyətlarının məxfi şəraitdə aparıldığı üçün onun qurbanlarının sayını müəyyənləşdirmək və insan alveriylə əlaqədar fəaliyyətləri izləmək həddindən çox çətindir, buna görə də Azərbaycanda insan alveri sahəsindəki vəziyyətə dair tam məlumat möncud deyil.” (…) 2004-cü ildə Qadın Krizis Mərkəzi və bir neçə digər QHT bu problemin araşdırılmasıyla əlaqədar bir sıra xüsusi tədqiqatlar həyata keçirmişlər. Bakı, Gəncə, Şəmkir və Mingəçevir şəhərlərində aparılan araşdırmaların nəticəsinə uyğun olaraq (…) insan alverinin 110 qurbanı təsbit edilmişdir və bunlardan 73 nəfər 18-53 yaşlı qadın, 7 nəfər 12-13 yaşlı uşaq, 20 nəfər 14-17 yaşlı yeniyetmə, 10 nəfəri isə 30-40 yaşlı kişi olmuşdur. (…) insan alveri qurbanları əksər hallarda zorlamağa məruz qalan qadınlardır, bunların arasında “ləkələnmiş” qızlar, iş yerində seksual sataşmaların qurbanları və bütün ailəni (validəynlər və uşaqlar daxil olmaqla) təmin edən yalnız qadınlardır.”74

Ən son məlumatlar “Təmiz Dünya”75 QHT-sinin hesabatında əks olunmuşdur və bu hesabatda 11 uşaq daxil olmaqla 309 qurbanı əhatə edir. Hesabatdakı məlumata görə sadəcə Türkiyəyə qaçırılan qadınların sayı ilin soyuq mövsümündə 500-600 nəfər olur, yazda və yayda isə 2,000-ə nəfərə qədər artır.76

Araşdırmanın əhatə etdiyi uşaqların yaşı 10-la 13 arasındadır və onlar küçədə dilənçiliyə cəlb edilmişdir, demək olar ki bütün hallarda valideynləri, qohumları və ya qonşuları tərəfindən satılmışdır; onların yarısı qaşqındır; böyük hissəsi narkotik maddələri istifadə etməyə məcbur edilib, qızların hamısının və bəzi oğlanların zorlandığı qeyd edilmişdir. Tədqiqatlar həmçinin göstərir ki, 1 gız və eyni yaş həddində olan 3 nəfər Bakıdakı mənzillərindən birinə aparılmış və pornoqrafik çəkiliş üçün istifadə edilmişdir77.

Bu rəqəmlər xüsusən uşaqlara aid hissəsi həyəcan vericidir: təsvir edilən halların amansız olması və uşaqların məruz qaldığı zorakılığın səviyyəsi daha çox həyəcan vericidir.

İnsan alverinə qarşı mübarizənin nəticələri yavaş-yavaş vəəd verici olmağa başlayır: Dövlət tərəfindən məruzə78 edildiyi kimi azyaşlıları cinayətə cəlb etdiklərinə görə mühakimə edilən şəxslərin sayı 2003-cu ildə 4, 2002-ci ildə 1 və 2001-ci ildə 3 olmuşdur; azyaşlıları məcburi fahişəliyə cəlb edən şəxslərin mühakimə edilmə hallarının sayı: 2003-cu ildə 6, 2002-ci ildə 11 və 2001-cü ildə 5 olmuşdur; uşaq alveriylə məşğul olduqlarına görə mühakimə edilənlərin sayı: 2002-ci ildə 6 və 2000-ci ildə 1 olmuşdur (digər illərə aid məlumat yoxdur). İnsan Alverinə Qarşı Milli Fəaliyət Planı qəbul edildikdən sonra insan alverinə 33 fakt meydana çıxardılmışdır, 48 şəxs mühakimə edilmişdir və 150 qurban müəlicəyə göndərilmişdir.79


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin