MühaziRƏ 8 Standartlaşdırmanın metodiki əsasları



Yüklə 108 Kb.
səhifə1/3
tarix28.06.2022
ölçüsü108 Kb.
#62441
  1   2   3
Muhazir 8 (1)




MÜHAZİRƏ 8


Standartlaşdırmanın metodiki əsasları


Plan



  1. Standartlaşdırmanın əsas prinsipləri.

  2. Üstün tutulan ədədlər sistemi.


Standartlaşdırmanın əsas prinsipləri
Standartların keyfiyyəti həmin standartlar üzrə istehsal olunmuş məhsulun keyfiyyətinə birbaşa təsir edir, yəni məhsulun keyfıyyəti xeyli dərəcədə standartlardan asılıdır. Standartlaşdırma üzrə bizim ölkədə və həmçinin xarici ölkələrdə aparılmış işlər göstərir ki, standartların yüksək keyfıyyətini və səmərəliliyini təmin etmək üçün onların işlənib hazırlanması zamanı hökmən aşağıdakı əsas prinsiplər həyata keçirilməlidir.
1. Sistemlilik prinsipi.
Texniki tərəqqi və məhsulun keyfiyyətinin daim yüksəldilməsi ictimai istehsalat prosesinə sistemli şəkildə yanaşmağın zəruriliyini tələb edir, belə ki, ictimai istehsal prosesi bu prosesi təmin edən insan əməyini, əmək vasitələrini (istifadə olunan avadanlıqlar, alətlər, nəzarət vasitələri və s.) və əmək predmetlərini (buraxılan məhsul) özündə cəmləşdirir. Burada sistem dedikdə qarşıya qoyulmuş məsələni ən böyük səmərə ilə və ən kiçik əmək tutumu ilə yerinə yetirmək üçün qarşılıqlı əlaqədə olan elementlərin məcmusu başa düşülür. Sistemin elementləri arasındakı əlaqələr daimi və təsadüfi ola bilər. Sistemə daxil olan qarşılıqlı əlaqəli elementlərin məcmusu onların müxtəlif səviyyələrdə ierarxiya asılılıqlarını qurmağa imkan verən strukturunu əmələ gətirir.
2. Komplekslilik prinsipi.
Standartların işlənib hazırlanması zamanı standartlaşdırma obyektinə təsir edən əsas elementlər nəzərə alınmalıdır. Standartlaşdırma üzrə işlərin əmək tutumunu azaltmaq üçün əsas obyektə az təsir edən elementlər nəzərə alınmır. Standartlaşdırma zamanı qarşılıqlı əlaqədə olan maddi və qeyri-maddi elementlərin kompleksinə qoyulan tələblər və xarakteristikalar baxılır və nəzərə alınır.
Yüksək keyfiyyətli məhsul istehsal etmək və istehsalatın səmərəliliyini yüksəltmək üçün rasional standartlar sistemi lazımdır. Bu sistem məhsulun bütün mərhələlərini, yəni layihələndirilməsi, seriyalı istehsalı və hazır məmulatın istismarı mərhələlərini əhatə etməlidir. Məmulatların keyfiyyəti, etibarlılığı və uzunömürlülüyü onları təşkil edən elementlərin keyfiyyətinin funksiyasıdır. Odur ki, ancaq hazır məhsula normativ tələblər qoymaq kifayət deyildir. Standartlaşdırmanın kompleksliliyi həyata keçirildikdə xammalın, materialların, yarımfabrikatların, hissələrin və qovşaqların, komplektləşdirici məmulatların standartlarının lazımi keyfiyyətdə işlənib hazırlanmasına xüsusi diqqət yetirilməlidir.
3. Standartların proqressivliyi və optimallaşdırılması prinsipi.
Standartlarla müəyyən olunmuş göstəricilər, normalar, xarakteristikalar və tələblər elmin, texnikanın və istehsalatın dünya səviyyəsinə uyğun olmalıdır. Bu göstəricilər və xarakteristikalar standartlaşdırılan obyektlərin inkişaf tendensiyasını nəzərə almalıdırlar. Hər bir standartlaşdırma obyekti üçün iqtisadi optimal keyfiyyət göstəriciləri təyin olunmalıdır. Burada məmulatın hazırlanmasına və istismarına çəkilən xərclər nəzərə alınmalıdır. Elə etmək lazımdır ki, ən kiçik xərclərlə ən böyük səmərə alınsın. Bu məqsədə nail olmağa qabaqlayan və kompleks standartlaşdırma kömək edir.
4. Standartlaşdırılan məmulatların funksional qarşılıqlı əvəzolunmasını təmin etmə prinsipi.
Bu prinsip məmulatların istismar göstəricilərinə görə qarşılıqlı əvəz olunmasını təmin etməyə imkan verir. Bu isə kompleks və qabaqlayan standartlaşdırmada əsasdır.
5. Standartların qarşılıqlı uzlaşma prinsipi.
Ümumtexniki və sahələrarası standartların həddindən çox olması ilə əlaqədar onların qarşılıqlı uzlaşması vacibdir. Kompleks standartlaşdırma metodu bu prinsipin vacibliyinə və səmərəliliyinə inandırıcı misaldır. Qarşılıqlı uzlaşma prinsipi bütün standartlara aiddir. Standartlaşdırma sahəsində terminlərin qarşılıqlı uzlaşması da vacib məsələdir.
6. Standartların işlənib hazırlanmasının elmi-tədqiqat prinsipi.
Standartların layihələrinin hazırlanması və onların müvəffəqiyyətlə tətbiqi üçün praktik təcrübənin geniş öyrənilməsi ilə yanaşı, nəzəri, eksperimental və təcrübi-konstruktor işlərinin aparılması zəruridir. Bu prinsip bütün növ standartlara aiddir.


7. Dinamiklik prinsipi.
Xalq təsərrüfatının səmərəliliyini yüksəltmək üçün standartlaşdırma obyektlərinə qoyulan tələblərə dövri olaraq yenidən baxılmalıdır. Bu, o məqsədlə edilir ki, standartlaşdırma obyekti texniki tərəqqinin tələblərinə uyğunlaşdırılsın.
8. Materialların minimal xüsusi sərfi prinsipi.
Maşınqayırmada materialların və yarımfabrikatların qiyməti buraxılan məmulatın ümumi maya dəyərinin 40-80 faizini təşkil edir. Odur ki, hər bir məmulata material sərfı xalq təsərrüfatı üçün böyük əhəmiyyətə malikdir. Məmulatların standartlaşdırılması zamanı metala qənaət aşağıdakı yollarla ola bilər:

  • maşınların layihələndirilməsi zamanı rasional konstruktiv sxemlərdən istifadə olunması, hissələrin və qovşaqların maşının üzərində rasional yerləşdirilməsi;

  • detalların möhkəmliyə hesablanma metodlarının təkmilləşdirilməsi və möhkəmlik ehtiyatının buraxıla bilən dərəcədə aşağı salınması;

  • iqtisadi cəhətdən sərfəli profillərin, prokatların, qaynaq konstruksiyaların, plastik kütlələrin və s. tətbiq olunması.

Materialın qənaət olunmasında ən böyük rezervlərdən biri maşın və onun hissələrinin iş ömrünün uzadılmasıdır, o cümlədən onların korroziyadan qorunmasıdır.
Hissələrin hazırlanması zamanı mütərəqqi texnologiyanın tətbiqi də metalın qənaət olunmasına gətirib çıxarır. Belə ki, detalların mexaniki emalını ştamplama ilə əvəz etdikdə hər milyon ton prokatın emalı zamanı 250 min tona qədər metala qənaət edilir, 15 minə qədər dəzgah və 30 minə qədər fəhlə bu işdən azad olunur.
9. Üstüntutulma prinsipi
Sənayenin bir çox sahələrində detalların və tipli birləşmələrin tip ölçülərini, müsaidələrin, oturtmaların sıralarını və digər parametrləri standartlaşdırırlar. Odur ki, bu standartlar parametrlərin qiymətlərinin böyük diapazonunu əhatə edir. Məmulatların nomenklaturasını, tərtibatların, alətlərin, kalibrlərin və s. tip ölçülərini azaltmaq və onların qarşılıqlı əvozolunma səviyyəsini yüksəltmək məqsədi ilə üstüntutulma prinsipindən geniş istifadə edirlər.



Yüklə 108 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin